Məhkəmə qərarları › İş №3(3-6)-2056/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2056/2026

13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2056/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi X1 tərəfindən hüquqi şəxs "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə ## ###### 2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə hüquqi şəxs "xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xətanın tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli *(*-*)****/**** nömrəli qərardadı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası İXMnin 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün material ilə birlikdə həmin Məhkəməyə qaytarılmışdır. "xxxx” MMC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə icraata qəbul edilməsi barədə qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsində ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xətanın tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət rədd edilmişdir. Həmin qərardaddan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdirlər. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya qaydasında verdiyi şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin şikayət verilməsi üçün müddətin bərpa edilməməsinə dair ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından vaxtında xəbəri olmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, *(***)-****/**** nömrəli qərarından şikayət isə ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə verilmiş, lakin müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, müəyyən halların formal olaraq sadalanması buraxılmış müddətin bərpası üçün tutarlı hallar hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti əsassız hesab olunaraq rədd edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixdə qəbul edilmiş qərarı, ##.##.2026-cı il tarixli sürətli poçt qəbzinə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmiş, Baş İdarəyə ##.##.2026-cı il tarixdə daxil olmuş, lakin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həmin qərar üzrə apellyasiya şikayəti 1 aydan çox müddət keçdikdən sonra, yəni ##.##.2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş qərardan şikayət verilməsi müddəti üzrsüz səbəbdən ötürülmüş və barəsində qərar qəbul edilmiş şəxsi bu müddət ərzində şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qərardan uzun müddət keçdikdən sonra şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnər. Belə ki, Avropa Məhkəməsi “Ryabıx Rusiyaya və Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli mübahisələndirilən qərardadı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin şikayət verilməsi üçün müddətin bərpa edilməməsinə dair ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar