Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2086/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 və Qərardan şikayət verən orqan (şəxs) etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil şikayət ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” ##.##.2026-cı il tarixli, *-**-*/*-*-*****/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında X4 Xidmətinin Şirinov Turan İlyas oğlunun əmək hüquqlarının pozulmasında dair ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubuna cavab olaraq məktubda qeyd olunan qoşma sənədlərin hər biri müvafiq ünvana göndərilməklə təqdim edilmişdir. DƏMX-nin növbəti ##.##.2025-ci il tarixli *-**-*/*- ******/**** nömrəli ##.##.2025-ci il tarixdə Şirinov Turan İlyas oğlunun sənədlərinə əsasən inzibati xəta haqqında protokolun tərtib edilməsi məqsədilə saat 15:00-da * saylı Bakı DOST Mərkəzinə dəvət olunmaqları barədə məktubu ##.##.2025-ci il tarixdə, yəni görüş baş tutduqdan 2 gün sonra "xxxx" MMC-nin faktiki ünvanına daxil olmuş, bu səbəbdən görüşdə iştirakları mümkün olmamışdır. Bununla bağlı dərhal məktubda qeyd olunan icraçının elektron poçt ünvanı vasitəsilə müraciət etsələr də, müraciətə heç bir cavab verilməmişdir.Daha sonra ##.##.2025-ci il tarixli 3-17-5/2- ******/**** nömrəli məktubla ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılmasının ##.##.2025-ci il tarixdə, saat 16:30-a təyin edilməsi barədə məktub da ##.##.2025-ci il tarixdə daxil olduğundan iştirakları mümkün olmamışdır. Həmçinin göstərilən məktublarda ƏMAS şəxsi kabinetinə daxil olmuş ZOOM platforması linki üzərindən qoşulmaqları qeyd olunsa da, şəxsi kabinetdə heç bir məlumat əks olunmamışdır.Yaranmış vəziyyətlə bağlı icraçı ilə əlaqə saxladıqda icraçı idarəyə yaxınlaşmaqlarını bildirdiyindən ##.##.2025-ci il tarixdə müəssisənin əməkdaşları X4 Xidmətinin Bakı Şəhər İdarəsinə yaxınlaşmış və artıq protokol üzrə Qərardan şikayət verən orqan (şəxs) barəsində AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə ##.##.2025-ci il tarixli MN ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edildiyi məlum olmuşdur. Bununla bağlı idarəyə ərizə üzrə müraciətləri əsasında ##.##.2026-cı il tarixdə onların iştirakları təmin edilməklə yenidən görüş təşkil edilmişdir. Görüş zamanı işçinin müqaviləsinə xitam verilməsi əsaslarını təsdiq edən sənədlər təqdim olunsa da, əməkdaşlar pozuntunun yalnız işçinin işə bərpa olunması və zərurət yarandığı təqdirdə yenidən əsaslandırılmış əmr əsasında işdən azad olunması halında aradan qaldırılmış hesab olunacağını şifahi şəkildə bildirdilər. Bununla bağlı dərhal keçmiş əməkdaşla əlaqə saxlanılsa da, əməkdaş işə bərpa olunmaq istəmədiyini, yalnız ƏMAS sistemində dəyişiklik edilməsini istədiyini bildirmişdir. Bununla da, müddəti ötürmədən alternativ həll yolu kimi ##.##.2026-cı il tarixdə Bakı * saylı mediasiya təşkilatında “ƏMAS sistemində düzəliş edilməsi tələbi üzrə” barışıq sazişi imzalanmaqla elə həmin tarixdə icra edilməsi üçün idarəyə təqdim edilmişdir.İdarənin ##.##.2026-cı il tarixli məktubuna əsasən məsələ ilə bağlı əlavə sənədlərin təqdim edilməsi tələb olunmuş, həmin sənədlər ##.##.2026-cı il tarixdə təqdim edilməsinə baxmayaraq müraciətləri nəzərə alınmamış, rəsmi əsaslandırılmış cavab məktubu təqdim edilmədən ##.##.2026-cı il tarixdə cərimənin ödənilməsi tələbi ilə bağlı elektron bildiriş daxil olmuşdur. İşin faktiki hallarından da göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraatla bağlı bildirişlər vaxtında göndərilməmiş, görüşlər başa çatdıqdan sonra daxil olmuşdur. Bununla yanaşı, göndərilən məktublarda ZOOM linkin ƏMAS vasitəsilə göndərildiyi qeyd olunsa da, heç bir bildiriş daxil olmamışdır. (sistemdən çıxarış qoşmaya əlavə olunur). Qeyd olunan səbəbdən iştirakları mümkün olmadığından məsələ ilə bağlı ətraflı izahatın verilməsi mümkün olmamış, bununla da AR İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Daha sonra, DƏMX-nin verdiyi izahata görə, Qərarın qəbul edilməsi üçün əsas AR Əmək Məcəlləsinin 53.4-cü maddəsində müəyyən edilmiş əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri (sərəncamı) ilə xitam verilməsi ilə bağlı olmuşdur. DƏMX-nə ünvanlanmış cavab məktubunda Şirinov Turan İlyas oğlunun birbaşa rəhbəri tərəfindən şirkətin Baş direktoruna ünvanlanmış xidməti məktub əlavə edilmişdir. Həmin xidməti məktuba əsasən Şirinov Turanın performans meyarlarının tələbləri qarşılamadığı qeyd olunsa da, DƏMX tərəfindən cavabın kifayət etmədiyi bildirilmişdir. Lakin yuxarıda qeyd olunan bildirişlər vaxtında əldə olunmadığından ilkin görüşdə ətraflı izahatın verilməsi mümkün olmamış, buna baxmayaraq Şirinov Turan İlyas oğlunun tabeçiliyində olduğu əməkdaş Orxan İbrahimov tərəfindən Təhlükəsizlik Departamentinin Direktor müavininə ünvanlanmış məruzə ##.##.2026-cı il tarixdə baş tutmuş görüşdə təqdim edilmişdir.DƏMX-nin yanaşması ilə razılaşmayaraq hesab edirlər ki, Şirinov Turan İlyas oğlunun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı kifayət qədər əsas vardır. Əmək müqaviləsinə xitam verilməzdən öncə, şirkətin müvafiq şöbə əməkdaşları tərəfindən işçi ilə görüş keçirilərək törətdiyi pozuntular barədə şifahi məlumat verilmiş, işçi isə razılaşaraq ona təqdim olunan xəbərdarlığı imzalamışdır.AR Əmək Məcəlləsinin müxtəlif maddələrində əsaslandırma nəzərdə tutulsa da, əsaslandırmanın əmrdə hansı məzmunda qeyd edilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Belə ki, həmin Məcəllənin 83.1ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. “xxxx” MMC ölkədə banklara prosessinq xidməti göstərən ən böyük təşkilatdır və kritik infrastrukturlarda peşəkarlıq standartlarına cavab verməyən əməkdaşların çalışması fəaliyyətlərində risk yaranması ilə nəticələnə bilər. Qoşmada təqdim edilən məruzədə qeyd olunan işçinin iş yerini özbaşına tərk etməsi, icazəsiz digər əməkdaşın kompüter sisteminə daxil olaraq faylların silinməsinə yol verilməsi işçinin performans meyarlarının şirkəti qane etməməsi üçün kifayət qədər əsasdır. DƏMX-nin BŞİ-nin ##.##.2025-ci və ##.##.2026-cı il tarixli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarlarına müvafiq olaraq 30 (otuz) gün müddətində hüquqpozmanın aradan qaldırılması qeyd edilmiş, lakin hüquqpozmanın hansı qaydada aradan qaldırılması ilə bağlı hər hansı konkret müddəa müəyyən edilməmişdir. Buna baxmayaraq işçinin xahişini də nəzərə alaraq (işə bərpa edildikdən sonra yenidən işdən azad edilməsi ƏMAS sistemində işçinin tarixçəsindən silinməyəcəyindən) pozuntunun aradan qaldırılması üçün yeganə vasitə tərəflərin qarşılıqlı razılığını ifadə edən barışığ sazişi olmuşdur. Bununla yanaşı, barışıq sazişinin icra olunacağı təqdirdə işçinin şikayətini geri çəkməsi ilə bağlı ##.##.2026-cı il tarixdə DƏMXnin BŞİ-nə ərizə təqdim edilmişdir. Həmin barışıq sazişinin icrasının təmin edilməsi nəticəsində pozuntu hesab edilən əmr qüvvədən salınmaqla yenilənmiş əmr əsasında işçi qanunvericiliyin tələbinə uyğun olaraq işdən azad olunacaqdı. Lakin inzibati orqan tərəfindən texniki baxımdan bu imkanın mövcud olmasına baxmayaraq cərimənin ödənilməsindən sonra sazişin icrasına şərait yaradılacağı bildirilmişdir. Müvafiq addım əsasında prosessual müddətə riayət olunmaqla pozuntu aradan qaldırılmış hesab edilməli və cərimə tətbiq olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən hesab olunur ki, AR ƏMnin 83.1-ci maddəsinin tələbi işçinin əmək hüquqlarının pozulmasının qarşısının alınmasına xidmət edir. İşə əlavə edilən materiallardan da göründüyü kimi, işçinin qanunla qorunan hər hansı əmək hüquqlarının pozulmasına yol verilməmiş, bununla yanaşı işçi ilə mediasiya sazişi imzalanmaqla işçinin də maraqlarının müdafiəsi təmin edilmişdir. DƏMXnin BŞİ-nin qəbul etdiyi qərar üzrə mövqeyi işçinin əmək hüquqlarının müdafiəsinə deyil, işəgötürəni məsuliyyətə cəlb etməyə yönəlmişdir. DƏMX-nin BŞİ tərəfindən tərtib edilən qərar şərti qərar olduğundan və işəgötürən tərəfindən yaranmış nəticənin aradan qaldırılması məqsədilə prosessual müddətə əməl edilməklə tədbir görüldüyündən, həmçinin müvafiq Qərarın qəbul edilməsi üçün əsas olan şikayətin həmin şəxsin öz iradə ifadəsi əsasında geri çəkilməsini nəzərə alaraq qəbul edilmiş qərar ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” ##.##.2026-cı il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı ləğv edilmiş və başlanılmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan X4 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ##.##.2025-ci il tarixli MN ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İzahatlar: Məhkəmə iclasında iştirak edən X4 Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Qərardan şikayət verən orqan (şəxs) etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının surətindən görünür ki, vətəndaş Şirinov Turan İlyas oğlunun əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmə səbəbi əsaslandırılmadan ##.##.2025-ci il tarixdə xitam verilməsinə görə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” ##.##.2026-cı il tarixli, 3-17-5/3-1- *****/**** nömrəli qərarının surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Bakı şəhər İdarəsinin ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin IKID/****-***** nömrəli, ##.##.2025-ci il tarixli əmrinə əsasən vətəndaş Şirinov Turan İlyas oğlu ##.##.2025- ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə uyğun olaraq, sınaq müddəti ərzində işçi özünü doğrultmadığına əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan “Əmrdə dəyişiklik edilməsi barədə” ## ###### 2026-cı il tarixli əmrdə qeyd olunur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin IKID/****-***** nömrəli, ##.##.2025-ci il tarixli əmrinin 1-ci bəndi dəyişdirilərək - "Təhlükəsizlik departamentinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin Kibertəhlükəsizlik və rəqəmsal dələduzluğun monitorinqi şöbəsinin Monitorinq bölməsinin mütəxəssisi Şirinov Turan İlyas oğlu ##.##.2025-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "A" bəndinə uyğun olaraq öz xahişi əsasında tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilsin” - redaksiyada verilmişdir. Həmçinin qeyd olunmuşdur ki, ## #### 2025-ci il tarixli İKİD/2025-00430 nömrəli Əmrin digər bütün bəndləri öz qüvvəsini saxlanılmıdır. Bu Əmrə dəyişikliyin əsasını və Şirinov Turan İlyas oğlunun ##.##.2026-cı il tarixli ərizəsi və Şirinov Turan İlyas oğlu ilə işəgötürən arasında imzalanmış MŞB/*-***** nömrəli ##.##.2026-cı il tarixli Barışıq Sazişi təşkil edir. Bu Əmr ##.##.2025-ci il tarixli İKİD/2025-00430 nömrəli əmr qüvvəyə mindiyi tarixdən (##.##.2025ci il) qüvvəyə minmiş hesab edilmişdir. İş materiallarında olan Şirinov Turan İlyas oğlunun ##.##.2026-cı il tarixli ərizəsinin surətindən görünür ki, o, ##.##.2025-ci il tarixindən etibarən öz xahişi əsasında tutduğu vəzifədən azad edilməyini xahiş etmişdir. İş materiallarında olan MŞB/*-***** nömrəli ##.##.2026-cı il tarixli Barışıq Sazişinin surətindən görünür ki, Şirinov Turan İlyas oğlu ilə işəgötürən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət arasında Barışıq Sazişi imzalanmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb olunan Qərardan şikayət verən orqan (şəxs) təqsirli olması barədə sübutları məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən, inzibati xəta tərkibinin olub-olmaması araşdırılmadan Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar həmçinin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda qəbul edilir. Sadalanan xüsusatlara əsasən, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2086/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2086/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver