Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2050/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2, “İOSC LTD” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, “İOSC LTD” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından “İOSC LTD” Qapalı Səhmdar Cəmiyyətinin direktoru tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hüquqi şəxs «İOCS LTD» Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli EP seriyalı ******* saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarına əsasən «İOCS LTD» Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 50000 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi miqdarında, yəni 10000 ABŞ dolları məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs İOSC LTD” Qapalı Səhmdar Cəmiyyətinin direktoru tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İOSC LTD” QSC ilə Çin Xalq Respublikasının “xxxx” şirkəti arasında ## ###### 2024-cü il tarixində satış müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, kalsium xlorid adlı malların alınması razılaşdırılmış, malların ümumi dəyəri 261 000 ABŞ dolları olaraq müəyyən edilmişdir. Tərəflər arasında əldə olunmuş razılığa və müqavilə şərtlərinə uyğun olaraq, malların dəyərinin faktiki idxaldan sonra (sonradan ödəniş qaydasında) hissə-hissə ödənilməsi qərara alınmışdır. Bu öhdəliyə müvafiq olaraq hesablaşmalar aşağıdakı xronoloji ardıcıllıqla icra edilmişdir. Malların dəyərinin 45 000 ABŞ dolları məbləğində hissəsi ## ###### 2024-cü il tarixində və 116 000 ABŞ dolları məbləğində hissəsi ## #### 2024-cü il tarixində Bank Respublika vasitəsilə; Malların dəyərinin 50 000 ABŞ dolları məbləğində hissəsi ## #### 2024-cü il tarixində və hazırda inzibati mübahisə predmeti olan qalan 50 000 ABŞ dolları məbləğində hissəsi isə 11mart 2024-cü il tarixində “xxxx” ASC vasitəsilə “xxxx” şirkətinin rəsmi bank hesabına köçürülmüşdür. Müqavilə predmeti olan mallar ölkə ərazisinə ## ###### 2024, ## ###### 2024, ## ###### 2024, ## ###### 2024, ## ###### 2024, ## ###### 2024, ## ###### 2024, ## #### 2024, ## #### 2024, ## #### 2024 və ## #### 2024-cü il tarixli ümumilikdə 24 ədəd Gömrük Bəyannaməsi əsasında, hər birində 10 875.00 ABŞ dolları məbləğində yük olmaqla (24 x 10 875.00 = 261 000.00 ABŞ dolları) idxal edilmişdir. Sözügedən bütün gömrük bəyannamələrində ödəniş kodu birmənalı olaraq “120” (sonradan ödəniş / post-payment) kimi göstərilmişdir ki, bu da malların dəyərinin məhz mallar ölkə ərazisinə gətirildikdən sonra ödənildiyini göstərir. Mərkəzi Bank tərəfindən inzibati xəta tərkibi kimi qiymətləndirilən ##.##.2024-cü il tarixli 50 000 ABŞ dolları məbləğindəki ödənişə gəldikdə isə vurğulanmalıdır ki, bu vəsaitin qarşılığı olan mallar pulun köçürüldüyü tarixdən xeyli əvvəl ölkə ərazisinə tam idxal edilmişdir. Sözügedən ödəniş avans (qabaqcadan ödəniş) xarakteri daşımır və fevral ayı ərzində rəsmiləşdirilmiş ## ###### 2024-cü il tarixli ************** nömrəli, ## ###### 2024-cü il tarixli ************** nömrəli, həmçinin ## ###### 2024-cü il tarixli 01241000074129, 01241000074122 və ************** nömrəli gömrük bəyannamələri üzrə faktiki təhvil alınmış malların dəyərinin ödənilməsinə yönəlmişdir. Xüsusilə qeyd edilməlidir ki, yuxarıda sadalanan bütün rəsmi gömrük bəyannamələrində də ödəniş üsulu birmənalı şəkildə “120” kodu ilə təsbit edilmişdir. Bununla belə, xxxx tərəfindən rəsmiləşdirilmiş ## #### 2024-cü il tarixli köçürmə haqqında ərizədə texniki xətaya yol verilmiş, ödənişin təyinatı hissəsində faktiki vəziyyəti əks etdirən “sonradan ödəniş” əvəzinə, ingilis dilində “prepayment” (qabaqcadan ödəniş) ifadəsi yazılmışdır. Nəticə etibarilə, iş materiallarında olan sənədlərin xronoloji ardıcıllıqla təhlili sübut edir ki, pul köçürülən tarixdə (##.##.2024cü il) mallar artıq faktiki olaraq ölkədə mövcud idi və hər hansı avans ödənişindən söhbət gedə bilməz. Ödəniş tapşırığındakı digər detallar - 50,000.00 ABŞ dolları həcmində ödəniş məbləği, benefisiarın adı (xxxx), benefisiarın bank (ZHEJIANG CHOUZHOU COMMERCIAL BANK CO., LTD), ## ###### 2024-cü il tarixli IOSC-FR**** nömrəli müqavilə, bu ödəniş tapşır təqdim edilmiş gömrük bəyannamələri əsasında ölkəyə idxal edilmiş malların ödənişi olduğunu təsdiq edir. Beləliklə, ## #### 2024, ## #### 2024, ## ###### 2024, ## ###### 2024, ## ###### 2024, ## ###### 2024, ## ###### 2024, ## ###### 2024, ## ###### 2024, ## #### 2024, ## #### 2024-cü il tarixli 24 Gömrük Bəyannaməsindən ## ###### 2024-cü il tarixli ************** nömrəli, ##.##.2024-cü il tarixli ************** nömrəli, ## ###### 2024-cü il tarixli 01241000074129, 01241000074122 və ************** nömrəli bəyannamələr üzrə hər birində 10,875.00 ABŞ dolları məbləğində yük olmaqla mal idxal edilmiş və ## #### 2024-cü il tarixli ödəniş tapşırığı ilə malların ödənişi icra edilmişdir. Məhkəmə iclasında İOSC LTD” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Mərkəzi Bankın nümayəndəsi hüquqi şəxs tərəfindən təqdim edilmiş bəyannamələrlə malların idxalı təsdiq edildiyindən iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ödəniş tapşırığının surətindən görünür ki, «İOCS LTD» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ## #### 2024-cü il tarixində 50000 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüşdür. -“xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ## #### 2026-cı il tarixli məktubdan görünür ki, «İOCS LTD» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qabaqcadan ödəniş aparılmış, lakin 02 il müddətin keçməsinə baxmayaraq 50000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların idxal edilməsini, xidmətin göstərilməsini təsdiq edən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. -Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İOSC LTD” Qapalı Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş ## ##### 2026-cı il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs «İOCS LTD» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 50000 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara köçürülmüş, lakin ödənişin aparıldığı vaxtdan 02 il müddətin keçməsinə baxmayaraq, 50000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını, xidmətin göstərilməsini təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Apellyasiya mərhələsində təqdim edilmiş 01241000089892, 01241000090838, 01241000088404, 01241000051048, ************** saylı gömrük bəyannamələrindən aydın olur ki, müvafiq mallar ölkə ərazisinə idxal edilmişdir. Eyni zamanda Mərkəzi Bankın nümayəndəsi ərizə təqdim edərək 01241000089892, 01241000090838, 01241000088404, 01241000051048, ************** saylı bəyannamələrlə malların idxalı təsdiq edildiyindən verilmiş apellyaisya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, İOSC LTD” Qapalı Səhmdar Cəmiyyətinin köçürdüyü valyuta vəsaitinin qarşılığında malları qanunla müəyyən edilmiş müddətdə ölkə ərazisinə idxal etməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, “İOSC LTD” Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hər tərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməli, İOSC LTD” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli, İOSC LTD” Qapalı Səhmdar Cəmiyyəti barəsində Protokolu tərtib edən orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ##### 2026-cı il tarixli EP seriyalı ******* saylıinzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: İOSC LTD” Qapalı Səhmdar Cəmiyyətinin direktoru tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. “İOSC LTD” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və “İOSC LTD” Qapalı Səhmdar Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2050/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2050/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver