Məhkəmə qərarları › İş №3(3-6)-2081/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2081/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2081/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-nin) 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin rəisi Vüqar Ağayev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Həmin qərardan Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin rəisi Vüqar Ağayev apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin rəisi Vüqar Ağayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs araşdırma zamanı və məhkəmə baxışında özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Hakim ictimai qayda ilə bağlı kifayət qədər ictimai təhlükəli xəta törətmiş, törətdiyi əməli etiraf etmiş şəxs barədə inzibati həbs seçmək əvəzinə yüngülləşdirici hallara istinad edib şəxsi inzibati qaydada cərimə etmişdir. Faktiki olaraq inizbati xətaları törətmiş şəxs barəsində maddələrin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza ilə cəzalandırmaq onda və ətrafda olan şəxslərdə cəzasızlıq fikrini formalaşdırmaqla ictimai fəaliyyətə ziddir. Birinci instansiya məhkəməsinin hakimi şəxsin inzibati xətaları törətməsinə, şəxsin əməlini könüllü etiraf etməsinə baxmayaraq şəxs barədə daha yüngül cəza tətbiq etmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli iş 3(5-98)- ****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada həbs olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, onların istifadəsində törətdiyi əməldən səmimi peşmandır. O, hadisə günü ilk dəfə idi ki, polis əməkdaşları tərəfindən saxlanılırdı. Həmçinin o, 3-cü qrup əlildir. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Işin materiallarını araşdırıb, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib aşağıdakı əsaslara görə məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, qərar dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, raport, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi şəxsin əməlinə düzgün hüquqi qiymət verərək onu IXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təyin edilmiş tənbeh tədbiri məsələsinə gəldikdə məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tənbeh tədbiri tətbiq edilərkən, qanunvericiliyin tələbinə düzgün şəkildə əməl olunmamışdır. IXM-in: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi IXMnin 34.3-cü maddəsinin tətbiq edilməsini qərarı əsaslandıran zaman qeyd etmiş, lakin məhkəmənin “qərara aldı” hissəsində şəxsə inzibati tənbeh tədbirini tətbiq edən zaman bunu nəzərə almamış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilib 150 (bir yüz əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən qanunvericiliyin normasını düzgüb tətbiq etməmişdir. Belə ki, IXM-nin 535.1-ci maddəsinin dispozisiyasına əsasən, Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. IXM-nin 535.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi barəsində inzibati qaydada icraat aparılan şəxsə tətbiq edilməli olan cərimə cəzasının minumum həddi 200 (iki yüz) manat olmalı halda məhkəmə şəxsə 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qərar qəbul edən zaman qanunvericiliyin normasına düzgün qiymət verməmiş və düzgün tətbiq etməmişdir. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2-ci dərəcəli əlilliyi olan şəxsdir və himayəsində bir azyaşlı uşağı var. Belə ki, “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2-ci dərəcə əlil olmaqla onun pensiya məbləği 429,9 manatdır. Həmçinin “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qohumluq məlumatlarından görünür ki, ##.##.2023-cü il təvəllüdlü X1 atası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətibq edilmiş 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri dəyişdirilərək IXMin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, IXM-nin 535.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. IXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və IXM-in 128-135-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin rəisi Vüqar Ağayev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilsin. IXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar