Məhkəmə qərarları › İş №3(3-6)-2085/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2085/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2085/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Ə.Tağıyev) ## ### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsasən inzibati orqanın təqdim etdiyi monitorinq materialları və inzibati xəta haqqında protokolla kifayətlənmiş, həmin materiallarda mövcud olan ziddiyyətləri, cəmiyyət nümayəndəsinin izahatını, podrat münasibətlərini təsdiq edən halları, podrat müqavilələrinin şərtlərini, habelə mübahisələndirilən şəxslərin faktiki olaraq kim tərəfindən işə cəlb edildiyini araşdırmamışdır. Nəticədə məhkəmə inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu və cəmiyyətin təqsirini kifayət qədər mötəbər, biri-birini tamamlayan və şübhədənkənar sübutlarla müəyyən etmədən əsassız qərar qəbul etmişdir. İş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X4 izahatı mövcuddur ki, həmin izahatda yoxlama zamanı müəyyən edilmiş şəxslərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işçiləri olmadığı, onların cəmiyyət tərəfindən deyil, müvafiq fiziki şəxs podratçılar tərəfindən işə cəlb edildiyi açıq şəkildə bildirilmişdir. Buna baxmayaraq, nə X7 Xidməti, nə də birinci instansiya məhkəməsi həmin izahatda göstərilən halları tam və obyektiv şəkildə araşdırmamışdır. Məhkəmə qərarında X4 izahatına istinad edilsə də, həmin izahatın məzmununa, izahatda göstərilən faktların iş üzrə digər sübutlarla uyğunluğuna və həmin izahatdan irəli gələn hüquqi nəticələrə lazımi qiymət verilməmişdir. Halbuki cəmiyyətin direktoru rəsmi izahatında həmin şəxslərin cəmiyyətin işçiləri olmadığını, onların podratçılar tərəfindən cəlb edildiyini bildirirdisə, inzibati orqan və məhkəmə bu məlumatı yoxlamalı, həmin podratçıları icraata cəlb etməli, onlardan izahat almalı, mübahisələndirilən şəxslərin faktiki olaraq kim tərəfindən işə dəvət edildiyini və işlərin kimin göstərişi ilə icra olunduğunu müəyyən etməli idi. X4 izahatında göstərilən hallar monitorinq materialları ilə də ziddiyyət təşkil etmir. Əksinə, monitorinq materiallarında, o cümlədən cədvəl 1-də podratçı fiziki şəxslər tərəfindən əvvəllər də işçilərin cəlb edilməsi və həmin şəxslərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi halları öz əksini tapmışdır. Bu hal yoxlama aparılan tikinti obyektində podratçı fiziki şəxslərin müstəqil qaydada fəaliyyət göstərdiyini, işlərin icrası üçün işçi qüvvəsi cəlb etdiyini və həmin şəxslərlə əmək münasibətlərinin məhz podratçılar tərəfindən rəsmiləşdirildiyini təsdiq edir. Belə olan halda, yoxlama zamanı obyekt ərazisində müəyyən edilmiş şəxslərin avtomatik olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən işə cəlb edildiyi nəticəsinə gəlinməsi əsaslı hesab edilə bilməz. İş materiallarında olan məlumatlar, əksinə, həmin şəxslərin fiziki şəxs podratçılar tərəfindən işə cəlb edilməsi ehtimalını ciddi şəkildə təsdiq edir. Lakin birinci instansiya məhkəməsi bu mühüm hala hüquqi qiymət verməmiş, podratçı fiziki şəxslərin obyekt üzrə müstəqil şəkildə işçi cəlb etməsi faktını nəzərə almamış, mübahisələndirilən şəxslərlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edən kifayət qədər sübut olmadan qərar qəbul etmişdir. Yoxlama aparılan ərazidə əmək müqaviləsi olmadan işlədiyi iddia edilən şəxslərlə bağlı iş materiallarında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, yoxlama zamanı ərazidə müəyyən edilmiş şəxslərdən yalnız 3 nəfərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə əmək müqaviləsi olmuşdur. Həmin şəxslər anbardar vəzifəsində çalışan Hüseynov Hüseyn, layihə rəhbəri vəzifəsində çalışan Bilalov Arzu və əməyin təhlükəsizliyi üzrə mühəndis vəzifəsində çalışan Həsən Abdullazadədir. Cəmiyyət tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ravil Həsənov podratçı İsə Binnətov tərəfindən, Seymur Şixəlizadə, İbadov Samir və Kahyayev Vahid podratçı Maləddin Həsənov tərəfindən, Qurbanov Qurban və Abdullayev Etibar isə podratçı Yedgarov Aqil tərəfindən işə cəlb edilmişdir. Sədayıl Həsənovun kim tərəfindən işə cəlb edilməsi isə cəmiyyət tərəfindən müəyyən edilə bilməmişdir. Həmin podratçılarla bağlanmış podrat müqavilələrinin predmetini dəmir, qəlib və beton işlərinin görülməsi təşkil etmişdir. Aydındır ki, qeyd olunan işlərin həcmi və xarakteri həmin işlərin podratçı fiziki şəxslər tərəfindən təkbaşına icra edilməsini istisna edir. Məhz bu səbəbdən podrat müqavilələrinin 2.2.5-ci yarımbəndində işlərin görülməsi üçün bütün işçi heyətinin işə cəlb edilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi və müvafiq vergi öhdəliklərinin yerinə yetirilməsi podratçının öhdəliyi kimi müəyyən edilmişdir. Beləliklə, yuxarıda adları qeyd edilən şəxslərə münasibətdə əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək müqaviləsinin bağlanması öhdəliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə deyil, həmin şəxsləri faktiki olaraq işə cəlb etmiş müvafiq podratçılara aid olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yalnız həmin şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani, Əlişir Nəvai, Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində yerləşən tikinti obyektində müxtəlif işləri yerinə yetirməsini əsas götürərək onların Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə real əmək münasibətlərində olması nəticəsinə gəlmişdir. Lakin şəxsin tikinti obyektində iş görməsi özlüyündə həmin şəxsin obyekt üzrə əsas podratçı və ya sifarişçi olan hüquqi şəxsin işçisi olması demək deyildir. Tikinti sahəsində eyni obyekt üzrə müxtəlif subpodratçılar, fiziki şəxs podratçılar və digər icraçılar fəaliyyət göstərə bilər. Bu halda müəyyən edilməli olan əsas hallar həmin şəxsin kim tərəfindən işə cəlb edilməsi, kimdən tapşırıq alması, kimin nəzarəti altında işləməsi, əmək haqqının kim tərəfindən ödənilməsi və hansı şəxsin daxili əmək intizamına tabe olmasıdır. Bundan əlavə, monitorinqin nəticələrinə dair arayışda 7 nəfərin guya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyi qeyd edilmişdir. Halbuki inzibati xəta haqqında protokolda cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsinin tələblərini İbadov Samir Elçin oğlu və digər 4 nəfər, yəni ümumilikdə 5 nəfər barəsində pozduğu göstərilmişdir. Göründüyü kimi, monitorinq arayışı ilə inzibati xəta haqqında protokol arasında şəxslərin sayı baxımından açıq uyğunsuzluq mövcuddur. Bu uyğunsuzluğa nə inzibati orqan, nə də birinci instansiya məhkəməsi tərəfindən hər hansı hüquqi qiymət verilmişdir. Əgər ilkin monitorinq sənədlərində 7 nəfər göstərilmişdirsə, protokolda yalnız 5 nəfərin qeyd edilməsinin səbəbi aydınlaşdırılmalı idi. Əgər inzibati xəta yalnız 5 nəfərə münasibətdə irəli sürülmüşdürsə, həmin 5 nəfərin hər biri üzrə fərdi qaydada cəmiyyətlə əmək münasibətinin yaranıb-yaranmaması ayrıca sübut edilməli idi. Lakin birinci instansiya məhkəməsi bu mühüm ziddiyyəti nəzərə almamış, inzibati xəta tərkibinin hansı şəxslərə münasibətdə və hansı konkret sübutlar əsasında müəyyən edildiyini araşdırmadan qərar qəbul etmişdir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, X7 Xidməti inzibati xəta haqqında iş üzrə icraatı yalnız Agentlikdən daxil olmuş monitorinq materialları əsasında aparmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, əmək müqaviləsi olmadan fəaliyyət göstərdiyi iddia olunan şəxslərdən, fiziki şəxs podratçılardan və digər aidiyyəti şəxslərdən izahat alınmamış, həmin şəxslərin faktiki olaraq kim tərəfindən işə cəlb edildiyi, kimdən tapşırıq aldığı, kimin nəzarəti altında işlədiyi və əmək haqqının kim tərəfindən ödənilməli olduğu müəyyən edilməmişdir. Bu isə inzibati xəta tərkibinin mühüm elementi olan “əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb etmə” faktının məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törədildiyini təsdiq edən mötəbər və kifayət qədər sübutların mövcud olmadığını göstərir. Halbuki Cəmiyyətin qanuni nümayəndəsi tərəfindən verilmiş izahatda mübahisələndirilən şəxslərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən deyil, müvafiq fiziki şəxs podratçılar tərəfindən işə cəlb edildiyi bildirilmişdir. Bu halda inzibati orqan həmin podratçıları müəyyən etməli, onlardan izahat almalı, podrat müqavilələrini tələb etməli və həmin müqavilələrin şərtlərinə, xüsusilə 2.2.5-ci yarımbəndinə hüquqi qiymət verməli idi. Həmin şərtə əsasən, işlərin görülməsi üçün işçi heyətinin cəlb edilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi və müvafiq öhdəliklərin yerinə yetirilməsi podratçıların öhdəliyi kimi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntülər də cəmiyyətin təqsirini təsdiq etmir. Həmin görüntülərdə “xxxx” MMC-nin direktorunun və ya hər hansı səlahiyyətli əməkdaşının mübahisələndirilən şəxsləri işə dəvət etməsi, onlara tapşırıq verməsi, onların işinə rəhbərlik etməsi və ya onlarla əmək münasibətində olmasını təsdiq edən hər hansı hal mövcud deyildir. Videogörüntülər yalnız şəxslərin tikinti obyektində olmasını və ya müəyyən işlər görməsini göstərə bilər. Lakin bu hallar həmin şəxslərin məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən işə cəlb edildiyini sübut etmir. Bundan başqa, cəmiyyətin əməkdaşı Bilalov Arzu tərəfindən də həm məhkəmə prosesində, həm də hadisə baş verdiyi zaman mübahisələndirilən şəxslərin kim tərəfindən işə çağırıldığının müəyyən edilməsi üçün üzləşdirmə aparılmasının zəruri olduğu bildirilmişdir. Buna baxmayaraq, nə monitorinq zamanı, nə inzibati xəta haqqında protokol tərtib edilərkən, nə də birinci instansiya məhkəməsində mübahisələndirilən şəxslər, podratçı fiziki şəxslər və cəmiyyətin aidiyyəti əməkdaşları arasında üzləşdirmə aparılmamışdır. Bu isə iş üzrə mühüm halların müəyyən edilməməsinə və natamam araşdırma əsasında qərar qəbul edilməsinə səbəb olmuşdur. Bununla yanaşı, məhkəmə tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasını təsdiq edən hallardan biri də ondan ibarətdir ki, tərəfimizdən iş üzrə əhəmiyyətli məlumatlara malik olan fiziki şəxslərin və podratçı fiziki şəxslərin, o cümlədən Bilalov Arzu, Ravil Həsənov, İsə Binnətov, Seymur Şixəlizadə, İbadov Samir, Maləddin Həsənov, Qurbanov Qurban, Abdullayev Etibar və Yedgarov Aqilin şahid qismində dindirilməsi zəruri hesab edilmişdir. Adları qeyd olunan şəxslər ##.##.2026-cı il tarixli məhkəmə iclasına dəvət edilmiş, lakin X7 Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən işə baxılması təxirə salınmışdır. Daha sonra ##.##.2026-cı il tarixli məhkəmə iclasında həmin şəxslərin yenidən şahid qismində iştirakları təmin edilsə də, məhkəmə tərəfindən onların ifadələri alınmamış və iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Halbuki qeyd olunan şəxslərin ifadələri iş üzrə əsas məsələlərin, yəni əmək müqaviləsi olmadan işə cəlb edildiyi iddia olunan şəxslərin həqiqətən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən, yoxsa podratçı fiziki şəxslər tərəfindən işə cəlb edilib-edilmədiyinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Məhkəmə isə həmin şahidlərin dindirilməsini təmin etməməklə iş üzrə faktiki halların aydınlaşdırılması üçün zəruri olan sübutları araşdırmamış, nəticədə hüquqi şəxsin təqsirliliyinə dair nəticəyə kifayət qədər sübut olmadan gəlmişdir. Beləliklə, iş üzrə Cəmiyyətin təqsiri mötəbər sübutlarla təsdiq edilməmişdir. Əksinə, iş materiallarında olan podrat müqavilələri, podratçı fiziki şəxslərin işçi cəlb etməsi ilə bağlı məlumatlar, Cəmiyyətin qanuni nümayəndəsinin izahatı, CD diskdə Cəmiyyətin işə cəlb etməsini təsdiq edən sübutun olmaması və üzləşdirmə aparılmaması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirli hesab edilməsi üçün kifayət qədər əsas olmadığını göstərir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, hüquqi şəxsin nümayəndəsinin çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslı hesab edir. Belə ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən aparılmış araşdırma materialları və inzibati xəta haqqında iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş icraat materialları ilə tam təsdiq olunmuşdur. Şikayətin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin, 2-3.4-cü bəndinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda və həmin Maddənin 2-3.5-ci bəndinə əsasən, tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisəsi ilə bağlı şikayətdə qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu, habelə Əmək Qanunvericiliyinin tələbləri ilə müqayisədə tam şəkildə təkzib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticəsinə əsasən, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində tənbeh tədbirinin tətbiq edilməsini düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Odur ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayətin dəlillərinin iş materialları ilə təkzib olunduğunu və inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin həddini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar