Məhkəmə qərarları › İş №3(3-6)-2076/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2076/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2076/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsinin nümayəndəsi X4 iştirakları ilə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 5.000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Pərviz Muradov) «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 5.000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam Idarəsi“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində IXM-in 428.7.1-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Inzibati xəta haqqında iş üzrə icraat üzrə iş materialları ilə tanış olan zaman qeyd olunan aptekin "xxxx" MMC-yə aid edildiyi göstərilmiş, bundan əlavə iş materiallarında qeyd edilən APTEK-in "xxxx" MMC-yə məxsusluğuna dəlalət edən hansısa sübut mövcud deyildir. Protokola əlavə edilmiş "xxxx" MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlənmiş ərizə hər hansı halın sübut olmasında istifadə edilə bilməz, beləki, aidiyyəti üzrə reklam yerləşdirilməsi üçün müraciət olunmuş daha sonra əməkdaşlıq baş tutmadığından digər sənədləşmə işləri aparılmamışdır. xxxx MMC-nin Atlant Aptek adlı mağazası olmamışdır. Hesab edirik ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən dəlillərimizə düzgün hüquqi qiymət verməmiş və sonda qanunsuz və əsassız qərar qəbul edilmişdir. "Elektron məhkəmə" informasiya portalında hazırkı iş üzrə "xxxx" MMC-nin təqsirli olmasına dəlalət edən hansısa sübut əlavə edilməmişdir. Lakin sübutların mövcud olmadığı şəraitdə hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi əsassızdır. EPIDBIOPMED MMC-nin təqsirliliyi sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı iş üzrə qəbul etmiş olduğu ##.##.2026-cı il tarixli Qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirik. ## #### 2026-cı il tarixdə keçirilən apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, apellyasiya şikayəti tərtib olunan zaman vəkil tərəfindən xxxx MMC-nin Atlant Aptek adlı mağazasınıın olmaması qeyd edilmişdir. Bu hissədə yalnışlıq olmuşdur. Belə ki, X2 MMC-yə məxsusdur. Qeyd olunan xüsusatın nəzərə alınmasını xahiş edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsinin nümayəndəsi X4 şikayətinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əlavə olaraq bildirdi ki, şirkət tərəfindən reklam yerləşdirilməsi ilə bağlı icazə üçün müraciət protokol tərtib olunduqdan sonra edilmişdir. Hazırki sistemə əsasən icazə üçün müraciət edilir və avtomatik olaraq hesab faktura icazə üçün müraciət etmiş hüquqi şəxsə göndərilir. Həmin hüquqi şəxs hesab faktura üzrə ödənişi etdikdən sonra icazə aktiv status alır. Hazırda “xxxx” MMC-nin reklam yerləşdirməsi ilə bağlı ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixə qədər aktiv statusda icazəsi mövcuddur. Lakin həmin icazələr hüquqi şəxs barəsində protokol tərtib olunduqdan sonra aktiv olmuşdur. Iş üzrə icraata xitam verilməsini məhkəmənin mülahizəsinə buraxır. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar xitam verilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ## ##### 2026-cı il tarixli aktdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ********** VÖEN-lə fəaliyyət göstərən Atlant Aptek tərəfindən 3 ədəd 7,71 kvadrat metr ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. Akt tərtib olunan zaman “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi dəvət olunsa da iştirak etməmişdir; - Fotoşəkillərdən görünür ki, aptekin qarşısında reklam açıq məkanda yerləşdirilmişdir.; - Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinə yazılı göstərişin surətinin təqdim edilməsi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilməsinə dair çatdırılma barədə xəbərnamə mövcuddur və göstəriş ##.##.2026-cı il tarixdə imza edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanında ##.##.2026-cı il tarixdə saat 15:13-də “Atlant Aptek” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Buna görə də “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır Məhkəmə iş materiallarını, təqdim edilən sənədləri araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ağağıda qeyd olunanlara əsasən ləğv edilməlidir. Belə ki, işin faktiki hallarına əsasən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən reklam lövhəsinin yerləşdirilməsinə dair ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixə qədər əhatə edən dövr ərzində icazə alınmış və həmin icazələr ## #### 2026-cı il tarixdən aktiv statusdadır. X1 Agentliyi Bakı şəhəri Reklam Idarəsinin nümayəndəsi də öz çıxışında bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Iş materiallarında olan İ************** saylı, ## #### 2026-cı il tarixli “açıq məkanda icazə yerləşdirilməsi icazə” adlı sənəddən görünür ki, «xxxx» MMC-ə ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixə qədər 0.60 x 0.60 m ölçüdə, tərəflərinin sayı 2 olmaqla, sahəsi 0.36 kv.m müəyyən edilmiş “kronşteyn panelin” yerləşdirilməsinə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi tərəfindən icazə verilmişdir. Iş materiallarında olan İ************** saylı, ## #### 2026-cı il tarixli “açıq məkanda icazə yerləşdirilməsi icazə” adlı sənəddən görünür ki, «xxxx» MMC-ə ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixə qədər 6.80 x 1.00 m ölçüdə, tərəflərinin sayı 1 olmaqla, sahəsi 6.80 kv.m müəyyən edilmiş “digər fasad reklamlarının” yerləşdirilməsinə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi tərəfindən icazə verilmişdir. Məhkəmə hesab edir ki, hazırki gün üçün «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti reklam yerləşdirilməsi ilə bağlı icazəsi aktiv statusdadır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. 3.5-ci bənsinə əsasən Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1-ci bənsinə əsasən reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2-ci bənsinə əsasən bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1 maddəsi üzrə inzibati xətaya görə məsuliyyət açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə yaranır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır - 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. - 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam Idarəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar verilmiş şikayətə münasibətdə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması ilə əlaqədar xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar