Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2045/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə ediilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Protokol tərtib edən orqanlar tərəfindən «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi öz gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cəmiyyət tərəfindən Zeynalabdı Tağıyev, Röyal Tağıyev, Səid Abbasov, Rəşad Ismayılov və Amil Cəfərov adlı şəxslər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Lakin məhkəmə məsələyə birtərəfli yanaşaraq cəmiyyətin direktoru Nofəl Həsənovun izahatında göstərilən mühüm hallara hüquqi qiymət verməmişdir. Belə ki, qeyd olunan şəxslər Xocavənd rayonunun Güneyxırman kəndində fərdi yaşayış evlərinin təmir və bərpası işlərinə cəlb edilərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin tələblərinə uyğun olaraq, peşəkarlıq səviyyələrinin və əmək funksiyalarını icra etmək bacarıqlarının yoxlanılması məqsədilə ilk olaraq sınaq müddətinə qəbul edilmişlər. Məhkəmə tərəfindən həmin işçilərin sınaq müddətini uğurla başa vurduqdan sonra cəmiyyətlə aralarında rəsmi qaydada əmək müqavilələrinin bağlanıldığı faktı təsdiq edilsə də, bu halla bağlı cəmiyyətin xeyrinə heç bir nəticə çıxarılmamışdır. Cəmiyyətin məqsədi qanuni öhdəliklərdən yayınmaq deyil, ağır fiziki əmək tələb edən tikinti və söküntü işlərində cəlb olunmuş kadrların real bacarıqlarına əmin olduqdan sonra onlarla davamlı əmək münasibətləri rəsmiləşdirmək olmuşdur. Işçilərin hər birinə gündəlik olaraq razılaşdırılmış əməkhaqqı mütəmadi olaraq ödənilmiş və onların əməyinin istismarına yol verilməmişdir. Əlavə olaraq vurğulamaq istərdik ki, birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması prinsipi kobud şəkildə pozulmuşdur. Qərarda əsas sübut kimi istinad edilən işçilərin izahatları reallığı tam və dəqiq əks etdirmir və onlardan formal olaraq alınmışdır. Həmin şəxslər heç bir halda qanunsuz olaraq işlədilməmiş, əksinə, yalnız qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş sınaq müddətinə cəlb edilmiş və bu müddət ərzində əməklərinin qarşılığı onlara tam olaraq ödənilmişdir. Lakin birinci instansiya məhkəməsi işdə olan bu mühüm faktiki ziddiyyətləri aydınlaşdırmaq və izahatların hansı şəraitdə alındığını dəqiqləşdirmək üçün həmin şəxsləri məhkəmə iclasına dəvət edərək dindirməmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə görə, hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirməlidir. Məhkəmənin müdafiə tərəfinin iştirakı ilə işçiləri dindirmədən və real vəziyyəti bilavasitə məhkəmə istintaqı zamanı araşdırmadan, yalnız ibtidai araşdırma zamanı alınmış kağız üzərindəki sənədlərə əsaslanaraq qərar qəbul etməsi qanunun imperativ tələblərinin pozulmasıdır Bununla yanaşı, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərini tamamilə diqqətdən kənarda qoymuşdur. Həmin normaya əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi, eləcə də onun xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tikinti Təmir Quraşdırma MMC bilavasitə dövlət əhəmiyyətli layihələrdə iştirak edərək işğaldan azad edilmiş Xocavənd rayonunun Güneyxırman kəndində fərdi yaşayış evlərinin təmir və bərpası kimi mühüm ictimai faydalı fəaliyyətlə məşğul olur. Işçilərin həmin əraziyə daxil olması üçün portaldan rəsmi icazələrin alınması da prosesin şəffaflığını və dövlət qurumlarının nəzarəti altında həyata keçirildiyini sübut edir. Məhkəmənin isə bu mühüm faktiki halları obyektiv qiymətləndirmədən qanunvericiliyin qeyd olunan imperativ tələbini pozması qərarın qanunsuz və əsassız olmasına dəlalət edir. Nəhayət, birinci instansiya məhkəməsi inzibati xətalar haqqında qanunvericiliyin əsas prinsiplərindən olan ədalətlilik prinsipini kobud şəkildə pozmuşdur. Inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, tətbiq edilən tənbeh inzibati xətanın xarakterinə və xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qərarında cəmiyyətin əməlində məsuliyyəti ağırlaşdıran halların müəyyən edilmədiyi açıq şəkildə etiraf edilmişdir. Buna baxmayaraq, işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak edən, işçilərin hüquqlarını kobud şəkildə pozmayan və sonradan müvafiq əmək müqavilələrini rəsmiləşdirərək qanunun tələblərini icra edən bir şirkətə yüksək məbləğdə sərt inzibati cərimənin tətbiq edilməsi mütənasiblik və ədalət meyarlarına tamamilə ziddir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında online qaydada dindirilmiş X3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, müqavilə bağlanmamışdan qabaq «xxxx” Tikinti Təmir Quraşdırma MMC-də işləməmişdir. Xocavənd rayonuna onunla müqavilə bağlanmazdan əvvəl gəlmiş lakin hava şəraiti pis keçdiyi üçün işləməyə başlamamışdır. Onunla əmək müqaviləsi ##.##.2026-cı il tarixdə bağlanmış və işləməyə də həmin tarixdən başlamışdır. Həmçinin savadsız olduğu üçün Protokol tərtib edən orqanlar izahatı oxumadan imza atmışdır. Məhkəmə iclasında online qaydada dindirilmiş X1 ona verilən suallara cavab olaraq, müqavilə bağlanmamışdan qabaq «xxxx” Tikinti Təmir Quraşdırma MMC-də işləməmiş, işləyəcəyi yerə, yəni Xocavənd rayonuna əvvəlcədən gəlmiş lakin hava şəraiti pis keçdiyi üçün işləməyə başlamamış, onunla əmək müqaviləsi ##.##.2026-cı il tarixdə bağlanmış və işləməyə də həmin tarixdən başlamışdır. Həmçinin savadsız olduğu üçün Protokol tərtib edən orqanlar təhrif edilmiş izahatı oxumadan və ona elan edilmədən imzalamışdır. Məhkəmə iclasında online qaydada dindirilmiş X2 ona verilən suallara cavab olaraq, «xxxx” Tikinti Təmir Quraşdırma MMC-də onunla müqavilə bağlandığı tarixdən işləməyə başlamışdır. Xocavənd rayonuna işləməyə müqavilə bağlanmazdan əvvəl gəlmiş lakin hava şəraiti pis keçdiyi üçün işləməyə başlamamışdır. Onunla əmək müqaviləsi ##.##.2026-cı il tarixdə bağlanmış və işləməyə də həmin tarixdən başlamışdır. Həmcinin məhkəmə tərəfindən verilmiş sualları cavablandırarkən bildirmişdir ki, prokurorluğda verdiyi izahatında hal-hazırki ifadəsi ilə eyni fikirlər bildirmiş, lakin kompyuter vasitəsi ilə müstəntiq tərəfindən nə yazıldığını savadsızlığından oxumadan imzalamışdır. Protokol tərtib edən orqanlar məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir Apellyasiya instansiyası məhkəməsi şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli tam və obyektiv araşdıraraq, izahatları dinləyərək, belə hesab edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı ## ##### 2026-cı tarixli qərarı ləğv edilməli, hüquqi şəxs «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi inzibati icraat və şikayət üzrə təqdim olunmuş məlumatları, habelə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, inzibati iş üzrə mübahisə doğuran və araşdırılması tələb olunan hallar, habelə inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X12 dərəcəsinə görə az ağır xəsarət almasında Fərhad Abdiyev və qeyrilərinin əməlində ciyanət tərkibi olmadığından toplanmış material üzrə əməldə cinayət tərkibinin olmaması əsasına görə barələrində cinayət işinin başlanması rədd edilmişdir. - Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X12, X6, X1, X3 və X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tikinti Təmir Quraşdırma MMC ilə aralarında əmək münasibətləri olmadığı, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tikinti Təmir Quraşdırma MMC tərəfindən xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tikinti Təmir Quraşdırma MMC ilə X12, X6, X1, X3 və X2 arasında Azərbaycan Respunlikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tikinti Təmir Quraşdırma MMC tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi cəlb edilməsi sübuta yetirilir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tikinti Təmir Quraşdırma MMC bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş və əmək qanunvericiliyinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Məhkəmə bu mövqe ilə razılaşmayaraq şikayətin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iclasında online qaydada dindirilmiş X3, X1, X2 ifadələrində onlar ilə əmək müqaviləsi bağlandığı gündən «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətində işə başladıqlarını bildirdilər. Bundan başqa X12 Protokol tərtib edən orqanlar vermiş olduğu izahatının son səhifəsində ona verilən “Izahatınıza hər hansı düzəliş və ya əlavəniz varmı?” sualına cavab olaraq, Z.Tağıyev kiril əlifbası ilə “izahatı oxudum, mənim sözlərim ilə doğru yazılıb, heç bir əlavəm yoxdur və doğruluğunu öz imzam ilə təsdiq edirəm” qeydini aparmışdır. Göründüyü kimi, X12 Protokol tərtib edən orqanlar vermiş olduğu izahatı kompyuter vasitəsi ilə yazılmışdır. Sonuncu latın əlifbası ilə yazıb oxuya bilməmiş lakin müstəntiq tərəfindən mütəxəssis cəlb olunmamış və həmin yazılmış izahata oxumadan imza atmışdır. Qeyd edilməlidir ki, məhkəmə şikayətdə göstərilən halları araşdırmadan, «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında iş üzrə icraat apararkən X12, X6, X1, X3, X2 izahatlarını almadan «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi qənaətinə gələrək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin in inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Iş materialları və şikayətin dəlillərindən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tikinti Təmir Quraşdırma MMC ilə X12, X6, X1, X3 və X2 arasında Azərbaycan Respunlikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tikinti Təmir Quraşdırma MMC tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmir. Lakin inzibati orqan və birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən bu hallar, hüquqi şəxs tərəfindən yuxarıda adları qeyd olunan vətəndaşların hansı tarixdən həqiqətən əməyə cəlb olunub-olunmaması araşdırılmadan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olması barədə nəticəyə gəlmişdir. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan, Protokol tərtib edən orqanlar tərəfindən «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallarda hüquqi şəxs «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X12, X6, X1, X3 və X2 əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi göstərilsə də, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin IXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmiş və birinci instansiya məhkəməsi tərəfindən qərarın əsaslılığı müzakirə edilmədən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Aparılmış araşdırma nəticəsində aşkar olunmuşdur ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi faktı müəyyən edilməlidir, lakin iş materiallarına əsasən X12, X6, X1, X3 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi faktı sübuta yetirilməmişdir. Eyni zamanda Protokol tərtib edən orqanlar tərəfindən qeyd edilən vətəndaşların hüquqi şəxs tərəfindən faktiki olaraq işlərə cəlb edildiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, Protokol tərtib edən orqanlar inzibati orqan olaraq “Inzibati tənbeh vermə haqqında” qərar qəbul edərkən inzibati xəta törətməkdə təqsiri müəyyən edən mötəbər hesab olunan sübut əsasında nəticəyə gəlməlidir. Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Məhkəmə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. X7 Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Qeyd edilir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Göründüyü kimi, Protokol tərtib edən orqanlar, barəsində icraat aparılan hüquqi şəxs barədə qərar qəbul edərkən irəli sürdüyü dəlilləri ətraflı araşdırmalı, eyni zamanda birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlarla istinad edilən inzibati xətanın hüquqi şəxs tərəfindən törədilib-törədilməməsini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 135.1.1 maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması Inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır. 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Protokol tərtib edən orqanlar «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edərkən mötəbər sübutları düzgün qiymətləndirmədən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, hüquqi şəxs «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin və hüquqi şəxs «xxxx” Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərar qətidir, ondan şikayəti verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2045/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2045/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver