Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2078/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ##.##.1996-cı ildə İmişli rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu, Cəfərli Ə/D, Cəfərli kəndində qeydiyyatda olan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına ## #### 2026-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən, hakim İbadzadə Anar Qənimət oğlu) ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsinə əsasən 60 (altmış) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati həbsin əvvəli ## #### 2026-cı il tarixdən, saat 22:00-dan hesablanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından inzibati tənbeh almış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilməlidir. İnzibati tənbeh tətbiq edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə psixotrop maddə metamfetaminin təsiri altında sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. ##.##.2026-cı il raportun məzmunundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 18:10 radələrində Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində səs-küy salmış və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan başqa, həmin şəxs polis idarəsinə gətirilən zaman polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X5-X4 dair ## #### 2026-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin, halhazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. ## #### 2026-cı il tarixli, */**** saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi-müayinə” protokolundan görünür ki, müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs metamfetamin və tramadol maddələrindən istifadə etdiyi müəyyən olunmuşdur. “İnzibati qaydada tutma haqqında” ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 22:00da inzibati qaydada tutulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətməsində təqsirinin tam sübuta yetirilməsi və onun törətdiyi əməlin düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə tövsif edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» ##.##.2004-cü il tarixli * saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 2-ci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Bununla yanaşı məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olsa da, onun barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri ağırdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməkdə düzgün nəticəyə gəlməsinə baxmayaraq, sonuncuya münasibətdə tənbeh tədbirinin həddini müəyyən edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini səciləyələndirən və tətbiq edilməli olan tənbeh tədbirinin yumşaldılmasına əsas ola biləcək yüngülləşdirici halları nəzərə almamışdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onurğa xəstəliyindən əziyyət çəkməsini və azyaşlı uşağının olmasının onun inzibati məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, göstərilən hallar diqqətə layiq hal kimi nəzər alınmalı və ona təyin edilmiş inzibati həbs növündə tənbeh tədbirinin müddəti azaldılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati qaydada həbs tətbiq edilərkən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulduğu halları müəyyən olunmamışdır. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində yuxarıda müəyyən edilərək sadalanmış yüngülləşdirici halları və işin digər faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilməklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin olunmuş inzibati təhbeh tədbiri yüngülləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona təyin edilmiş 60 (altmış) gün müddətində inzibati həbs müddəti, 50 (əlli) gün müddətinə endirilsin. İnzibati həbsdə saxlamanın əvvəli ## #### 2026-cı il tarixdən, saat 22:00-dan hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2078/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2078/2026
07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver