Məhkəmə qərarları › İş №3(3-6)-2102/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2102/2026

16.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qərar Bakışəhəri İş№3(3-6)-2102/2026 16.07.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI BakıApellyasiyaMəhkəməsininhakimiQəniyevFaiqƏsədoğlununsədrliyi, məhkəməiclasınınkatibiZeynalovaLaləAllahverdiqızınınkatibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs İbrahimova Natəvan Yusifqızınınnümayəndəsi–Bakışəhəri**saylıVəkilBürosununvəkiliVəkiliştiraklarıilə, İbrahimova Natəvan Yusif qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 192.4-cü maddəsi ilə tətbiq edilmiş cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı ApellyasiyaMəhkəməsininbinasındaaçıqməhkəməiclasındabaxaraq,məhkəmə müəyyən etdi: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızı ## ### 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək X5 Xidmətinin Bakı şəhər idarəsinin ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbehin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqındaişüzrəicraataxitamverilməsinixahişetmişdir. Müraciət onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında qərarın əsası kimi vətəndaş X4 2020-2021-ci illər üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul ödənişinin ödənilmədiyi və nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq son haqq-hesabının tam ödənilmədiyi göstərilmişdir. ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar birmənalı şəkildə qanunsuzdur və əsassız qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, sözügedən inzibati orqan tərəfindən barəsində inzibati icraat aparıldığından xəbərsiz olmuş, onun iştirakı olmadan protokol tərtib edərək qərar vermişlər. Bundan başqa, “xxxx” MMC-nin rəhbərliyinə ünvanlanmış ## ###### 2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli sorğudan görünür ki, vətəndaş X4 və X1 “xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə X5 Xidmətinə ünvanlanan müraciətinə baxılması ilə əlaqədar Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq vətəndaş X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid müvafiq sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər idarəsinə göndərilməsi tələb edilmişdir. “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli cavab məktubundan görünür ki, ## ###### 2026-cı il tarixli *-**-*/*-****/**** nömrəli məktubda tələb olunan sənədlər X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuşdur. Smart Express surətli poçt xidmətinin xəbərnaməsindən görünür ki, cavab məktubu X5 Xidmətinin Bakı şəhər idarəsinin əməkdaşı “Cəfərova” soyadlı şəxs tərəfindən ## ###### 2026-cı il tarixdə qəbul edilmişdir. Qeyd edilir ki, eyni məsələ ilə bağlı həmin Xidmət tərəfindən hüquqi şəxsin barəsində ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, ## #### 2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarla “xxxx” MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə inzibatı xəta haqqında işin icraatına xitam verilmiş və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilmişdir. Şikayət ərizəsinə əlavə edilmiş və MMC tərəfindən X5 Xidmətinə göndərilmiş sənədlərin surətlərindən görünür ki, Pərvanə Ağayeva 2020-2021-ci illərdə 14 gün məzuniyyətə çıxmış həmin iş ili üzrə qalıq məzuniyyəti sonrakı il istifadə etmiş və məzuniyyət haqqıvəsonhaqq-hesabıtamödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə şikayət təmin edilərək X5 Xidməti Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilmiş və inzibatixətahaqqındaişüzrəicraataxitamverilməsiqəraraalınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından X5 Xidməti apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək inzibati tənbeh verməhaqqındaqərarınqüvvədəsaxlanılmasıbarədəqərarqəbuledilməsinixahişetmişdir. Apellyasiya şikayəti inzibati xətalar qanunvericiliyi normalarına istinad edilərək onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxılmasında yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin vəkili tərəfindən barəsindən inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. X4 müraciətinə əsasən xidmət tərəfindən araşdırılma aparılarkən müəyyən edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızı tərəfindən X4 barəsində MMCdən tələb edilən sənədlər Xidmətə təqdim edilmiş və həmin sənədlərdən müəyyən edilmişdir ki, İbrahimova Natəvan Yusif qızını Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərini pozmaqla işçi X4 2020-2021-ci iş ili üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödəməmişdir. Yuxarıda göstərilən əsaslara görə "xxxx" X6 Cəmiyyətinin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızının əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkibi yarandığından X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilən ## #### 2026cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab olunur. Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında icraat aparılarkən Natəvan İbrahimovanın əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızı tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsində müəyyən edilmiş tələblərin təmin edilməməsi səbəbindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan əmək qanunvericiliyinə və əlavə obyekti sayılan işçinin maraqlarına ziyan vurulduğu aşkar olunmuşdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri İbrahimova X3 Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibatixətatərkibininsubyekti(işəgötürən)olmasısübutedilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasınıxahişetdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan baxılmasınımümkünhesabetmişdir. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslıolduğundanverilmişşikayətəmünasibətdədəyişdirilmədənsaxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, vətəndaş X4 2020-2021-ci iş ili üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul ödənişinin ödənilmədiyi və nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq son haqq-hesabının tam ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızı İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə şərti tətbiq edilmiş, törədilmiş hüquqpozmanınaradanqaldırılmasıüçün30günmüddətmüəyyənolunmuşdur. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızı tərəfindən X5 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış ## ###### 2026-cı il tarixli məktubun məzmunundan görünür ki, vətəndaş X4 ilə Cəmiyyət arasında ## ######## 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə ## ####### 2025-ci il tarixində ***-X nömrəli əmr ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Pərvanə Ağayeva fəaliyyəti ərzində iş illərinə uyğun formalaşmış əmək məzuniyyətindən ərizəsinə əsasən istifadə etmiş, əmək müqaviləsinə xitam veriləngünisəistifadəedilməmişqalıqgünlərinəgörəsonhaqq-hesabödənilmişdir. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızı tərəfindən təsdiq olunmuş son-haqq hesabın hesablanmasına dair cədvəldən görünür ki, X4 2020-ci ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayınadək olan iş ili ərzində 14 gün, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayınadək olan iş ili ərzində 21 gün, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan iş ili ərzində 28günməzuniyyətgünündənistifadəetmişvəonahəmintarixlərüzrəödənişhesablanmışdır. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ## ###### 2026-cı il tarixli və ## ###### 2026-cı il tarixli hesabdan çıxarış məlumatlarından görünür ki, istifadə etdiyi məzuniyyət günlərinə uyğun olaraq X4 hesabına aşağı göstərilən tarixlərdə ödənişlər edilmişdir:  09-## #### 2021-ciiltarixdəümumilikdə393,72manat-2021-ciilinmayayıüzrə(14gün),  05-## ##### 2022-ciiltarixdəümumilikdə400manat-2022-ciilinmartayıüzrə(11gün),  05-## #### 2022-ciiltarixdəümumilikdə381,66manat-2022-ciiliniyunayıüzrə(10gün),  05-## ###### 2022-ci il tarixdə ümumilikdə 431,21 manat - 2022-ci ilin noyabr ayı üzrə (14 gün),  03-## ### 2023-cü il tarixdə ümumilikdə 417,59 manat - 2023-cü ilin aprel ayı üzrə (14 gün). Birinci instansiya məhkəməsində İbrahimova Natəvan Yusif qızının nümayəndəsi Vəkil məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək və müvafiq sənədləri təqdim edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Belə ki, işçi X4 2020-ci ilin sentyabr ayından işə qəbul edilmiş və onunla əmək müqaviləsi imzalanmışdır. O, 2020-2021-ci iş ili üzrə 21 günlük məzuniyyətdən 14 gününü, 2021- 2022-ci iş ili üzrə 21 günü tam istifadə etmişdir. 2022-2023 cü iş ilində isə həmin il üzrə nəzərdə tutulan 21 gün və 2020-2021-ci ildən qalıq qalmış 7 günlük məzuniyyəti istifadə etmişdir. Pərvanə Ağayeva 2025-ci ilin oktyabr ayınadək işləmiş və bu müddətdə məzuniyyət günlərindən tam istifadə etmişdir. Onun əmək məzuniyyətindən istifadə etməsi məhkəməyə təqdim edilən cədvəl və digər sənədlərlə də təsdiq edilir. Müfəttişlik ## #### 2026 cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarında vətəndaş X4 2020-2021-ci illər üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə pul ödənişinin ödənilmədiyi və nəticədə Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq son haqq-hesabın tam ödənilmədiyi qənaətinə gəlmiş, sədr Natəvan İbrahimova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməklə 1500 manat məbləğində şərti olaraq cərimə edilmiş, hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət təyin edilmişdir. Lakin aradan qaldırılmalı olan hüquqpozmaya yol vermədikləri məhkəməyə təqdim edilən sənədlərlə müəyyən edilir. Belə ki, tərəflərindən işçiyə ödənilməli olan bütün ödənişlər tamhəcmdəedilmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görəvəzifəlişəxsləryeddiyüzmanatdanminbeşyüzmanatadəkməbləğdəcəriməedilir. Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri də minimum əməkhaqqımiqdarındanazolmayanəməkhaqqıalmaqdır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir.Buhaldaişəgötürənişçinintələbləriniyerinəyetirməyəborcludur. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 5-ci bəndində isə deyilir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Eyni maddənin qeyd hissəsində işəgötürənin təqsiri anlayışına izah verən qanunverici göstərir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” ## ##### 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı ilə əmək haqqının gecikdirilməsində işəgötürənin məsuliyyətinin yaranması üçün iki şərtin olması zəruri hesab edilmişdir: ilk növbədə əmək haqqının verilməsi gecikdirilməlivəbugecikdirilməişəgötürənintəqsiriüzündənbaşverməlidir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “təqdim edilmiş yazılı sübutlar həmin nəticənin işin faktiki hallarına uyğun olmadığını və inzibati orqanın gəldiyi qənaətin natamam araşdırmaya əsaslandığını göstərmişdir. ## ###### 2026-cı il tarixli cavab məktubundan müəyyən olunur ki, X4 ## ######## 2020-ci il tarixdə əmək müqaviləsi əsasında işə qəbul edilmiş, əmək fəaliyyəti dövründə ona məxsus məzuniyyət hüququndan mərhələli şəkildə istifadə etmiş və əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinə görə son haqq-hesab aparılmışdır. Məzuniyyət və son haqq-hesab cədvəllərindən görünür ki, işçi 2020-2021-ci iş ilində 14 gün, 2021-2022-ci iş ilində 21 gün, 2022-2023-cü iş ilində isə 28 gün əmək məzuniyyətindən istifadə etmişdir. Sonuncu iş ilində istifadə edilmiş 28 günün tərkibinə 2020- 2021 ci iş ilindən qalmış 7 günlük istifadə edilməmiş məzuniyyət də daxil edilmişdir. İlk iş ili üzrə istifadə olunmamış məzuniyyət günlərinin sonrakı iş ilində faktiki istifadə edilməsi müəyyən olunur. “xxxx” ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışlar işçinin məzuniyyətdə olduğu dövrlərə uyğun olaraq onun bank hesabına müvafiq məzuniyyət haqlarının köçürüldüyünü təsdiq edir. Maliyyə sənədlərindən görünür ki, 2021, 2022 və 2023-cü illərdə işçinin istifadə etdiyi məzuniyyət günlərinə uyğun ödənişlər tam şəkildə həyata keçirilmişdir. Bu sənədlər ilkin maliyyə-uçot sənədləri olmaqla yüksək sübutedici qüvvəyə malikdir və onların həqiqiliyini şübhə altına alan hər hansı sübut iş materiallarında mövcud deyildir. İnzibati orqan tərəfindən qəbul edilmiş qərarda göstərilən nəticələri təsdiq edən hər hansı audit arayışı, maliyyə ekspertizası rəyi, hesablamalar cədvəli və ya işçiyə məxsus konkret ödənilməmiş məbləğin müəyyən edilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. İnzibati orqanın qənaəti yalnız müraciət əsasında formalaşdırılmış ehtimallara söykənmiş, lakin həmin ehtimalları təsdiq edən mötəbər vəkifayətqədərsübutlartoplanmamışdır”. Bununla da İbrahimova Natəvan Yusif qızının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektivsübutlarınməcmusuiləsübutayetirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlbolunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyəminmişqərarıiləmüəyyənedilmədikdəo,təqsirsizhesabedilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyinisübutetməyəborcludeyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirliolmasıbarəsindəşübhələronunxeyrinəhəlledilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibatixətanıntörədilməsinəköməkedənsəbəblərvəşərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xətahaqqındaprotokolla,buMəcəlləiləmüəyyənedilmişdigərprotokollarlamüəyyənedilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalarhaqqındaişlərüzrəicraatbaşlanılabilməz,başlanmışicraataisəxitamverilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarqəbuledir Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsivəyainzibatixətahaqqındaişüzrəicraatındayandırılmasıbarədəqərarqəbuledilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqındaqərarçıxarılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olanvəəlavətəqdimedilmişmateriallarəsasındayoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundanverilmişşikayətəmünasibətdədəyişdirilmədənsaxlanılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestinisətəminedilmədənsaxlanılmasıhaqqındaqərarqəbuledilir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbərtutaraq,məhkəmə qərara aldı: Apellyasiyaşikayətitəminedilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarıverilmişşikayətəmünasibətdədəyişdirilmədənsaxlanılsın. Qərarelanedildiyiandandərhalsonraqanuniqüvvəyəminir. Qərardanşikayətvəprotestveriləbilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar