Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2096/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və “xxxx” MMC-nin nümayəndəsi Ələkbərli Mətin Şaiq oğlunun iştirakı ilə, «xxxx» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından “xxxx” MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına “xxxx” MMC-nin İXM-nin 529.1-1cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-nin direktoru Ələkbərli Mətin Şaiq oğlu tərəfindən inzibati cərimənin şərti tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar, ## ###### 2026-cı il tarixli *-**-*/*-*-*****/**** nömrəli xəbərdarlıq məktubu göndərilmiş, məktub ##.##.2026-cı il tarixdə ünvana çatsa da, bu vaxtadək Ələkbərli Mətin Şaiq oğlu tərəfindən məktubda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə “xxxx” MMC-i tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə «xxxx» MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan «xxxx» MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi ilə təsbit edilmişdir ki, Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Lakin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli inzibati iş üzrə apardığı icraatla həqiqət açıq-aşkar surətdə ortada olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X1 Xidməti tərəfindən «xxxx" MMC-yə ## ###### 2026-cı il tarixli *-**-*/*-*-*****/**** nömrəli xəbərdarlıq məktubunu qəbul etmədiyimizi bildirsək də məhkəmə bu həqiqəti qəsdən müəyyən etmək və onu təsdiq etmək istəməmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsi ilə təsbit edilmişdir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası mecburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Qeyd edirik ki, Məhkəmə iclasında iştirakımız zamanı da bildirdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətindən "xxxx" MMC-yə göndərilmiş ## ###### 2026-cı il tarixli məktubu biz qəbul etməmişik. Belə ki, həmin tarixdə Bizim hüquqi ünvanımız dəyişmiş, ünvan 1ndə fəaliyyətdə olmuşuq. Şirkətin faktiki fəaliyyət göstərmədiyi ünvana göndərilən sənəd tərəfimizdən qəbul edilməmiş, bu səbəbdən də göstərilən tələb barədə məlumatımız olmamışdır. İş materiallarında olan Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notarisu tərəfindən ##.##.2025-ci il tarixə "e-taxes".gov.az keçid linkindən əldə edilmiş sənədin surətindən görünür ki, "xxxx" MMC-i kiçik sahibkar kimi ##.##.2018-ci il tarixində, VÖEN:********** nömrəsi ilə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin hüquqi ünvanı Ağcabədi rayonu, Qaravəlli kəndi olaraq göstərilmiş və ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli çıxarış verilmişdir. İşdə poçt göndərişi izlənməsinə dair çıxarışların olmasına baxmayaraq, şirkətin hüquqi ünvanının faktiki olaraq dəyişməsi, məktubda göstərilən ünvanın əvvəlki hüquqi ünvan (Bakı şəhəri, Yasamal rayonu) olması onu göstərir ki (faktiki olaraq sorğular hüquqi şəxsin həqiqi hüquqi ünvanına qöndərilməmisdir), Şirkətin göndərilmiş sorğudan xəbərdar olubolmaması sübuta yetirilməmişdir. Sorğu barədə məlumatı olmayan şəxsin onu təqdim etməməsinə görə məsuliyyətə cəlb edilməsi hüquqi dövlət prinsiplərinə, xüsusən də Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində təsbit edilmiş "heç kəs qanunla müəyyən edilməmiş məsuliyyətə cəlb edilə bilməz" prinsipinə ziddir. İnzibati məsuliyyətin tətbiqi üçün əsas şərtlərdən biri şəxsin təqsirinin mövcudluğudur. Lakin hazırkı iş üzrə şirkətin qəsdən və ya səhlənkarlıqla qanuni tələbi yerinə yetirməməsi sübuta yetirilməmişdir. Əksinə, şirkət göstəriş barədə məlumat əldə edən kimi dərhal hərəkətə keçmiş, tələb olunan sənədləri təqdim etmiş və mövcud çatışmazlıqları aradan qaldırmışdır. Əlavə olaraq bildiririk ki, Məhkmə əsas sübut kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətindən "xxxx" MMC-yə göndərilmiş ## ###### 2026-cı il tarixli məktubun bizə çatmasını qeyd etmişdir, lakin həmin məktubu biz almadığımızı bildirsək də məhkəmə həmin məktubun kim tərəfindən alınmasının dəqiqləşdirilməsində maraqlı olmamışdır. Ali qanunumuz olan Konstitusiyanın 129cu maddəsinin III hissəsində göstərilir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Lakin yuxarıda şərh etdiyimiz səbəblərdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5- ***)-****/**** nömrəli qərarı qanunlara və sübutlara əsaslanmayan əsassız bir qərardır, odur ki, ləğv edilməsi zəruridir. Heç təsadüfi deyil ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AIHM) "Öztürk Almaniyaya qarşı" (##.##.1984), "Angel Rumıniyaya qarşı" (##.##.2007) və "Guzzardi İtaliyaya qarşı" ##.##.1980) işlərində vurğulanmışdır ki, inzibati məsuliyyət tədbirləri mahiyyət etibarilə cəza xarakterli olduğundan, bu cür işlərdə də "günahsızlıq prezumpsiyası" prinsipi tətbiq olunmalı, şəxsin təqsiri aydın və şübhə doğurmayan sübutlarla təsdiqlənməlidir. Hazırkı işdə Şirkətin hərəkətində inzibati xəta tərkibi və subyektiv əlamətləri sübuta yetirilmədiyindən, inzibati məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Tərəflərin iştirakı və izahatlar: «xxxx» MMC-nin nümayəndəsi Ələkbərli Mətin Şaiq oğlu məhkəmə iclasında verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və «xxxx» MMC-i barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin «xxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, Ələkbərli Mətin Şaiq oğlu Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 (on) gün müddət müəyyən olunmuşdur. Məhkəmə verilmiş şikayətlə razılaşaraq qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətindən "xxxx" MMC-yə göndərilmiş ## ###### 2026-cı il tarixli məktub qəbul edilməmişdir. Belə ki, MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu deyil, ünvan 1 olmuşdur. Şirkətin fəaliyyət göstərmədiyi ünvana göndərilən sənəd tərəflərindən qəbul edilməmiş, bu səbəbdən də göstərilən tələb barədə məlumatları olmamışdır. İş materiallarında olan Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notarisu tərəfindən ##.##.2025-ci il tarixə "e-taxes".gov.az keçid linkindən əldə edilmiş sənədin surətindən görünür ki, "xxxx" MMC-i kiçik sahibkarlıq subyekti kimi ##.##.2018-ci il tarixində, VÖEN:********** nömrəsi ilə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin hüquqi ünvanı Ağcabədi rayonu, Qaravəlli kəndi olaraq göstərilmiş və ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından görünür ki, eyni iş üzrə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan hazırki inzibati xətaya dair işə aidiyyəti üzrə Ağcabədi rayonunda baxılmış və "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə İXMnin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarın məzmunundan görünür ki, “xxxx” MMC-yə inzibati cərimənin şərti tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar, ## ###### 2026-cı il tarixli *-**-*/*-*-*****/**** nömrəli xəbərdarlıq məktubu göndərilmiş, məktub ##.##.2026-cı il tarixdə ünvana çatsa da, bu vaxtadək cəmiyyət tərəfindən heç bir tədbir görülməmişdir. İş materiallarında olan * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, “xxxx” MMC-i ## ###### 2018-ci il tarixdə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 1dir. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xəta üzrə işə məhkəmə baxılan zaman aidiyyət qaydaları pozulmuşdur. Məhkəmə hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti ilə razılaşaraq qeyd edir ki, «xxxx» MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından və iş üzrə aidiyyət qaydaları pozulduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, «xxxx» MMC-nin Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» MMC-i tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. «xxxx» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*- ***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2096/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2096/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver