Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2046/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Fərəc qızının müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialına ##.##.2026-cı il tarixli *-**-*/*- *****/**** nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin təqdim edilməsi tələb edilmiş, sənədlər təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, X3 Fərəc qızının şikayəti əsasında X4 Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən X1 Sanayi ve Dış Tİcaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndiliyinə ##.##.2026-cı il tarixli, 3-17-5/2-15740/2026 məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər təqdim olunmamışdır. Belə ki, sözügedən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub ##.##.2026- cı il tarixdə “Əmək və Məşğulluq Altsistemi” vasitəsilə işəgötürənin şəxsi kabinetinə yerləşdirilmişdir. Məktubun işəgötürənin şəxsi kabinetinə yerləşdirilməsi barədə sənəd iş materiallarına əlavə edilsə də məhkəmə tərəfindən həmin sənədə düzgün hüquqi qiymət verilməmişdir. Göründüyü kimi X1 Sanayi ve Dış Tİcaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndiliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilnəsi təsdiq edilmişdir. Odur ki, Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən X1 Sanayi ve Dış Tİcaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndiliyi barəsində tərtib edilmiş ##.##.2026cı il tarixli, MN ******* nömrəli protokol qanuni və əsaslıdır. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5- ***)-****/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən X1 Sanayi ve Dış Tİcaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndiliyinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. X1 Sanayi ve Dış Tİcaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndiliyi tərəfindən İXM-nin 539.1- 1-ci maddəsinin tələblərinin pozulması və X4 Xidməti tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu qeyd edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2026-cı il tarixli *-**-*/******/**** saylı məktubundan görünür ki, X3 Fərəc qızının "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə daxil olmuş müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Quliyeva Çiçək Fərəc qızının müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 1) təqdim edilməsi xahiş olunur. Tələb olunan sənədlərin siyahısı:
1. Əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə) 2 Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, Həmkarlar İttifaqı Təşkilatına müraciət və HİT-nın razılığı və s.)
3. İş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (sentyabr və oktyabr ayları üzrə)
4. Əmək haqqının ödənilməsini təsdiq edən sənədlərin surəti (sentyabr və oktyabr ayları üzrə)
5. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə olunmuş çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı-yə ünvanladığı ## ###### 2026-cı il tarixli məktub ##.##.2026-cı il tarixdə elektron qaydada kabinetə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsini öz qərarını onunla əsaslandırmışdır ki, Quliyeva Çiçək Fərəc qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktubu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialından bir sıra sənədlər tələb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən ƏMAS sistemindən çıxarış təqdim edilsə də, lakin çıxarışda ## ###### 2026-cı il tarixli *-**-*/*-*****/**** saylı məktubun elektron sistem vasitəsilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialının şəxsi kabinetinə yerləşdirilməsini təsdiq edən qeyd öz əksini tapmır. Məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2026-cı il tarixli *-***/*-*****/**** saylı məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialına təqdim edilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin halları nəzərə alaraq əsaslı və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialının əməlində İXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə
QƏRARA ALDI:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Hakim Zəfər Əhmədov