Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2071/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respubliksaı DİN Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respubliksaı DİN Bakı şəhər Nizami DYPŞ-nin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, qərarın Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə cərimə olunması hissəsində ləğv edilməsini və qərarın bu hissəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respubliksaı DİN Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və Azərbaycan Respubliksaı DİN Bakı şəhər Nizami DYPŞ-nin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə cərimə olunması hissəsində ləğv edilməsi və qərarın bu hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixində idarə etdiyi Hyundaı İ20 minik markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hazırda işlədiyi şirkət ərazisində-Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ünvanında manevr edərkən avtomobilin ön hissəsini ehtiyatsızlıqdan səkiyə vurmuşdur. Daha sonra nəqliyyat vasitəsində yaranan xərclərlə bağlı sığorta şirkəti ilə əlaqə saxlamış, onlar da Daxili İşlər Nazirliyinin qaynar xətti ilə əlaqə saxlamalı və məlumat verməli olduğunu bildirmişlər. Daxili İşlər Nazirliyinin qaynar xətti ilə əlaqə saxladıqdan sonra isə Nizami rayon DYPŞ- nin əməkdaşı olduğunu bildirən Tural adlı polis əməkdaşı ona zəng edərək hadisənin təfərrüatı ilə bağlı məlumat almışdır. O, hadisənin işlədiyi şirkətin ərazisində baş verdiyini bildirdikdə isə hadisənin yol qəza hadisəsi olmadığından onun araşdırılması üçün hadisə yerinə gəlməsinin zəruri olmadığını, ona video vasitəsi ilə "whatsapp" proqramı üzərindən hadisə yerinin görüntüsünü göndərməyini tələb etmişdir. O da buna uyğun olaraq, hadisənin baş verdiyi ərazinin videosunu göndərmişdir. Bundan sonra müvafiq qanunvericiliyə əsasən, Maştağa xəstəxanasında alkoqol testindən keçmiş və testin cavabı neqativ çıxmışdır. Müvafiq sənədi Nizami rayon DYPŞ-ə təqdim etmişdir. Buna baxmayaraq qərəzli olaraq haqqında ##.##.2026-cı il tarixli, IXP******* saylı protokol tərtib edilmiş və həmin protokola əsasən Nizami rayon DYPŞ tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı qərarla AR İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci və 327.6-cı maddəsinə əsasən “100" manat məbləğində cərimələnmişdir. Həmin qərardan Nizami Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş və Azərbaycan Respubliksaı DİN Bakı şəhər Nizami DYPŞ-nin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə cərimə olunması hissəsində ləğv edilməsi və qərarın bu hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsnin şikayəti təmin etməməsinin səbəbi olaraq qərarda qeyd olunur ki, o, yol-nəqliyyat hadisəsi zamanı qanunla müəyyən edilmiş dərhal məlumat vermə öhdəliyini pozmuşdur. Belə ki, məhkəmə hesab edir ki, hadisənin baş vermə saatından asılı olmayaraq dərhal daxili işlər orqanlarına (102 xidmətinə) məlumat verməli və polisin gəlməsini gözləməli idi. Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsinin qeyd hissəsinin 7-1-ci bəndinə görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı halda sürücünün hadisə yerini tərk etməsinə İXM-nin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, sözügedən hadisə birtərəfli qaydada baş vermiş, qəza nəticəsində hər hansı üçüncü şəxsə məxsus nəqliyyat vasitəsinə, dövlət və ya xüsusi mülkiyyətdə olan əmlaka heç bir zərər dəyməmişdir. Hadisə yalnız onun tərəfindən və idarə etdiyi nəqliyyat vasitəsinin səkiyə vurulması ilə nəticələndiyi üçün hadisədə təqsirli şəxsin müəyyən edilməsi ilə bağlı heç bir mübahisə və ya ikinci bir tərəf mövcud deyil. Bu baxımdan, qanunvericinin tələb etdiyi 'mübahisəsizlik' şərti faktiki olaraq tam təmin olunmuşdur. İş üzrə müəyyən edilmişdir ki, qəza nəticəsində nə onun, nə də digər hər hansı bir şəxsin sağlamlığına heç bir xəsarət və ya zərər dəyməmişdir. Qanunverici sağlamlığa zərər dəymədiyi və mübahisə olmadığı təqdirdə sürücünün ərazini tərk etməsini inzibati xəta tərkibi (yerindən yayınma) kimi qəbul etmir. İnzibati xətanın subyektiv tərəfi şəxsin qəsdini və ya məsuliyyətdən yayınmaq niyyətini ehtiva edir. O, hadisə baş verdikdən sonra hadisəni gizlətməmiş, əksinə səhər saatlarında sığorta şirkətinə və dərhal sonra DYP əməkdaşlarına özü məlumat vermişdir. Həmçinin polis əməkdaşının tələbi ilə hadisə yerinin video-görüntülərini elektron qaydada onlara təqdim etmiş və könüllü olaraq tibbi müayinədən (alkoqol testindən) keçərək testin neqativ nəticəsini orqana təqdim etmişdir. Bu hərəkətlər onun hadisə yerindən 'yayınmaq' və ya məsuliyyətdən gizlənmək niyyətinin olmadığını təsdiq edir. Birinci instansiya məhkəməsi qərarda maddi hüquq normalarını ciddi şəkildə pozaraq, qanunvericilikdə nəzərdə tutulmayan əsassız genişləndirilmiş şərh vermişdir. Belə ki, hakim 'polisə dərhal məlumat verməmək' faktını birbaşa 'hadisə yerindən yayınma' (İXM 327.6) kimi qiymətləndirmişdir. Məhkəmənin 'dərhal məlumat verməməyi' birbaşa 'hadisə yerindən yayınma' kimi qiymətləndirməsi qanunvericilik sisteminin məntiqinə tamamilə ziddir. Qanunvericilikdə mövcud olmayan bir məsuliyyəti analogiya vasitəsilə sürücünün üzərinə qoymaq və sırf məlumatın səhər saatlarında verilməsi faktını qəsdən törədilən 'hadisə yerindən yayınma' xətası ilə eyniləşdirmək tam qanunsuzdur. Birinci instansiya məhkəməsi qərarda DYP inspektorunun subyektiv mülahizəsinə əsaslanaraq qeyd etmişdir ki, nəqliyyat vasitəsinin kasko sığortalı olması və gələcəkdə subroqasiya tələbinin irəli sürülmə ehtimalı səbəbindən İXM-nin 327-ci maddəsinin Qeyd 7-1 hissəsi ona şamil edilə bilməz. Bu yanaşma tamamilə qanunsuzdur. Belə ki, sığorta münasibətləri və subroqasiya hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənən mülki-hüquqi xarakterli məsələlərdir, inzibati Xətalar Məcəlləsi mülki-hüquqi öhdəliklərin və ya sığorta müqavilələrinin şərtlərinə görə şərh edilə bilməz. İXM-nin 327-ci maddəsinin Qeyd 7-1 hissəsində nəqliyyat vasitəsinin kasko sığortasının olub- olmaması və ya gələcəkdə yarana biləcək subroqasiya hüququ ilə bağlı heç bir məhdudlaşdırım norma nəzərdə tutulmamışdır. Məhkəmə qanunda nəzərdə tutulmayan əsaslarla qanun normasının tətbiqini məhdudlaşdıra bilməz. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respubliksaı DİN Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 02:35-də idarə etdiyi **-YZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai I20” minik markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulmasına görə İXM-in 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 02:35-də Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, nəticədə qəza baş vermiş, Qərardan şikayət verən orqan (şəxs) yol nəqliyyat hadisəsi üzrə DİN-nin 102 xidmətinə məlumat vermədən hadisə yerindən çıxıb getmiş və hadisə barədə məlumatı hadisənin səhərisi gün vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin IV bəndin əsasən Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Həmin qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iş materialları və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün izahatı əsasında Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətməsinin tam sübuta yetirilməsi qənaətinə gəlir. Şikayətin dəlillərindən və Qərardan şikayət verən orqan (şəxs) apellyasiya baxışı zamanı verdiyi ifadəsindən müəyyən olur ki, ##.##.2026-cı il tarixində idarə etdiyi Hyundaı İ20 minik markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun özünə deyil, fəaliyyət göstərdiyi şirkətə məxsus olmaqla, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərə tutulan inzibati xətanı törətməsi nəticəsində həmin nəqliyyat vasitəsinə ziyan dəymiş və o, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerini tərk etmişdir. Belə olan halda, məhkəmə apellyasiya şikayətində Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsinin qeyd hissəsinin 7- 1-ci bəndinə istinadən tərəflər arasında mübahisənin mövcud olub-olmaması faktının öz mülahizəsinə əsasən müəyyən edilməsi və mübahisə mövcud olmadığından həmin Məcəllənin 327.6-cı maddəsinin ona şamil edilməməsi barədə dəlilləri əsassız hesab edir. Məhkəmə onu da nəzərə alır ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 02:35-də Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində inzibati xətanı törətdikdən sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsi nəticəsində həmin vaxt onun alkollu olub-olmaması, sənədlərinin qaydasında olub-olmaması barədə araşdırmanın aprılması mümkün olmamış, habelə özünün də qeyd etdiyi kimi hadisənin səhəri gün yalnız sığorta şirkəti ilə əlaqə saxladıqdan sonra onların tələbi əsasında Daxili İşlər Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayaraq hadisə barədə məlumat vermişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsini tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respubliksaı DİN Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respubliksaı DİN Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-2071/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2071/2026
14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver