Məhkəmə qərarları › İş №3(3-6)-2082/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2082/2026

16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2082/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunu sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi İsmayılzadə Kürdoğlu Vidadi oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi 13 ünvanında ## ### 2026-cı il tarixdə, saat 15:25-də “Thomas Shelby” adlı obyektdə i**************/***/*** nömrəli icazə tələbləri pozularaq açıq məkanda reklam yerləşdirilmiş, bununla da, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş ərizədən, “ADRA icazələr sistemi”ndən çıxarışdan və ödəniş qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli ərizə ilə Bakı Şəhəri Reklam İdarəsinə müraciət etmiş, məhz sonuncunun müraciəti əsasında ona açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun ödənilməsinə dair ##.##.2025-ci il tarixli M************** nömrəli bildiriş təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Thomas Shelby” adlı obyektə dair ##.##.2025-ci il tarixdən ##.##.2026-ci il tarixədək dövrü əhatə edən İ25010944540001, İ25010944540002 və İ25010944540003 nömrəli icazələr verilmişdir. Bundan sonra Rəşad Əliyev tərəfindən ##.##.2025-ci il tarixində və ##.##.2025-ci il tarixində ödənişlər edilmişdir. Qeyd edilən icazələr üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 343,62 manat məbləğində yayım haqqı (ƏDV ilə birlikdə) ödənilmədiyindən sonuncu tərəfindən icazə tələbləri pozulmuşdur.Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə görə müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasıdır.Məhkəmənin istinad etdiyi ## ####### 2025-ci il tarixli icarə müqaviləsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Thomas Shelby” adlı obyektdə fəaliyyətini dayandırılması kimi qiymətləndirilirsə, o zaman sual olunur: əgər həqiqətən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ####### 2025-ci il tarixində fəaliyyətini dayandırmışdırsa ##.##.2025-ci il tarixində ödəniş edilməsi hansı zərurətdən yaranmışdır. Həmçinin reklam yayımının dayandırılması (İcazənin ləğvi) ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı şəhəri reklam idarəsinə heç bir müraciət daxil olmamışdır. Göründüyü kimi, “Thomas Shelby” adlı obyektin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusluğu iş materialları ilə təsdiq edilmiş olsa da, məhkəmə əsassız olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi İsmayılzadə Kürdoğlu Vidadi oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hazırki işin materiallarını araşdıraraq onu qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi inzibati xəta haqqında iş üzrə ilk növbədə inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; habelə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən olunmalıdır. İş materiallarında olan “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” ## ##### 2026-cı il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, ##.##.2026-cı il tarixdə saat 11:00-da ünvan 3 ünvanında yerləşən “Thomas Shelby” adlı obyektin üzərində müvafiq icazənin tələbləri pozulmaqla 3 (üç) ədəd 7,28 m2 ölçüdə reklam (reklam daşıyıcısı) aşkar edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” göstərişdən və ****** nömrəli qaimənin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində müvafiq yayım haqqı məbləğinin ödənilməsi tələb edilmiş, həmin göstəriş ##.##.2026-cı il tarixdə ünvan 3 ünvanına çatdırılmış və Əsədov Elnur adlı şəxs tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş ## ### 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Salmanov Vəfa Davud oğlu Bakı şəhəri, Nəsimi rayonu, 1058-ci məhəllə, X2 küçəsi 1F ünvanında yerləşən ümumi sahəsi 60,4 kvadrat metr olan obyekti 01 il müddətinə 600 manat müqabilində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş ## ####### 2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, Salmanov Vəfa Davud oğlu Bakı şəhəri, Nəsimi rayonu, 1058-ci məhəllə, X2 küçəsi 1F ünvanında yerləşən ümumi sahəsi 60,4 kvadrat metr olan obyekti ##.##.2028-ci il tarixədək 700 manat müqabilində X1 icarəyə vermişdir Belə ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə xitam verərərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, ## ### 2026-cı il tarixdə ünvan 2 ünvanında yerləşən “Thomas Shelby” adlı obyektin üzərində müvafiq yayım haqqı ödənilmədən açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X3 tərəfindən ## ### 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanın aşkar olunduğu dövrdə həmin obyektdə fəaliyyət göstərməmişdir. Məhkəmənin həmin mövqeyi ilə razılaşmayan inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın apellyasiya şikayətinin əsas dəlilləri qismində isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Thomas Shelby” adlı obyektdəki faəliyyətinin ## ####### 2025-ci il tarixdə dayandırıldığı halda, sözügedən obyektlə bağlı verilmiş ##.##.2025-ci il tarixli icazələr üzrə onun tərəfindən ##.##.2025-ci il tarixində ödəniş həyata keçirilməsi, həmçinin reklam yayımının dayandırılması (icazənin ləğvi) ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı şəhəri reklam idarəsinə heç bir müraciət daxil olmaması göstərilmişdir. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin sözügedən dəlilləri ilə bağlı apellyasiya icraatı zamanı çıxış edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ifadəsində göstərmişdir ki, “Thomas Shelby” adlı obyektə dair ona verilmiş İ25010944540001, İ25010944540002 və İ25010944540003 nömrəli icazələrin ##.##.2025-ci il tarixdən ##.##.2026-ci il tarixədək olan dövrü əhatə etdiyindən onun tərəfindən ##.##.2025-ci il tarixdə, eləcə də ondan tələb olunduğuna görə ##.##.2025-ci il tarixində ödənişlər həyata keçirmiş, lakin ##.##.2025-ci il tarixdə onun vergi ödəyicisi kimi fəaliyyətinə xitam verildiyindən artıq həmin dövrdən sonra, həmçinin də inzibati xətanın aşkar olunduğu dövrdə sözügedən obyektdə fəaliyyət göstərməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasına zamanı məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025ci il tarixdə vergi ödəyicisi kimi fəaliyyətinə xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar