Məhkəmə qərarları › İş №3(3-6)-2048/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2048/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2048/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər DYPİ-nin EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilərək 40 manat cərimə edilmişdir. Belə ki, o, Haval Raptor Plugİn Hibrid minik markalı, **- NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Əliyeva və S.Vurğun küçələrinin kəsişməsində qıraq sağ zolaqla hərəkət etmişdir. Həmin hissədən cərimə tətbiq edilən hissəyə qədər 1.18 üfüqi nişanlanma iki dəfə təkrarlanır. İkinci dəfə təkrarlananda hərəkət etdiyi zolaqdan digər zolağa keçidin qarşısında tətbiq edilib. Həmin yerdə həmin nişan tətbiq edilibsə, deməli həmin hissədən hərəkəti düzünə davam etdirmək olar. Digər tərəfdən, qarşıda olan üfüqi nişanlanmanın üstündən keçməmək üçün ya qəflətən tormozlama edərək, ya da ani zolaq dəyişərək qəza şəraiti yaratmalı idi. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, hərəkətini S.Vurğun və Z.Əliyeva küçələrinin kəsişməsində başlamış və icazə verilən zolaqla hərəkət etmişdir. Həmin hissədən cərimə tətbiq edilən hissəyə qədər 1.18 üfüqi nişanlama iki dəfə təkrarlanır. İkinci dəfə təkrarlananda hərəkət etdiyi zolaqdan digər zolağa keçidin düz qarşısında tətbiq edilib. Bu da onu bildirir ki, həmin zolaqla yolayrıcında düz və sola hərəkət etmək lazımdır. Lakin sonda məlum olur ki, həmin zolaq yolayrıcına çatmamış bitir və 1.1 üfüqi nişanlama ilə əvəz olunur. Həmin yolayrıcında nişanlama arasında uyğunsuzluq və ziddiyət var və bu səbəbdən inzibati cəriməni əsassız hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayəti müdafiə etdiyini, şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X1 apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfləri dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərarı ləğv etmiş və iş üzrə icraata xitam verilməsini qərara almışdır. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Apellyasiya şikayətində şikayət müəllifi hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını iddia edərək tələblərini İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin EQ ******** saylı, ##.##.2026- cı tarixli qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə saat 18.17-də Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində olan ərazidə Haval Raptor Plugİn Hibrid minik markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarında yer alan inzibati xəta tərkibi yaradan hadisənin fotoşəkli onu deməyə əsas verir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi Haval Raptor Plugİn Hibrid minik markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçələrinin kəsişməsində hərəkət edərkən 1.18 üfüqi nişanlanma xəttinin tələblərini pozmuş və zolağı dəyişərkən icazə verilməyən hissədən hərəkətini davam etdirərək İXM-nin 327.1-ci maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi yaradan əməl törətmişdir (i.v.6). Məhkəmə onu da qeyd edir ki, şikayətçinin istinad etdiyi nişanlar isə zolağını sağ istiqamət üzrə dəyişən hərəkət iştirakçıları üçün deyil, həmin zolaq üzrə hərəkətini davam etdirən avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulmuşdur. Beləliklə, birinci instansiya məhkəməsində şikayətçinin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə şikayətin rəddi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) DYPİ-nin EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar