Məhkəmə qərarları › İş №3(3-6)-2080/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2080/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2080/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində şərti olaraq cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək şərti olaraq 350 manat məbləğində inzibati cərimə edilməsi və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-NİN bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməsi qərara alınmışdır. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 icraata başlama haqqında ##.##.2026-cı il taricli qərarının ləğv edilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək hazırda verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğunu bildirmiş, bu səbəbdən apellyasiya şikayətinə baxılmadan həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılır. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində şikayətdən imtina edilərkən, hakim tərəfindən hansı prosessual hərəkətlər etməsini tənzimləyən norma mövcud olmadığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarı əsas götürərək hazırkı məsələdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına istinad edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində şərti olaraq cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən verilmiş şikayətdən onun nümayəndəsi Nümayəndə imtinası qəbul olunmalı və şikayətə baxılmasına xitam verilməlidir. Şərh olunanları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində şərti olaraq cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən verilmiş şikayətdən onun nümayəndəsi Nümayəndə imtinası qəbul olunsun və şikayətə baxılmasına xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar