Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2072/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi – barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 iştirakı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2-nin barəsində olan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Protokolu tərtib edən orqan tərəfindən verilmiş protestə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2-nin Azərbaycan Respublikasının IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında ##.##.2026-cı il tarixli qərara əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 29, mənzil 2 ünvanı olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən Məmmədov Rahib Surxay oğlu ünvan 2 ünvanında yerləşən “MAG” avtoservisdə gözətçi kimi 2025-ci ilin avqust ayından ##.##.2025-ci il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.T.Axundov) ## ### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2nin Azərbaycan Respublikasının IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Bakı şəhəri Nizami rayon prokuroru apellyasiya protesti vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv olunmasınıə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Protestin dəlilləri və tərəflərin çıxışları: Protest onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın xitam verilməsi haqqında qərar qəbul edilərkən işin faktiki halları nəzərə alınmamış, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2026-cı il tarixli qərarı işin faktiki hallarına münasibətdə norma daxilində düzgün tətbiq edilməmişdir. Belə ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs Məmmədov Rahib Surxay oğlunu ünvan 1 ünvanında yerləşən "MAG" avtoservisdə gözətçii kimi fəaliyyət göstərməsi üçün 2025-ci ilin avqust ayından dekabr ayının 24-dək işçi kimi işə cəlb etmiş bununla da, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2-nin təsisçisi X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ##.##.2021-ci il tarixdən fəaliyyət göstərir. Servis ünvan 1 ünvanında yerləşir. 7-8 ay əvvəl servisə gələn avtomobildən oğurluq edilmişdir. Bu səbəbdən qohumu Məmmədov Rahib Surxay oğlunu həmin ərazidə gözətçilik etməsi məqsədilə nüəyyən aralıqlarla təxminən 2 il müddət, müəyyən aralıqlardan sonra əlavə son 4 ay müddətdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2-də gözətçilik fəaliyyəti ilə məşğul olur. ## ###### 2025-ci il tarixdə baş vermiş oğurluq zamanı Məmmədov Rahib Surxay oğlu gözətçilik fəaliyyəti göstərdiyi üçün servisdə olmuş, lakin yatdığı üçün oğurluq hadisəsindən xəbəri olmamışdır. Məmmədov Rahib Surxay oğlu ilə aralarında əmək müqaviləsi bağlanılmamış, sonuncu şifahi razılıq əsasında fəaliyyət göstərmişdir. Məmmədov Rahib Surxay oğlu izahatında bildirmişdir ki, təxminən 2 il müddətdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2-də mühafizəçi olaraq fəaliyyət göstərir. Göstərdiyi fəaliyyət qarşısında gündəlik 10-15 manat haqq almışdır. ## ###### 2025- ci il tarixdən ## ###### 2025-ci il tarixə keçən gecədə işlədiyi avtoservisdə gecə növbəsinə nəzarətçi kimi çıxmışdır. O işdə olduğu zaman yatmışdır. ## ###### 2025- ci il tarixdə səhər 07 radələrində avtoservisin müdiri Samiq Sultanov yaxınlaşaraq içəridə olan 01 ədəd özünə məxsus notebook və çəkməcədə olan 500 manat pul vəsaitinin oğurlandığını bildirmişdir. Samiq Sultanov ondan bu barədə soruşduqda məlumatı olmadığını bildirmişdir. X1 izahatında bildirmişdir ki, ##.##.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2-yə aid avtoservisə gəlmiş, həmin vaxt saat təxminən 05 radələri olmuşdur. Həmin avtoservisin ümumi giriş qapısı olmamış, sadecə girişdə şlaqbaum olmuşdur. O avtoservisə daxil olduqda gözətçi otağında mühafizəçinin yatdığını görmüşdür. Bundan sonra həmin avtoservisdən oğurluq etmiş, notebook və çəkməcədə olan 500 manat pul vəsaitini oğurlamışdır. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindənhüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəddən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ##.##.2021-ci il tarixdən VÖEN ********** əsasında fəaliyyət göstərir. Qanuni təmsilçi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1dur. "X7 Sistemi"ndən əldə edilmiş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məmmədov Rahib Surxay oğlu ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 arasında əmək müqaviləsi bağlanılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş Protokolu tərtib edən orqan nümayəndəsinin iştirakı olmadan protestə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi protestin dəlilləri əsasında inzibati iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, hüquqi şəxsin nümayəndəsinin çıxışını nəzərə alaraq hesab edir ki, protest təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş protest üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslı hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ” MMC-nin vəzifəli şəxsi eyni fakta görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası IXMnin 192.1-ci maddəsi ilə inzibati tənbeh edildiyindən eyni fakta görə hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2-nin barəsində başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilmişdir. Aydındır ki, Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Protestin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisəsi ilə bağlı protestdə qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu, habelə qanunvericiliyinin tələbləri ilə müqayisədə tam şəkildə təkzib olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticəsinə əsasən, birinci instansiya məhkəməsi məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş və iş üzrə icraata xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, protestin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Odur ki, apellyasiya instansiyası məhkəməsi verilmiş protestin dəlillərinin iş materialları ilə təkzib olunduğunu nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, protest təmin edilməməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Protest təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2072/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2072/2026
16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver