Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2047/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, X4 Oruc qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri nümayəndə1 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş nümayəndə1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin *- *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli işə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən 148208,38 ABŞ dolları borc və 1087 manat manat tutularaq tələbkar Borusan Makina ve Güc Sistemləri Sanayi və Ticaret" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri nümayəndə1 apellyasiya qaydasında şikayət verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli işə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən 148208,38 ABŞ dolları borc və 1087 manat manat tutularaq tələbkar Borusan Makina ve Güc Sistemləri Sanayi və Ticaret" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” ##.##.2023-cü il tarixli qərarın surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinə ##.##.2023-cü il tarixdə icraata başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qanuni təmsilçisi nümayəndə1dur. Məhkəmə qeyd edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri nümayəndə1 icra sənədlərinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədlərinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir Birinci instansiya məhkəməsinin icraatı zamanı Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 bildirmişdir ki Gəncə Kommersiya Məhkəməsinin *-*(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli işə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən 148208,38 ABŞ dolları borc və 1087 manat manat tutularaq tələbkar Borusan Makina ve Güc Sistemləri Sanayi və Ticaret" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla bağlı akt tərtib edilmişdir.. Məhkəmə mübahisələndirilən qərardan apellyasiya qaydasında verilmiş şikayətə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gələrək inzibati tənbeh almış şəxsə təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, törətmiş olduğu inzibati xətanın xarakterinə və törədilməsi hallarına uyğun, qanuni, əsaslı və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya qaydasında verilmiş şikayətin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin.. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri nümayəndə1 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2047/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2047/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver