Məhkəmə qərarları › İş №3(3-6)-2104/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2104/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2104/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Qərarından şikayət verilən orqan ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişəm. Qeyd edilən qərar poçt vasitəsi ilə ## ##### 2026-cı il tarixdə mənə rəsmi qaydada verilib. Aşağıdakılara əsasən hesab edirəm ki, Qərarından şikayət verilən orqan ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Reallıq işin mübahisəsiz halı ondan ibarətdir ki, həqiqətən də X3 ilə aramızda əmək müqaviləsi bağlanılıb. Bu müqavilə hazırda da qüvvədədir. Lakin, mübahisəli hal sırf Aysel Bayramovanın işə cəlb olunmasındadır. Belə ki, sonuncu müəssisəyə dəvət olunmuş və ona hansı işləri görəcəyi izah edilmişdir. Bu sadəcə olaraq izah olub. Hadisə ünvan 1 ünvanda yerləşən «ZEBRA COFFEE»nin qarşısında baş verib. Qanunverici konkret göstərib ki, fiziki şəxs konkret olaraq hansısa işin yerinə yetirilməsinə cəlb edilməlidir. Lakin faktiki halda eləcə də iş materiallarına əsasən müəyyən olunur ki, Aysel Bayramova heç bir işə cəlb edilməyib. Ona yalnız müəssisə barədə izahlar verilib, restoranda işçilərlər tanış edilib, restoran daxili qaydalar o cümlədən nəyin (mətbəx, ayaqyolu, terras) harada olması, hansı cihazlardan (müxtəlif növ kofe və buna bənzər məhsulların hazırlanmasını təmin edən) istifadə edilməsi izah edilib. X4 Müfəttişliyində verdiyi izahatda da heç bir iş görmədiyini qeyd edib. Onun əynində önlük olmayıb. Restoran fəaliyyəti saat 10-da başlayır. Hadisə də təqribən bundan 1 saat sonra baş verib. Yəni həmin müddət ərzində ona görəcəyi işlər barədə məlumat verilib, onunla tanışlıq olub. O, heç bir sifariş qəbul etməyib, heç bir müştəriyə yaxınlaşmayıb. Hər hansısa məhsulu kiməsə təqdim etməyib. Sözügedən şəxs müəssisəyə işə qəbul məqsədilə müraciət etmiş və ilkin mərhələdə ona yalnız müəssisədaxili qaydalar, iş şəraiti, təhlükəsizlik qaydaları, eləcə də obyektin strukturu (mətbəx, xidmət sahələri və s.) barədə ümumi məlumat verilmişdir. Bu proses yalnız məlumatlandırma və tanışlıq xarakteri daşımışdır. Həmin şəxsə: hər hansı konkret əmək funksiyası həvalə edilməmiş, müstəqil şəkildə hər hansı işin icrası tapşırılmamış, müəssisənin fəaliyyətində faktiki iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək münasibətləri əmək müqaviləsi bağlandıqdan və qüvvəyə mindikdən sonra yaranır. Eyni zamanda, qanunvericilikdə sadəcə tanışlıq və ilkin məlumatlandırma mərhələsinin əmək funksiyasının icrası kimi qiymətləndirilməsi nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət yalnız işçinin faktiki olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi halda yaranır. Halbuki, təqdim olunan halda belə bir fakt mövcud olmamışdır. Bundan başqa Əmək müfəttişliyi tərəfindən də prosessual pozuntular edilib. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 101 -ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Araşdırmanı aparan qurumun hadisədən məlumatı dərhal - ##.##.2025-ci il tarixdə olmuşdur. Protokolun tərtib edilmə tarixi ən geci ##.##.2025-ci il tarixə qədər edilməli olduğu halda ##.##.2026-cı il tarixdə edilib. Göstərilənlərə əsasən, Qərarından şikayət verilən orqan barəmdə tərtib etdiyi ## #### 2026-cı il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və barəmdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan X5 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında inzibati qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən X5 Xidmətinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati xəta haqqında qərardan görünür ki, vəzifəli şəxs Bayramov Qərardan şikayət verən orqan (şəxs) Aysel Emin qızını əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min ) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilmiş, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** saylı qərarı ləğv edilərək, iİnzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu prinsiplərdən irəli gələrək, törədildiyi iddia olunan əməlin inzibati xəta tərkibini yaratdığını sübut etmək yükü tam həcmdə səlahiyyətli orqanın üzərinə düşür və aradan qaldırılması mümkün olmayan şübhələr isə barəsində icraat aparılan şəxsin xeyrinə şərh olunur. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi obyektiv cəhətdən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsində ifadə olunur. Maddənin dispozisiyasından göründüyü kimi, məsuliyyətin yaranması üçün fiziki şəxsin məhz konkret işin və ya xidmətin faktiki icrasına cəlb edilməsi tələb olunur. Şəxsə müəssisənin fəaliyyəti, daxili qaydaları, iş şəraiti və obyekt barədə ilkin məlumat verilməsi, onun gələcək vəzifəsi ilə tanış edilməsi, qanunvericilik baxımından əmək funksiyasının icrası kimi qiymətləndirilə bilməz. Belə ki, Əmək Məcəlləsinə görə əmək münasibətləri əmək müqaviləsi bağlanıb qüvvəyə mindikdən sonra yaranır, ilkin tanışlıq və məlumatlandırma mərhələsi isə qanunverici tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlbetmə kimi nəzərdə tutulmamışdır. Müəyyən edilmişdir ki, mübahisələndirilən qərarın faktiki əsasını fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi təşkil edir. Lakin iş materiallarından görünür ki, həmin şəxs müəssisəyə işə qəbul məqsədilə dəvət olunmuş, ona yalnız müəssisədaxili qaydalar, iş şəraiti və obyekt barədə məlumatlar verilmiş, o, obyektin işçiləri ilə tanış edilmişdir. Şəxsin konkret əmək funksiyasını icra etdiyini, yəni işə cəlbetmənin obyektiv əlamətlərini təsdiq edən hər hansı sübut isə iş materiallarına əlavə edilməmişdir. Doğrudur, həmin şəxsin hadisə zamanı müəssisədə olması iş materialları ilə təsdiq olunur, lakin fiziki şəxsin obyektdə olması özlüyündə onun işlərin yerinə yetirilməsinə cəlb edilməsi mənasına gəlmir. Bu vəziyyətdə işə cəlbetmə faktı sübuta yetirilməmiş qalır, aradan qaldırılmamış həmin şübhə isə Məcəllənin 8.3-cü maddəsinin tələbinə uyğun olaraq barəsində icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, şikayətçinin vəzifəli şəxs qismində məsuliyyətinin yaranması ayrıca sübutetmə tələb edir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə məsuliyyətə cəlb olunurlar. Bu məsuliyyət fərdi xarakter daşıyır və konkret vəzifə öhdəliyinin pozulması ilə nəticə arasında səbəb əlaqənin müəyyən edilməsini şərtləndirir. İnzibati xətanın obyektiv cəhətini təşkil edən, fiziki şəxsin işə cəlb edilməsi faktı təsdiqini tapmadığından, bu fakta əsaslanan vəzifəli şəxsin məsuliyyəti də öz hüquqi əsasını itirir. Hüquqi şəxsin və onun vəzifəli şəxsinin məsuliyyəti qarşılıqlı əlaqədə olsa da, hər iki halda eyni obyektiv əsas, yəni fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi tələb olunur. Həmin əsas mövcud olmadıqda isə nə hüquqi şəxsin, nə də vəzifəli şəxsin əməlində 192.1-ci maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar həmçinin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda qəbul edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar