Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2064/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) oğlu (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməsi, sonuncu barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, ## ##### 2026-cı il tarix, saat 17:58-də ünvan 1 ünvanında Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Changan Qiyuan Q05 Plug-in hibrid” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş videogörüntülərə lazımi hüquqi qiymət verməmiş, inzibati orqanın təqdim etdiyi sübutları tam və obyektiv araşdırmamış, yalnız şikayətçinin təqdim etdiyi sonradan çəkilmiş videogörüntüyə əsaslanaraq nəticəyə gəlmişdir. Halbuki həmin görüntülər inzibati xətanın törədildiyi anı deyil, sonrakı vəziyyəti əks etdirir və hadisə vaxtındakı yol şəraitini tam sübut etmir. Bundan başqa, yol nişanlanmasının müəyyən hissələrinin zəifləməsi sürücünü yol hərəkəti qaydalarına riayət etmək və hərəkəti təhlükəsiz təşkil etmək vəzifəsindən azad etmir. Sürücü yol şəraitini nəzərə alaraq hərəkət etməli və manevrləri ehtiyatla yerinə yetirməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar arasında ziddiyyətlər aradan qaldırılmadan və inzibati orqanın təqdim etdiyi materiallara tam hüquqi qiymət verilmədən inzibati xəta tərkibinin olmaması barədə nəticəyə gəlinmişdir ki, bu da işin faktiki hallarına uyğun deyildir. Buna görə də həmin qərar qanunsuz və əsassızdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq göstərmişdir ki, şikayətin dəlili ilə bağlı məhkəməyə təqdim etdiyi bir ədəd diskin yaddaşına yazılmış fotoşəkildə iş üzrə Qərardan şikayət verən orqan (şəxs) törətdiyi inzibati xəta hadisəsi əks olunmuşdur. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahatında göstərmişdir ki, səlahiyyətli orqanın əməkdaşları tərəfindən barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, həmin qərarda göstərilən inzibati xəta hadisəsini törətməmişdir. Bu hal səlahiyyətli orqanın nümayəndəsinin hazırki məhkəmə iclasında təqdim etdiyi fotoşəkil ilə də müəyyən edilir. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarda Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 17:58-də “Changan Qiyuan Q05 Plug-in hibrid” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozmasının müəyyən edildiyi göstərilmişdir. İş üzrə birinci instansiya məhkəməsi isə müvafiq nəticəyə gələrkən, səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) hadisədən sonra həmin yolda qeydə aldığı videogörüntüyə əsasən yolda olan xətlənmələrin silinməsinə, görünməyən vəziyyətdə olmasına, həmçinin həmin yolda ümumiyyətlə sola dönməni qadağan edən hər hansı nişan quraşdırılmamasına əsaslanmışdır. Azərbaycan Respublikası İXM-in: - 327.2-ci maddəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar, həmçinin maddi sübutlarla müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. - 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Apellyasiya instansiyası məhkəməsi səlahiyyətli orqanın nümayəndəsinin apellyasiya məhkəmə iclasında təqdim etdiyi bir ədəd diskin yaddaşına yazılmış fotoşəkillərdə məhkəmə iclasında baxış keçirilməsinin nəticələrinə əsasən Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 17:58-də “Changan Qiyuan Q05 Plug-in hibrid” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğunu müəyyən etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) oğlunun 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozması tərəflərin iştirakı ilə apellyasiya məhkəməsi iclasında tədqiq edilmiş həmin fotoşəkillər ilə sübut edilir. Buna görə də Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri barəsində səlahiyyətli orqanın qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş məzmunda mövcuddur. Qərardan şikayət verən orqan (şəxs) özünün də qeydə aldığı videogörüntüdə olan avtomobilin güzgüsündən həmin yolda xətlərin mövcudluğu aşkar görünür. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə səlahiyyətli orqanın verdiyi şikayət əsaslı, Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayət isə əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayət təmin edilməməli, səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.2, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayət təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayətvəya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2064/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2064/2026
21.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver