Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2065/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin ## #### 2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə Mikayıl Əliyev küçəsi ilə Heydər Əliyev istiqamətində hərəkətdə olarkən, Mikayıl Əliyev və Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədən “Koroğlu” metrostansiyası istiqamətində körpüyə qalxan hissədə ona məxsus “Hyundai Accent” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olub. Həmin vaxt yolun üç hərəkət zolağından iki zolaq YPX əməkdaşları tərəfindən məhdudlaşdırılmış, nəqliyyat vasitələrinin hərəkəti isə yalnız 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş zolaq vasitəsilə təşkil olunmuşdur. Sürücülər, o cümlədən Qərardan şikayət verən orqan (şəxs) da YPX əməkdaşlarının verdiyi siqnal və göstərişlərə uyğun olaraq növbəli şəkildə hərəkət etdiklərinə qeyd edib. Buna baxmayaraq, texniki vasitə ilə ona qarşı İnzibati Xətalar Məcəlləsinin 327.1-1ci maddəsi ilə əsassız olaraq protokol tərtib edildiyini və nəticədə 100 manat və 2 cərimə balı tətbiq olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) qeyd etmişdir ki, avtobus zolağında hərəkətdə olduğu müddətdə nə qarşı istiqamətdə, nə də ondan arxa istiqamətdə hər hansı avtobusun hərəkəti müşahidə olunmamışdır, bu səbəbdən onun hərəkətini ictimai nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə yaratmadığını, barəsində qanunsuz protokol tərtib edildiyini, qərar qəbul olunduğunu qeyd etmiş, ## #### 2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, 2 cərimə balının silinməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə şikayət təmin edilərək, Baş Dövlət Yol Polisi İdarəsinin ## #### 2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilib və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarının ləğv edilməsini, inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmiş, kobud prosessual pozuntuya yol verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.2-ci və 133.2.4cü maddələrin tələblərinə riayət edilməmişdir. Prosessual məsələnin işə baxmış birinci instansiya məhkəməsinin hakimi həll etmədən mahiyyəti üzrə inzibati xəta haqqında işə baxmışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibat ixəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Hazırkı qayda pozuntusu xüsusi texniki vasitə ilə aşkar edilərək rəsmiləşdirilmişdir. Hakim Qərardan şikayət verən orqan (şəxs) yalnız şəxsi izahatına əsaslanaraq onun polis əməkdaşının göstərişi ilə avtobus zolağında hərəkət etməsi qənaətinə gəlmişdir. Lakin iş materiallarında həmin faktı təsdiq edən heç bir obyektiv sübut mövcud deyildir. Nə məhkəmə iclasında həmin vaxt yol hərəkətini tənzimləyən polis əməkdaşları dindirilmiş, nə onların xidməti izahatları alınmış, nə də hadisə yerində yol hərəkətinin xüsusi qaydada təşkil olunmasına dair hər hansı sənəd araşdırılmışdır. Belə olan halda məhkəmənin sürücünün polis əməkdaşının göstərişi ilə hərəkət etməsi barədə nəticəsi ehtimala əsaslanır və sübutlarla təsdiqlənmir. Xüsusi texniki vasitənin qeydə aldığı inzibati xəta faktına lazımi hüquqi qiymət verilməmişdir. İş materiallarında mövcud olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, nəqliyyat vasitəsinin 5.9 və 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş zolaqda hərəkət etməsi xüsusi texniki vasitələrlə qeydə alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, xüsusi texniki vasitələri göstəriciləri inzibati xətalar haqqında işlər üzrə sübut hesab edilir. Hakim həmin sübutun mötəbərliyini şübhə altına alan hər hansı hüquqi və ya texniki əsas müəyyən etmədən yalnız şikayətçinin izahatına üstünlük vermişdir. Halbuki iş materiallarında inzibati xəta hadisəsinin qeydə alınması faktı mövcuddur və bu fakt təkzib edilməmişdir. Polis əməkdaşının göstərişi verilməsi sübuta yetirilməmişdir. "Yol hərəkəti haqqında" Qanunun 60-cı maddəsinin V hissəsinə əsasən, sürücülər nizamlayıcının göstərişlərinə əməl etməlidirlər. Lakin həmin normanın tətbiqi üçün ilk növbədə belə göstərişin həqiqətən verilməsi müəyyən edilməlidir. Hazırkı işdə polis əməkdaşının konkret hansı göstəriş verdiyi, həmin göstərişin kim tərəfindən verildiyi, həmin vaxt hansı yol hərəkəti sxeminin tətbiq olunduğu və sürücünün həmin göstəriş əsasında hərəkət etməsi heç bir sübutla təsdiq edilməmişdir. Hakim isə bu halı sübut olunmuş fakt kimi qəbul etmişdir ki, bu da sübutların qiymətləndirilməsi qaydalarının pozulmasıdır. Hakim təqsirsizlik prezumpsiyasına istinad etsə də, iş materiallarında inzibati xəta hadisəsinin xüsusi texniki vasitə ilə qeydə alınması faktı mövcuddur. Barəsində qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həmin hadisəni təkzib edən obyektiv və mötəbər sübutlar təqdim edilməmişdir. Məhz buna görə təqsirsizlik prezumpsiyası barədə müddəaların tətbiqi üçün kifayət qədər hüquqi əsas olmamışdır. Məhkəmə bu halları nəzərə almadan işə mahiyyəti üzrə baxıb heç bir əsaslandırma aparmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının əsaslı olmadığını bildirib şikayətin təmin edilməsini xahiş etdi. Eyni zamanda, nümayəndə çıxışında barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün olan zolağa həqiqətən yol polis əməkdaşının göstərişi ilə daxil olduğunu təsdiq və etiraf etdi. Bununla bərabər eyni qaydada icazə verilmiş digər maşınlara nisbətən Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobilin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün olan zolağdan nisbətən gec çıxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs birinci instansiya məhkəməsinə ünvanladığı şikayəti və məhkəmədəki çıxışı ilə eyni məzmunda izahat verib həmin gün polis göstərişi ilə avtobus zolağında 10-15 metr sürdükdən sonra sol zolağa keçdiyini bildirərək şikayətin əsassız olduğunu bildirib birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Şikayət müəllifinə görə, məhkəmə işin hallarını araşdırmadan, hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini əsaslı hesab etmir. İş materiallarında olan ## #### 2026-cı il tarixli EQ******** nömrəli tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 08:32-də ünvan 1 ünvanında “Hyundai ACCENT” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Şikayətə əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Hyundai ACCENT” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ehtimal olunan inzabti xəta hadisəsinin törədildiyi yerin görüntüləri əks olunmuşdur. Birinci instansiya məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq hər gün səhər saatlarında işə gedərkən polis əməkdaşları tərərfindən yol hərəkətinin nizamlanması üçün yolların bağlandığını, az-az maşın buraxıldığını, növbə ona çatdıqda yol polisinin ona avtobus zolağı ilə hərəkəti davam etdirməsinə dair göstəriş verdiyini bildirmişdir. O, işə çatdıqdan sonra ona “sms xəbərdarlıq” gəlmiş və cərimələndiyini görmüşdür. Qeyd edilənlərə əsasən, ## #### 2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində istinad edilmiş dəlillər əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “şikayətə əlavə edilmiş fotoşəkillərdən və qərardan şikayət vermiş şəxsin izahatından müəyyən edildi ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 08:32-də ünvan 1 ünvanında “Hyundai ACCENT” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını tənzimləyən nizamlayıcının (polis əməkdaşının) müvafiq göstərişinə riayət edərək ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkəti davam etdirmişdir”. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun və düzgün olaraq araşdırmış və əsaslı olaraq onun İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati iş üzrə icraata xitam vermişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, apellyasiya şikayətində qərarın ehtimallar əsasında verildiyi və sübutların olmadığı qeyd edilsə də, iş materiallarında olan fotoşəkillər, habelə nümayəndənin apellyasiya instansiya məhkəməsində çıxışı zamanı bildirdikləri də nəzərə alınmaqla bir daha birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu sübut etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun V-ci maddəsinə əsasən, nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin inzibati xətanın anlayışından bəhs edən 12-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr inzibati orqanın iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, İnzibati Xətalar Məcəlləsinin 75, 76, 84-cü maddəsinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, inzibati orqanın apellyasiya müraciətində isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə birinci instansiyası məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinin tərkibinin olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2065/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2065/2026
15.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver