Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2100/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, X2 Oruc qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMin 388-1.1.1-ci maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş, ## #### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmişdir. Bununla da onun barəsində İXM-nin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarıının dəyişdirilməsini və ona daha yüngül inzibati tenbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, 2026-cı ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən yaşadığı yataqxanada “Facebook” sosial şəbəkə platformasında paylaşılmış videonun altından yol polisi əməkdaşlarının ünvanına bir neçə qeyri-etik ifadə yazmışdır. Əməlindən peşiman olduğunu qeyd edərək barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, şəxs barəsində tətbiq edilən inzibati tənbeh yuxarıda göstərilən maddədə sadalanan hallara uyğun olmaqla yanaşı, həmin Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədləri də nəzərə alınmalıdır ki, hazırki halda məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş inzibati tənbehi onun məqsədlərinin təmin edilməsi baxımından məqsədəmüvafiq hesab edir və onun barəsində daha yüngül tənbeh tədbirinin tətbiq edilməsi üçün əsas görmür. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gələrək inzibati xəta törətmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, törətmiş olduğu inzibati xətanın xarakterinə və törədilməsi hallarına uyğun, qanuni, əsaslı və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə özünü müdafiə xarakteri daşıdığından və əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2100/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2100/2026
07.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver