Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2087/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müdafiəçisi Vəkil və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 430.4-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim İbadzadə Anar Qənimət oğlu) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 44500.00 ABŞ dolları məbləğində valyuta vəsaitinin 20 faizini təşkil edən 8900 ABŞ dolları məbləğində (qərar çıxarılan günün manata olan məzənnəsinə uyğun) inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə etiraz ünvanlanaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmiş, etirazın əsası kimi avtomobilin ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş gömrük bəyannaməsindən görünür ki, ##.##.2024-cü il tarixində həyata keçirilmiş avans ödənişi müqabilində alınmış mal ##.##.2024-cü il tarixində, yəni təxminən 1 ay müddət keçdikdən sonra Azərbaycan Respublikasının ərazisinə idxal edilmişdir. Lakin buna baxmayaraq, məhkəmə həmin sübutu araşdırmamış, ona hüquqi qiymət verməmiş, ümumiyyətlə gömrük bəyannaməsinin mövcudluğuna münasibət bildirməmiş və qərarında bununla bağlı hər hansı əsaslandırma göstərməmişdir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müdafiəçisi Vəkil şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə verdiyi izahatında iş materiallarında olan ödəniş sənədləri, gömrük bəyannamələri və “xxxx” ASC-nin ## #### 2026-cı il tarixli məktubu əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayətin dəlilləri ilə razı olduğunu bildirib, həmin şikayət üzrə müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2016-cı il tarixli, **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. “xxxx” ASC-nin ## #### 2026-cı il tarixli, **** nömrəli məktubunda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin xaricə köçürdüyü 44500.00 ABŞ dolları məbləğində valyuta vəsaiti müqabilində alınan malın ölkə ərazisinə daxil olması bank tərəfindən təsdiqlənmiş ************** nömrəli gömrük bəyannaməsi ilə sübut olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayətin dəlilləri tam əsaslıdır. Birinci instansiya məhkəməsinin işin yuxarıda göstərilən, mühüm əhəmiyyət kəsb edən faktiki hallarını düzgün araşdırmaması işin faktiki hallarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ## #### 2024-cü il tarixdə bank vasitəsilə xaricə avans olaraq ödədiyi 44500.00 ABŞ dolları məbləğində valyuta vəsaiti müqabilində aldığı malı 2 il müddətində Azərbaycan Respublikasına idxal etməməsi və ya həmin pul məbləğini göstərilən müddət ərzində xaricdən geri qaytarmaması məzmununda olması, bunun isə işin həqiqi hallarına uyğun olmaması, qəbul etdiyi qərarın qanunsuz və əsassız olması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İXM-in: - 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, səlahiyyətli orqanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilməli və həmin Cəmiyyət müvafiq inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 53.1.1, 133, 134.1.3, 135.1.5-1 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXMin 430.4-cü maddəsi üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2087/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2087/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver