Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2053/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Musayev Elmir Məhəmməd oğlunun katibliyi ilə, Inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X3 iştirakları ilə, “xxxx” MMC-nin Insan resursları departamentinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Inzibati xəta haqqında protokola əsasən “xxxx” MMC-nin Insan resursları departamentinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın icrası ilə bağlı DƏMX-nin ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda nəzərdə tutulan tədbirlər görülməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarına əsasən “xxxx” MMC-nin Insan resursları departamentinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən Inzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi ilə xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 “xxxx” MMC-də rəsmi işləməsi və əmək haqqı alması ilə əlaqədar DƏMX IXM-nin 150-ci maddəsinin tələblərinə əsasən ##.##.2025-ci il tarixli, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar üzrə 1000 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə “xxxx” MMC-ə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Sözügedən cərimənin əmək haqqından tutulması ilə bağlı “xxxx” MMC-nin rəhbərliyi tərəfindən hər hansı tədbir görülmədiyindən IXM-nırı 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üı rə icraata başlanılmışdır. Sadalanan tədbirlərə baxmays raq “xxxx” MMC tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 1C00 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmişdir. Bu səbəbdən həm hüquqi şəxs, həm də vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi X2 Xidməti tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin IXM-nın 150.1-ci maddəsinin tələblərini saymayaraq heç bir tədbir görməməsi olmuşdur. Həmçinin, işə götürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir lüzum olmadan Icra orqanlarının işinin əsassız artmasını» gətirib çıxarır. Belə ki, hərəkətsizliklə ifadə olunan xətanın törədilmə anı hüquqi öhdəliyin yaranmasından və onun icrası üçiın verilmiş ağlabatan müddətin nəticəsiz başa çatmasından sonrakı anla deyil, qznunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamı ilə başlayır və icra edilən aradək davam edir. Nəticə etibarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarında istinad etdiyi inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsi məsələsi mövcud deyildir. Həmçinin məhkəmə qərarın əsaslandırma hissəsində qeyd edir ki, “xxxx” MMC tərəfindən uzanan inzibati xətanın aşkara çıxarıldığı gündən yəni ##.##.2025-ci il tarixdən 4 aylıq müddət keçdiyindən onun barəsində inzibati tənbeh verilə bilməz. Halbuki ## ### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş hal ayrıca tərkib, 529.1-1-ci maddə ilə tərtib edilmiş inzibati xəta haqqında protokol ayrıca tərkibə əsaslanır. 529.1-1-ci maddə ilə protokolun tərtib edilməsinə əsas Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər(onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana) tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsidir. Qeyd olunanlara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarında olan ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in ##.##.2025-ci il tarixli, 3-17- */*-******/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmiş, nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Iş materiallarında olan ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” MMC-yə ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 iş günü müddətində DƏMX-nə verilməsi tələb olunmuş, lakin sənədlər təqdim edilməmiş, nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən AR IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə ona 1000 (bir min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 (on) gün müddət müəyyən edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən “xxxx” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ünvanlanmış ## ###### 2025-ci il tarixli, 3- 17-5/2- ******/**** nömrəli məktubdan görünür ki, “xxxx” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3- cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən ## ######## 2025ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla 1000 (min) manat məbləğində cərimə edilmiş və həmin qərar qüvvəyə minmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində qəbul edilmiş qərar bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, cərimənin ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Qeyd edilənlərə əsasən “xxxx” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əmək haqqından hər ay 50% tutulmaqla 1000 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 (üç) iş günü ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. Eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə Xidmətə məlumat verilməsi, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini 3 (üç) iş günü müddətində Xidmətə qaytarılması xahiş edilmişdir. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş çıxarışdan görünür ki, inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlərin təqdim olunması barədə işəgötürənə sorğu məktubu ##.##.2025-ci il tarixdə “xxxx” MMC-nin şəxsi kabinetinə yerləşdirilmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, “xxxx” MMC-nin Insan resursları departamentinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə olan inzibati protokol əsassızdır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə müəyyən etmişdir ki, “xxxx” MMC-nin Insan resursları departamentinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müraciət göndərilərək inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın icrası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi xahiş edilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın icrası ilə əlaqədar X2 Xidmətinin ## ###### 2025-ci il tarixli, 3-17-5/2- ******/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxx” MMC-nin Insan resursları departamentinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində müvafiq inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın mövcudluğu və həmin qərarın icra edilməməsi sonuncunun əməlində IXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olmasına dəlalət edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs “xxxx” MMC-nin Insan resursları departamentinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar olmasa da, şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar vardır. Belə ki, hazırkı iş üzrə müddətin başlanğıcı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ## ######## 2025-ci il tarixli qərarla cərimə olunması və həmin cəriməni könüllü ödəməməsi tarixi ilə deyil, həmin cərimənin icrası ilə bağlı işəgötürənə ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubda göstərilən tədbirlərin müəyyən edilmiş müddətdə görülməməsi ilə əlaqələndirilməlidir. Belə ki, Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə yaranır. Deməli, bu maddə üzrə inzibati xəta cərimənin ödənilməməsi faktı ilə deyil, səlahiyyətli orqanın qərarın icrası üçün göndərdiyi tələb üzrə müvafiq tədbirlərin görülməməsi ilə baş vermiş hesab edilməlidir. Iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub həmin tarixdə MMC-nin şəxsi kabinetinə yerləşdirilmiş, həmin məktubla inzibati cərimənin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməkhaqqından tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlərin 3 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. Məktub ## ###### 2025-ci il tarixdə MMC-nin şəxsi kabinetinə yerləşdirildiyindən 3 iş günü müddəti ## ###### 2025-ci il tarixdə başa çatmışdır. Həmin müddətdə tələb olunan tədbirlər görülmədiyindən Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ## ###### 2025-ci il tarixdə törədilmiş hesab edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası IXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin maddədə bir il müddət müəyyən edilmiş inzibati xətaların dairəsi ayrıca sadalanmışdır. Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin istisna hallara aid olmadığından hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti dörd ay təşkil edir. Inzibati xətanın ## ###### 2025-ci il tarixdə törədilmiş hesab edildiyi nəzərə alındıqda, Azərbaycan Respublikası IXM-nin 38.1ci maddəsində müəyyən edilmiş dörd aylıq müddət ## ##### 2026-cı il tarixdə başa çatmışdır. Halbuki, iş materialları baxılması üçün məhkəməyə ## ### 2026-cı il tarixdə daxil olmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında iş məhkəməyə daxil olan vaxtadək qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti artıq keçmişdir. Beləliklə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta həmin tarixdən etibarən törədilmiş hesab olunur və dörd aylıq məsuliyyətə cəlb etmə müddətinin axımı da bu andan başlayır. Inzibati xətanın ## ###### 2025-ci il tarixdə törədilmiş hesab edildiyi nəzərə alındıqda, Azərbaycan Respublikası IXM-nin 38.1-ci maddəsində müəyyən edilmiş dörd aylıq müddət ## ##### 2026-cı il tarixdə başa çatmışdır. Lakin, iş materialları baxılması üçün məhkəməyə ## ### 2026-cı il tarixdə daxil olmuşdur. Məhkəmə vurğulayır ki, inzibati məsuliyyətə cəlb etmə müddətləri, dövlət orqanlarının fəaliyyətini intizamlaşdıran, vətəndaşların və hüquqi şəxslərin hüquqlarını qeyri-müəyyən təhdidlərdən qoruyan mühüm hüquqi təminatdır. Bu müddətlərin ötürülməsi ilə inzibati təqib hüququ dövlət tərəfindən itirilir və bu, maddi sübutların mövcudluğundan və ya şəxsin təqsirlilik dərəcəsindən asılı olmayaraq, icraata xitam verilməsi üçün imperativ əsas yaradır. Göründüyü kimi məhkəmə inzibati məsuliyyətə cəlb etmə əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Apellyatorun mövqeyinə görə hüquqi şəxsin törətdiyi xəta uzanan inzibati xətadır. Çünki hərəkətsizlikdə ifadə olunub. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibatı cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Həmin Məcəllənin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, "uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. "Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. Inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında-subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qeyd edilən imperativ normaların təhlilindən belə anlaşılır ki, qanunvericinin məqsədi cərimənin ödənilməməsi vəziyyətində səlahiyyətli inzibati orqanın gördüyü tədbirlərə hüquqi şəxsin etinasız yanaşaraq cəriməni ödəməməsinin qarşısını almaqdır. Uzanan xətanın cəlb etmə müddəti səlahiyyətli orqana məlum olana qədər fasiləsizlik şərtilə davam edir. Ona görə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə hesab edir ki, inzibati xəta ## ###### 2025-ci il tarixdə törədilmiş və Azərbaycan Respublikası IXM-nin 38.1-ci maddəsində müəyyən edilmiş dörd aylıq müddət ## ##### 2026-cı il tarixdə başa çatmışdır. Lakin, iş materialları baxılması üçün məhkəməyə ## ### 2026-cı il tarixdə daxil olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi “xxxx” MMC-nin Insan resursları departamentinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Bu səbəbdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim “xxxx” MMC-nin Insan resursları departamentinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. “xxxx” MMC-nin Insan resursları departamentinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2053/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2053/2026
09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver