Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2067/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: “xxxx” MMC barəsində AR IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, vətəndaş X2 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək sənədlər 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb edilsə də, tələb edilmiş sənədlər təqdim edilməmişdir. Nəticədə “xxxx” MMC tərəfindən AR IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilmiş cavab məktubu və müəssisəyə göndərilmiş sorğu məktubunun çatmasını təsdiq edən sənəd ilə öz təsdiqini tapır. Əlavə olaraq protokolda qeyd edilmişdir ki, müəssisəsinin rəhbəri protokolun müzakirəsinə dəvət edilsə də, iştirak etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Aynur Əliyeva) ##.##.2026-cı il tarixli qərarı ilə “xxxx” MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən inzibati orqanın protokoluna və ona əlavə edilmiş sənədlərinə sübut kimi düzgün qiymət verilməmişdir. Halbuki, elektron məktubdan görünür ki, araşdırma aparılması üçün müvafiq sənədlərin 7 gün ərzində Xidmətə təqdim edilməsi barədə “xxxx” MMC-yə göndərilən ##.##.2026-cı il tarixli, 3-17-5/2-26696/2026 məktub MMC-nin elektron kabinetinə yerləşdirilmişdir. Lakin, “xxxx” MMC tərəfindən həmin sənədlər Xidmətə təqdim edilməmiş və təqdim edilməmənin səbəbləri barədə məlumat verilməmişdir. Bununla da, məktublarda göstərilən müddət ərzində “xxxx” MMC tərəfindən tələb olunan sənədlər Xidmətə təqdim edilmədiyindən IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Belə ki, ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, vətəndaş X2 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən ##.##.2026-cı il tarixli 3-17-5/2- *****/**** nömrəli məktub göndərilərək sənədlər 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb edilsə də, tələb edilmiş sənədlər təqdim edilməmişdir. Nəticədə “xxxx” MMC tərəfindən AR IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilmiş cavab məktubu və müəssisəyə göndərilmiş sorğu məktubunun çatmasını təsdiq edən sənəd ilə öz təsdiqini tapır. Əlavə olaraq protokolda qeyd edilmişdir ki, müəssisəsinin rəhbəri protokolun müzakirəsinə dəvət edilsə də, iştirak etməmişdir. - “Məktubdan” müəyyən edilir ki, “xxxx” MMCyə ünvanlanan ##.##.2026- cı il tarixli *-**-*/*-*****/**** nömrəli sənədlərin tələb edilməsi barədə sorğu ##.##.2026- cı il tarixədək icra olunması üçün hüquqi şəxsin şəxsi kabinetinə daxil olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanan ##.##.2026-cı il tarixli 3-17-5/2- 26696/2026nömrəli məktubdan müəyyən edilir ki, vətəndaş X2 müraciətinə münasibət bildirilməsi məqsədilə onunla bağlanmış əmək müqaviləsinin surəti, kollektiv müqavilə (olduğu təqdirdə), əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, HIT-a müraciət və HIT-nın razılığı və s.), son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətləri, iş vaxtının uçotu tabelləri (işlədiyi dövr ərzində) və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunu 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı Şəhər Idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, “xxxx” MMC-nin rəhbərliyi inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədilə ##.##.2026-cı il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Bakı şəhər idarəsinə dəvət edilmişdir. Eyni zamanda şəxsə bildirilmişdir ki, “Əmək və Məşğulluq” altsistemində əks olunmuş zoom-link vasitəsilə də inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilə bilər. “xxxx” MMC tərəfindən AR ƏƏSMN DƏMX Bakı Şəhər Idarəsinə ünvanlanan ##.##.2026-cı il tarixli, TTŞ/XM/** nömrəli məktubdan müəyyən edilir ki, X2 ilə hüquqi şəxs arasında bağlanmış əmək müqaviləsinə şəxsin tikinti-quraşdırma işlərinin bitməsi ilə əlaqədar öz xahişi ilə ərizəsi əsasında ##.##.2023-cü il tarixdə ***/** saylı əmrlə xitam verilmişdir. Bundan sonra ##.##.2023-cü il tarixdə “xxxx” MMC-də operator vəzifəsinə qəbul edilmiş, ##.##.2025-ci il tarixində isə vəfat etmişdir. Beləliklə şəxslə şirkət arasında bağlanmış müqaviləyə 3 ilə yaxındır ki, xitam verilmişdir. Həmçinin “xxxx” MMC-yə şəxsə münasibətdə DƏMX-nin Bakı Şəhər Idarəsi tərəfindən göndərilən ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktuba ##.##.2025-ci il tarixli **/** saylı məktubla cavab verilmiş, qeyd edilən cavab məktubu DƏMX tərəfindən ##.##.2025-ci il tarixində saat 12:55-də alınmışdır. Bundan başqa X2 ##.##.2012-ci il tarixdə “xxxx” MMC-də operator vəzifəsinə qəbul edilmiş, ##.##.2017-ci il tarixində yəni 09 il bundan əvvəl AR ƏM-nin 70/ç maddəsinə əsasən xitam verilmiş, işçinin son haqq-hesabı şirkət tərəfindən X2 ödənilmişdir. Həmçinin məktubda göstərilmişdir ki, ##.##.2026-cı il tarixli 3-17-5/2- *****/**** nömrəli sənədlərin tələb edilməsi barədə sorğu məktubu ##.##.2026-cı il tarixdə hüquqi şəxsin ünvanına çatdırılmış, ##.##.2026-cı il tarixdə saat 12:42:33-də hüquqi şəxsin hökumət kabinetinə yerləşdirilmişdir. “Teleqramdan” müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə göndərilmiş eynitarixli məktub ##.##.2026-cı il tarixdə təyinatı üzrə çatıdırlmışdır. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi iş materiallarına əlavə edilmişdir. - “xxxx” MMC tərəfindən AR ƏƏSMN DƏMX Bakı Şəhər Idarəsinə X2 şirkətlə arasında olan əmək müqaviləsinə dair ##.##.2025-ci il tarixli **/** nömrəli və ##.##.2025-ci il tarixdə TTŞ/XM/*** nömrəli məktublar göndərilmişdir. - “Teleqramdan” müəyyən edilir ki, ##.##.2025-ci il tarixli məktub ##.##.2025-ci il tarixdə təyinatı üzrə çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən ##.##.2026-cı il tarixli məktubla “xxxx” MMC-dən tələb edilmiş sənədlər vaxtında və tam olaraq inzibati orqana təqdim edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, ##.##.2026-cı il tarixli sorğu məktubu ##.##.2016-cı il tarixdə hüquqi şəxsə çatdırılmış, “xxxx” MMC tərəfindən ##.##.2026-cı il tarixdə cavab məktubu və sorğu edilən müvafiq sənədlər AR ƏƏSMN DƏMX Bakı Şəhər Idarəsinə göndərilmişdir. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXMnin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Səlahiyyətli orqanın sənədləri almadığına dair iddiasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. “xxxx” MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2067/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2067/2026
13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver