Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 3(3-6)-2059/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin hakimi Əliyeva Aytәn Heydәr qızının sәdrliyi, Əsәdullayev Rasim Nüsrәt oğlunun katibliyi ilә, müdafiәçi – Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasının “Praym Leqal” vәkil bürosunun vәkili Vәkil, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs iştirakları ilә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar 206-cı maddәsi ilә tәqsirli bilinәrәk inzibati hәbslә tәnbeh edilmәsi haqqında Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrarından verdiyi şikayәtә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Tәqdim edilmiş inzibati xәta haqqında iş üzrә icraat materiallarından vә Bakı şәhәri Suraxanı RPI-nin 33-cü polis bölmәsinin sahә rәisi X1 tәrәfindәn tәrtib edilmiş ## #### 2026cı il tarixli, MN ******* saylı inzibati xәta haqqında protokoldan görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Sәhiyyә Nazirliyinin Respublika Narkoloji Mәrkәzindә müayinәdәn keçirilәrkәn Mәrkәzin **** saylı ekspert rәyinә әsasәn narkotik vasitә istifadәçisi olduğu müәyyәn olunmuşdur vә bununla Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә nәzәrdә tutulan inzibati xәtanı törәtmişdir. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәrtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xәta haqqında protokol vә toplanmış sәnәdlәr baxılması üçün aidiyyәti üzrә Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsinә göndәrimişdir. Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsinin (hakim N.C.Rzayeva) ## #### 2026-cı il tarixli qәrarından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә tәqsirli bilinәrәk 60 (altmış) gün müddәtinә inzibati hәbslә tәnbeh edilmişdir. Qәrardan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs apellyasiya şikayәti verәrәk, inzibati tәnbeh vermә haqqında qәrarın lәğv olunmasını vә iş üzrә icraata xitam verilmәsini vә ya cәzasının yüngüllәşdirilmәsini xahiş etmişdir. Müdafiәçi Vәkil Zair oğlu apellyasiya şikayәtinә әlavә verәrәk, inzibati tәnbeh vermә haqqında qәrarın lәğv olunmasını vә iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şikayәtindә göstәrmişdir ki, hәmin qәrar maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәmәsi nәticәsindә qәbul edilmiş, işin halları tam, hәrtәrәfli vә obyektiv araşdırılmamışdır. Ilk növbәdә, mәhkәmә iclasında o, müdafiәçi ilә tәmin edilmәmişdir. Halbuki, Azәrbaycan Respublikası Konstitusiyası, Avropa Insan Hüquqları Mәhkәmәsi vә digәr hüquqi aktlarda işin hallarından asılı olaraq vәtәndaş müdafiә hüququndan istifadә etmәlidir. Mәhkәmә ona müdafiә hüququnu izah edәrәk müdafiәçi tәyin etmәmişdir. Bununla da onun mәhkәmәdә müdafiә hüququ pozulmuşdur. Bundan әlavә, mәhkәmә onun verdiyi izahata lazımi hüquqi qiymәt vermәmişdir. Mәhkәmә iclasında bildirmişdir ki, epilepsiya xәstәsidir vә hәkim tәyinatı ilә daimi dәrman preparatları qәbul edir. Hәmçinin qeyd etmişdir ki, laborator analiz nәticәsinin qәbul etdiyi dәrman vasitәlәrinin tәsiri ilә formalaşması mümkündür. Buna baxmayaraq, mәhkәmә hәmin halın araşdırılması üçün әlavә ekspertiza tәyin etmәmiş, mütәxәssis rәyi almamış vә müdafiә arqumentinin әsassız hesab edilmәsinin sәbәblәrini qәrarda göstәrmәmişdir. Iş materiallarında olan Respublika Narkoloji Mәrkәzinin ekspert rәyindә sidik nümunәsindә MET(+) nәticәsinin aşkar olunduğu göstәrilsә dә, eyni ekspert rәyindә onda narkomaniya xәstәliyinin әlamәtlәrinin aşkar edilmәdiyi, narkomaniyadan әziyyәt çәkmәdiyi vә mәcburi müalicәyә ehtiyacının olmadığı açıq şәkildә qeyd edilmişdir. Mәhkәmә bu mühüm halları lazımi qaydada qiymәtlәndirmәmişdir. Inzibati Xәtalar Mәcәllәsinin mәqsәdinә uyğun olaraq inzibati tәnbeh tәyin edilәrkәn şәxsiyyәti, әvvәllәr mәsuliyyәtә cәlb olunmamağı, ailә vә sosial vәziyyәti, epilepsiya xәstәsi olması, törәdilmiş әmәlin xarakteri, mәsuliyyәti yüngüllәşdirәn hallar nәzәrә alınmalıdır. O әvvәllәr mәhkum olunmayıb, daimi iş yeri olan gәnc bir şәxsdir. Iş materiallarında ictimai tәhlükәli davranış törәtmәsi, hüquqazidd hәrәkәtlәr etmәsi vә ya digәr ağırlaşdırıcı hallar müәyyәn edilmәmişdir. Mәhkәmә qәrarında inzibati cәrimә cәzasının mәqsәdәuyğun olmadığını qeyd etsә dә, bunun hansı hüquqi vә faktiki әsaslara söykәndiyi izah edilmәmişdir. Nәyә görә daha yüngül inzibati tәnbeh növünün kifayәt etmәdiyi әsaslandırılmamışdır. Bu isә qәrarın әsaslandırılması ilә bağlı qanunvericiliyin tәlәblәrinә uyğun hesab edilә bilmәz. Bundan başqa, mәhkәmә onun yaşını nәzәrә aldığını qeyd etsә dә, hәmin hal inzibati tәnbehin növü vә müddәtinin müәyyәn edilmәsindә faktiki olaraq nәzәrә alınmamışdır. 60 gün inzibati hәbs әn ağır inzibati tәnbeh növlәrindәn biridir vә belә ciddi müdaxilә yalnız kifayәt qәdәr әsaslandırılmış hallarda tәtbiq edilә bilәr. Bundan başqa, qeyd edir ki, onun tәqsirlәndirildiyi maddәnin saksiyasında “hәbs” növündә cәzadan başqa digәr növ “cәrimә” cәzası tәyin edilmişdir. Mәhkәmә qәrarında inzibati hәbsin son çarә tәdbiri olması vә daha yüngül tәnbehin niyә tәtbiq edilmәmәsinin әsaslandırılmamamışdır. Müdafiәçi şikayәtә әlavәdә göstәrmişdir ki, inzibati mәsuliyyәtә cәlb olunan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs mәhkәmә iclasında epilepsiya xәstәsi olduğunu, bu xәstәliklә әlaqәdar mütәmadi olaraq dәrman preparatları qәbul etdiyini vә qәbul etdiyi dәrmanların tәsiri nәticәsindә narkoloji müayinәnin müsbәt nәticә vermәsinin mümkün olduğunu bildirmişdir. Hәmin izahat mәhkәmә qәrarında da öz әksini tapmışdır. Buna baxmayaraq, mәhkәmә bu halın düzgünlüyünü araşdırmamış, qәbul edilәn dәrman preparatlarının tәrkibinin narkoloji müayinәnin nәticәsinә tәsir edib-etmәdiyini müәyyәn etmәk mәqsәdilә әlavә vә ya tәkrar ekspertiza tәyin etmәmiş, müvafiq tibbi sәnәdlәri tәlәb edib qiymәtlәndirmәmişdir. Eyni zamanda, iş materiallarında olan Respublika Narkoloji Mәrkәzinin ekspert rәyindәn görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs narkomaniya xәstәliyi aşkar edilmәmiş, onun narkomaniyadan mәcburi müalicәyә ehtiyacının olmadığı müәyyәn edilmişdir. Belә olan halda, yalnız sidik nümunәsindә MET (+) nәticәsinin müәyyәn olunması avtomatik olaraq narkotik vasitәnin qәsdәn qәbul edilmәsi barәdә birmәnalı nәticәyә gәlmәyә әsas vermirdi. Buna baxmayaraq, mәhkәmә müdafiә tәrәfinin dәlillәrinә hüquqi qiymәt vermәdәn IXM-in 206-cı maddәsindә nәzәrdә tutulmuş әn ağır inzibati tәnbeh növü olan 60 sutka inzibati hәbs tәtbiq etmişdir. Bundan başqa, mәhkәmә qәrarı yalnız narkoloji ekspert rәyinә, inzibati xәta haqqında protokola vә protokolu tәrtib etmiş Suraxanı Rayon Polis Idarәsinin 33-cü Polis Bölmәsinin sahә rәisinin formal izahatına әsaslanmışdır. Halbuki, iş materiallarından görünür ki, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs ilkin olaraq "Kovan" restoranının yaxınlığında iki polis әmәkdaşı tәrәfindәn saxlanılmışdır. Hәmin polis әmәkdaşları mәhkәmә iclasına çağırılaraq şahid qismindә dindirilmәmiş, onların şәxsin hansı konkret davranışına, zahiri әlamәtlәrinә vә ya digәr obyektiv hallara әsasәn narkotik vasitәdәn istifadә etmәsi barәdә şübhәyә gәldiklәri araşdırılmamışdır. Şәxsin narkoloji müayinәyә göndәrilmәsi üçün kifayәt edәn qanuni әsasların mövcudluğu da mәhkәmә tәrәfindәn yoxlanılmamışdır. Belәliklә, mәhkәmә iş halında üzrә bütün sübutları тәсти qiymәtlәndirmәmiş, müdafiә tәrәfinin irәli sürdüyü arqumentlәrin araşdırılmasını tәmin etmәmiş vә iş üzrә hәqiqәtin müәyyәn edilmәsi üçün zәruri prosessual hәrәkәtlәri hәyata keçirmәmişdir. Bundan әlavә, mәhkәmә IXM-in 206-cı maddәsinin sanksiyasında nәzәrdә tutulmuş alternativ inzibati tәnbeh növlәri arasında mәhz әn ağır tәnbeh növü olan 60 sutka inzibati hәbsin tәtbiq edilmәsinin zәruriliyini konkret faktlarla әsaslandırmamış, bu cәzanın seçilmәsinin motivlәrini qәrarda göstәrmәmişdir. Qanunvericiliyin tәlәblәrinә әsasәn mәhkәmә qәrarı qanuni, әsaslı vә sübutlarla tәsdiq edilmiş olmalıdır. Hazırki iş üzrә isә qeyd olunan prosessual pozuntular vә sübutların natamam araşdırılması qәbul edilmiş qәrarın qanuniliyini vә әsaslılığını şübhә altına alır. Mәhkәmә iclasında müdafiәçi Vәkil şikayәtdә vә şikayәtә әlavәdә göstәrilәnlәri müdafiә edәrәk tәmin olunmasını xahiş etmişdir vә hüquqlarını müdafiә etdiyi barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs şәxsiyyәtini sәciyyәlәndirәn sәnәdlәri mәhkәmәyә tәqdim etmişdir. Mәhkәmә iclasında barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs özünün şikayәtindә vә müdafiәçisinin şikayәtә әlavәsindә qeyd edilәnlәri müdafiә edәrәk tәmin olunmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası mәhkәmәsi şikayәti inzibati xәta haqqında iş üzrә toplanmış icraat materialları ilә әlaqәli şәkildә hәrtәrәfli tam vә obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinlәyәrәk hesab edir ki, aşağıda qeyd olunan әsaslara görә şikayәt qismәn tәmin edilmәli vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә olan Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrarı tәnbehin hәddinә dair hissәdә dәyişdirilmәlidir. Apellyasiya instansiyası mәhkәmәsi belә qәnaәtә gәlәrkәn, ilk növbәdә verilmiş şikayәt üzrә inzibati xәta haqqında aparılmış icraatın xüsusiyyәtlәrini, qәbul edilmiş mәhkәmә qәrarının qanuniliyini vә әsaslılığını, iş üzrә toplanmış vә әlavә tәqdim edilmiş materiallar әsasında yoxlamağı vә qanunvericiliyin tәlәblәrini rәhbәr tutmağı vacib hesab edir. Belә ki, inzibati xәta haqqında işlәrә hakim vә ya sәlahiyyәti orqan (vәzifәli şәxs) tәrәfindәn baxılarkәn, xәtanın müәyyәn edilmәsi mәqsәdilә işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılmasını hәyata keçirmәk üçün qanunvericiliyin tәlәblәri baxımından irәli gәlәn bütün zәruri tәdbirlәrin görülmәsi tәlәb olunur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 133.2.8-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn, qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim olunmuş materiallar әsasında yoxlanılır. Apellyasiya instansiyası mәhkәmәsi qeyd edir ki, inzibati xәta haqqında iş üzrә toplanmış icraat materiallarına әsasәn, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsindә nәzәrdә tutulan inzibati xәtanı törәtmәsi araşdırma materialları, izahatlar, inzibati xәta haqqında protokol vә digәr sәnәdlәrlә tam tәsdiq olunmuşdur. Belә ki, inzibati işdә olan sәnәdlәrlә vә Ambulator X4 dair ## #### 2026-cı il il tarixli, **** nömrәli rәylә, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs inzibati xәta törәtmәsi faktı müәyyәn edilmişdir. Birinci instansiya mәhkәmәsi inzibati xәta haqqında iş üzrә toplanmış icraat materiallarına mәcmu halında qiymәt verәrәk, Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә tәqsirli bilinmәsinә dair әsaslı qәrar qәbul etmişdir ki, bu mәsәlәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәnin qanuniliyini şübhә altına almağa heç bir әsas yoxdur. Belә ki, yuxarıda göstәrildiyi kimi, inzibati xәta faktının subyektә münasibәtdә müәyyәn edilmәsi ilә bağlı hallar, kifayәt qәdәr dәlillәrin mövcudluğu ilә tam tәsdiq olunmuşdur. Apellyasiya instansiyası mәhkәmәsi şikayәtә münasibәtdә qeyd edir ki, inzibati iş üzrә birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsinә әsaslar yoxdur. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 2-ci maddәsinә әsasәn, Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin vәzifәlәri insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını, onların sağlamlığını, әhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mәnәviyyatı, mülkiyyәti, şәxslәrin iqtisadi maraqlarını, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, idarәçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkәmlәndirmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. Hәmin Mәcәllәnin 21-ci maddәsinә әsasәn, inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Apellyasiya instansiyası mәhkәmәsi, qanunvericiliyin tәlәblәri baxımından Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә daha yüngül tәnbeh növünün tәtbiq edilmәsini mümkün saymır. Bununla yanaşı, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs münasibәtdә qәrar qәbul edilәrkәn, inzibati tәnbeh tәtbiq etmәnin ümumi prinsiplәri vә qanunun tәlәblәri kifayәt qәdәr nәzәrә alınmamışdır. Belә ki, birinci instansiya mәhkәmәsi, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxs Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә tәtbiq olunan inzibati tәnbehin növünü düzgün müәyyәn etsә dә, işin hallarına vә şәxsiyyәtinә münasibәtdә, yüksәk hәddә inzibati hәbs tәyin etmiş, mәsuliyyәti yüngüllәşdirәn halların olması vә ağırlaşdıran halların olmaması isә düzgün nәzәrә alınmamışdır. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 9.1-ci maddәsinә әssәn, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına vә inzibati xәtanı törәtmәkdә tәqsirli bilinәnin şәxsiyyәtinә uyğun olmalıdır. Hәmin Mәcәllәnin 32.2-ci maddәsinә әsasәn, inzibati tәnbeh tәtbiq edilәrkәn bu Mәcәllәnin 32.1.1-32.1.7-ci maddәlәrindә göstәrilmәmiş başqa hallar da mәsuliyyәti yüngüllәşdirәn hal qismindә nәzәrә alına bilәr. Apellyasiya instansiyası mәhkәmәsi inzibati xәta haqqında iş üzrә mәsuliyyәti ağırlaşdıran halların olmamasını nәzәrә alır. Inzibati Xәtalar qanunvericiliyinin hәm Ümumi, hәm dә Xüsusi hissәsindә tәsbit olunmuş müddәalara әsasәn, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilmәli olan tәnbehin tәtbiqi qaydaları şәxsin şәxsiyyәtini xarakterizә edәn amillәr vә işin müәyyәn edilmiş faktiki halları ilә bilavasitә şәrtlәndirilmişdir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 53-cü maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә icraatı rәdd edәn hallar yoxdur. Apellyasiya instansiya mәhkәmәsi hesab edir ki, inzibati iş üzrә Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilmәli vә Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs barәsindә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә tәyin edilmiş 60 (altmış) gün müddәtinә inzibati hәbsin müddәtinin 45 (qırx beş) gün müddәtinә endirilmәsi, törәdilmiş xәtanın xarakterinә, törәdilmә hallarına vә onun şәxsiyyәtinә uyğun hesab edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.2-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә baxılaraq, bu Mәcәllәnin 135.1.2- 135.1.5-ci maddәlәri ilә müәyyәn edilmiş hallarda qәrarın dәyişdirilmәsi haqqında vә ya qәrarı lәğv edәrәk yeni qәrarın çıxarılması haqqında qәrar qәbul edilir. Hәmin Mәcәllәnin 135.1.5-ci mddәsinә әsasәn tәtbiq edilmiş tәnbehin bu Mәcәllәnin 31- 34-cü maddәlәrinin tәlәblәrinә uyğun olmaması inzibati xәta haqqında qәrarın dәyişdirilmәsi vә ya lәğv edilmәsi üçün әsasdır. Şәrh olunanları vә Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 134.1.2 vә 135.1.5-ci maddәlәrinin tәlәblәrini rәhbәr tutaraq, apellyasiya instansiyası mәhkәmәsi, QƏRARA A L D İ: Şikayәt qismәn tәmin edilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә tәqsirli bilinәrәk 60 (altmış) gün müddәtinә inzibati hәbslә tәnbeh edilmәsi haqqında Bakı şәhәri Suraxanı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrarı dәyişdirilsin. Barәsindә inzibati xәta haqqında icraat aparılan şәxs Azәrbaycan Respublikası Inzibati Xәtalar Mәcәllәsinin 206-cı maddәsi ilә tәyin edilmiş inzibati hәbs 45 (qırx beş) gün müddәtinә endirilsin. Qәrar qalan hissәdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәtidir, ondan şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-6)-2059/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2059/2026
07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver