Məhkəmə qərarları › İş №3(3-6)-2049/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2049/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2049/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Protokol tərtib edən orqanlar nümayəndəsi X1 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci-ci il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2025ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 43.645,70 Avro məbləğində valyuta vəsaitinin iyirmi faizi miqdarında, yəni 8.729,14 Avro (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi hərtərəfli araşdırmamış və qanununvericilik normalarını düzgün tövsif etməməklə Qərar qəbul etmişdir. Bu isə nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in əsasız olaraq cərimə növündə inzibati tənbeh alması ilə nəticələnmişdir. İşin halları barədə nəzərinizə çatdırmaq istəyirik ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə Belarusiyanın "xxxx" F LLC şirkəti arasında ##.##.2022-ci il tarixdə alqı- satqı müqaviləsi imzalanmışdır. ##.##.2023-cü il tarixdə 43 645.70 (qırx üç min altı yüz qırx beş) avro pul vəsaiti qanunvericiliyə müvafiq qaydada köçürülmüşdür. Alınan mallar ölkəyə vaxtında-müqavilə imzalandıqdan və ödəniş həyata keçirildikdən cəmi 2 ay sonra ##.##.2023-cü ildə idxal edilsə də texniki yalnışlığa yol verilərək bu barədə məlumat banka təqdim edilməmişdir. Məlumat üçün qeyd edirik ki, istənilmədən baş vermiş bu texniki yalnışlığın düzəldilməsi üçün tərəfimizdən banka müraciət edilmişdir. Qısa zamanda bank tərəfindən yük gömrük bəyannaməsinin banka təqdim edilməsi barədə arayış təqdim ediləcəkdir. Eyni zamanda bildiririk ki, keçirilən məhkəmə proseslərindən xəbərsiz olmuşuq. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində çıxarılan sözügedən məhkəmə qərarından yalnız icra qururmu tərəfindən icra şöbəsinə dəvət edilərkən xəbərdar olmuşuq. Beləliklə məhkəmə bildirişləri, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nə çatdırılmamışdır. Bu hal isə cəmiyyətin ədalətli məhkəmə araşdırması hüququndan məhrum olunması ilə nəticələnmişdir. Məhkəmə qərar qəbul edərkən AR İXM 430.4-cü maddəsini düzgün tövsif etməyərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində əsassız olaraq cərimə tənbehi seçmişdir. Belə ki, sözügedən maddənin tələbində göstərilir ki, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülməməsi və ya xidmətlər göstərilməməsi məsuliyyətə səbəb olur. Hazırki apellyasiya şikayətinə əlavə edilmiş sənədlərin surətindən (sənədlərin əsli məhkəmə iclasında təqdim ediləcəkdir) də göründüyü kimi, mallar qanunla müəyyən edilmiş vaxtda hətta cəmi 2 ay ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. Lakin məhkəmənin hərtərəfli araşdırma aparmaması, mallar vaxtında ölkəyə idxal edilsə də məhkəmənin sözügedən maddəni düzgün tövsif və tətbiq etməməsi ilə nəticələnmiş və “xxxx" MMC əsassız olaraq cərimə tənbehinə məruz qalmışdır. Halbuki, sadaladığımız faktlara görə inzibati iş üzrə icraata xitam verilməli idi. Tərəflərin iştirakı və izahatlar: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci-ci il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib edən orqanlar nümayəndəsi X1 məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İşin faktiki halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair ##.##.2025-ci-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qabaqcadan ödəniş aparılmış, lakin 02 il müddətin keçməsinə baxmayaraq 43.645,70 Avro məbləğində vəsait hesabına alınan malların idxal edilməsini, xidmətin göstərilməsini təsdiq edən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Protokol tərtib edən orqanlar nümayəndəsi X1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən mübahisələndirilən məsələ ilə bağlı bəyannamədən aydın olunur ki, müvafiq mallar vaxtında ölkəyə gətirilmiş və bəyan olunmuşdur. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Qeyd olunan işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i tərəfindən verilmiş şikayətin dəlilləri məhkəmə tərəfindən iş materialları ilə birlikdə araşdırılmış və müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam araşdırmadan MMC-nin cərimə edilməsi barədə qərar qəbul etmişdir. Müəyyən edilmişdir ki, hazırki vəziyyətdə «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlaməti yoxdur. Odur ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci-ci il tarixli qərarı ləğv edilməli və «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmaması əsası ilə inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci-ci il tarixli qərarı ləğv edilsin. «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar