Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2084/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Karip Hulusinin, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şikayətin təmin edilərək “xxxx” MMC-nin qanuni təmsilçisi Karip Hulusinin Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Karip Hulusi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin qəbul etdiyi ##.##.2026- cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 Xidmətinin Bakı şəhər Idarəsinin ******* saylı ##.##.2026cı il tarixli qərarı ilə o, IXM-nin 539.3-cü maddəsi ilə təqsirli hesab edilərək 1200 manat məbləğində cərimə edilmişdir. X5 Xidmətinin Bakı şəhər Idarəsinin ******* saylı ##.##.2026-cı il tarixli qərarını rəsmi olaraq ##.##.2026-cı il tarixdə əldə etmişdir. “xxxx” MMC-nin keçmiş işçisi olmuş X2 ilə bağlı MMC-yə göndərilən sorğulara cavab verilməmiş və lazımı sənədlər təqdim edilməmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, MMC-yə göndərilən bütün sorğulara şirkət tərəfindən cavab verilmiş və bütün lazımı sənədlər “xxxx” MMC barəsində IXM-nin 539.3-cü maddəsi ilə protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(5-97)-1909/2026cı il tarixli ##.##.2026-cı il tarixli qərarı ilə inzibati xəta tərkibi olmadığından inzibati icraata xitam verilmişdir. Beləliklə də hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməli və barəsində başlanılmış icraata xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, “xxxx” MMC-nin qanuni təmsilçisi Karip Hulusinin Azərbaycan Respublikası IXMnin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 m şikayəti əsasında Xidmətin Bakı şəhər Idarəsində aparılan araşdırma zamanı “xxxx” MMC-yə ##.##.2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı şəhər Idarəsinə verilməsi tələb olunmuşdur. Sözügedən məktubda tələb olunan sənədlər “xxxx” MMC-nin rəhbərliyi tərəfindən tam təqdim edilməmişdir. Belə ki, ##.##.2023-cü il tarixli əmək müqaviləsi üzrə məzuniyyət hüququndan istifadə ilə bağlı ərizənin surəti, ##.##.2023-cü il tarixli əmək müqaviləsi üzrə məzuniyyət haqlarının ödənilməsini təsdiq edən sənədlərin surəti (işlədiyi aylar üzrə), son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin surəti) sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1 -1 -ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi müvafiq maddənin dispozisiyasında təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə məsuliyyət yaranır. Məhkəmə tərəfindən sənədlərin tam təqdim edilməməsinin inzibati orqan üçün hansı maneəni yaratmasını araşdırması ümumiyyətləj hazırkı inzibati xətanın mahiyyətinə ziddir. Belə ki, müvafiq maddədə nəzərdə tutulan inzibati xəta heç də həmin xətanın törədilməsinin nəticəsi ilə şərtləndirilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar məcəlləsində müvafiq inzibati xəta dəqiq müəyyən edilmişdir. Bu maddə ilə qorunan əsas isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsi, həmçinin, Xidmətin əsasnaməsi ilə ona verilmiş işəgötürənlərdən zəruri sənədləri tələb etmək hüququdur. Dolayısı ilə, Xidmətin Bakı şəhər Idarəsi tərəfindən araşdırma ilə bağlı tələb olunan sənədlər hər bir halda tam təqdim edilməlidir. Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, nəzərinizə çatdırırıq ki, X3 müraciəti əmək məzuniyyətinə dair hüquqlarının pozulması ilə bağlı olmuş və məhz təqdim edilməmiş sənədlər həmin araşdırma üçün zəruri idi. Həmin sənədlərin mövcud olmaması digər inzibati xətanın əlamətlərini daşıyır. Inzibati orqan müvafiq məktubunda hansı sənədləri istədiyini konkret və dəqiq müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2026-cı il tarixli qərarına əsasən “Qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmiş faktların digər icraatiarda nəzərə alınması həmin qərarın preyudisial təsirinin mövcudluğunu göstərsə də, bu hal sonrakı icraat üzrə bütün hüquqi məsələlərin əvvəlcədən həll edilməsi kimi qiymətləndirilə bilməz”. Eyni faktiki vəziyyətlə bağlı müxtəlif subyektlər barəsində aparılan icraatlarda yalnız “hadisənin eyni olması” arqumenti ilə əvvəlki məhkəmə aktının nəticələrinin digər subyektə bütövlükdə və şərhsiz şamil edilməsi düzgün hesab edilə bilməz. Çünki subyekt tərkibi və onların hüquqi statusu fərqli olduqda, əvvəlki aktla müəyyən edilmiş hallar yeni icraat üçün eyni hüquqi məna və eyni həcmdə bağlayıcılıq yaratmır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş sübutetmə predmetinə aid hallar yalnız eyni subyektlərə münasibətdə preyudisial əhəmiyyət daşıyır, fərqli subyektlər barəsində isə məsuliyyət məsələsi müstəqil qaydada araşdırılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Karip Hulusi şikayətin təmin edilməməsini xahiş etsi. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* saylı qərardan görünür ki, X3 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” MMC-nin vəzifəli şəxsinə 3-17-5/2- ****/**** nömrəli ##.##.2026-cı il tarixli göndərilən məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər idarəsinə təqdim edilməsi tələb olunmuş, lakin ##.##.2023-cü il tarixli əmək müqaviləsi üzrə məzuniyyət hüququndan istifadə ilə bağlı ərizənin surəti, ##.##.2023-cü il tarixli əmək müqaviləsi üzrə məzuniyyət haqlarının ödənilməsini təsdiq edən sənədlərin surəti (işlədiyi aylar üzrə), son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin surəti təqdim edilməmiş, nəticədə Hulusi Karip Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından görünür ki, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikasının IXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il- tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, №** saylı məktubdan və digər sənədlərin surətindən görünür ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** saylı məktuba cavab olaraq X2 aid olan sənədlər göndərilmişdir. Hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, səlahiyyətli orqan tərəfindən tələb olunan sənədlər hüquqi şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edilmişdir. 1) ##.##.2023-cü il tarixli əmək müqaviləsi üzrə məzuniyyət hüququndan istifadə ilə bağlı ərizə və əmrin surəti; 2) ##.##.2023-cü il tarixli əmək müqaviləsi üzrə məzuniyyət haqlarının ödənilməsini təsdiq edən sənədlərin surəti; 3) son haqq-hesabın hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti; 4) vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsi ilə əlaqədar cavab məktubu Iş materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən müvafiq sənədlər səlahiyyətli orqana tərtib edilmişdir. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXMnin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. X3 şikayəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” MMCnin vəzifəli şəxsinə 3-17-5/2- ****/**** nömrəli ##.##.2026-cı il tarixli göndərilən məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər idarəsinə təqdim edilməsi ilə bağlı məktub “xxxx” MMC tərəfindən icra olunmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Karip Hulusinin Karip Hulusinin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayətin təmin edilərək “xxxx” MMC-nin qanuni təmsilçisi Karip Hulusinin Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2084/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2084/2026
13.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver