Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2058/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin TP seriyalı, ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verildiyi şikayətin qismən təmin edilməsi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin TP seriyalı, ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və iş yenidən baxılması üçün həmin idarəyə göndərilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından X2 tərəfindən verilmş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Sabunçu Rayon Polis Idarəsi Dövlət Yol Polisi Şöbəsinin Idarəsinin IXP seriyalı, ******* nömrəli, ##.##.2025-ci il tarixli protokolundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə, saat 18:50-də “LEXUS RX350 F SPORT HIBRID MINIK” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Sabunçu Rayon Polis Idarəsi Dövlət Yol Polisi Şöbəsinin Idarəsinin TP seriyalı, ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin TP seriyalı, ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə üraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim G.İ.Məmmədova) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin TP seriyalı, ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin idarəyə göndərilmişdir. X1 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından verilmiş şikayət səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildiyindən, şikayət X2, inzibati xəta haqqında iş üzrə icraat materialları isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin TP seriyalı, ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verildiyi şikayətin qismən təmin edilməsi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin TP seriyalı, ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və iş yenidən baxılması üçün həmin idarəyə göndərilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından apellyasiya qaydasında verilmiş şikayət səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildiyindən, şikayət X2, inzibati xəta haqqında iş üzrə icraat materialları isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2058/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2058/2026
07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver