Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2066/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3 cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Xidmət tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən inzibati orqanın protokoluna və ona əlavə edilmiş sənədlərinə sübut kimi düzgün qiymət verilməmişdir. Halbuki, elektron məktubdan görünür ki, araşdırma aparılması üçün müvafiq sənədlərin 7 gün ərzində Xidmətə təqdim edilməsi barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilən ##.##.2026-cı il tarixli, 3-17-5/2-8068/2025 məktub MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Lakin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən həmin sənədlər Xidmətə tam təqdim edilməmiş və tam təqdim edilməmənin səbəbləri barədə məlumat verilməmişdir. Bununla da, məktublarda göstərilən müddət ərzində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən tələb olunan sənədlər Xidmətə təqdim edilmədiyindən IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə, Nizami Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən IXM-in 539.3-ci maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən şəxsin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının ləğv edilməsini və Xidmət tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 verilmiş apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Xidmət tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, vətəndaş X2 şikayəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilmiş ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktubda qeyd olunan sənədlərin 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb olunmuş, məktub ##.##.2025-ci il tarixdə çatdırılsa da, tələb edilmiş sənədlər bugünədək təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt “Azərpoçt” Xidmətinin göndərişlərinin izlənilməsi altsistemindən çıxarış ilə öz təsdiqini tapır. Əlavə olaraq protokolda qeyd edilmişdir ki, müəssisəsinin rəhbəri protokolun müzakirəsinə dəvət edilsə də, iştirak etməmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktubdan müəyyən edilir ki, vətəndaş X2 müraciətinə münasibət bildirilməsi məqsədilə əməkhaqlarının hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti (işlədiyi aylar üzrə), iş vaxtının uçotu tabelləri (işlədiyi dövr ərzində) və vətəndaşın müraciətində qeyd etdiyi məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı Şəhər Idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. - “Bağlamaların izlənməsi xidməti ilə göndərişlərin izlənilməsi” çıxarışından müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixli *-**-*/*- ****/**** nömrəli sənədlərin tələb edilməsi barədə sorğu ##.##.2027-ci il tarixədək icra olunması üçün hüquqi şəxsin şəxsi kabinetinə daxil olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubdan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədilə ##.##.2026-cı il tarixdə saat 12:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Bakı şəhər idarəsinə dəvət edilmişdir. Eyni zamanda şəxsə bildirilmişdir ki, “Əmək və Məşğulluq” altsistemində əks olunmuş zoom-link vasitəsilə də inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilə bilər. - X2 ##.##.2025-ci il tarixlərdə 142 Çağrı Mərkəzinə müraciət edərək, ##.##.2025-ci il tarixdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də “xadimə” vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunduğunu, iş saatlarından artıq müddətdə əmək fəaliyyətinə cəlb olunsa da, əlavə iş saatlarına görə ödəniş ödənilməmişdir. Vətəndaş bu haldan narazı olduğunu bildirmiş, məsələnin araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkibi var, lakin inzibati tənbeh inzibati xətanın törədildiyi gündən 4 (dörd) aydan artıq müddət keçdiyindən Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Iş materiallarından görünür ki, inzibati xətanın baş verdiyi ## ###### 2026-cı il tarixdən 4 aydan artıq müddət keçmişdir. Inzibati xəta haqqında protokol məhkəməyə ## ### 2026-cı il tarixdə daxil olmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol məhkəməyə inzibati xətanın baş verdiyi tarixdən 4 (dörd) aydan çox müddət keçməklə daxil olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə belə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında nəticəsi qanuni və əsaslıdır. Işin halları X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun əsaslılığını və bu barədə apellyasiya şikayətinin dəlillərini təkzib edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2066/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2066/2026
22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver