Məhkəmə qərarları › İş №3(3-6)-2105/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2105/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2105/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, Qərarından şikayət verilən orqan nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil (bundan sonra müdafiəçi) iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarından Qərarından şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Qərarından şikayət verilən orqan Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon MKTB-nin işçisi X5 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin tədqiqatı zamanı Nərimanov rayon MKTB-nin rəisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən 1200 manat cərimə edilmişdir. X5 ##.##.2025-ci il saat 05:00-da heç bir göstəriş almadan, şəxsi təşəbbüsü ilə əraziyə gəlmiş, təmizlik işlərinə başlamış və 05:47-də isə onu avtomobil vurmuşdur. Iş saatının saat 07:00-da başlanmasına baxmayaraq X5 işə həmin gün saat 05:00-da gəlmiş və onun işə 2 saat öncədən gəlməsi üçün rəhbərlik tərəfindən heç bir göstəriş verilməmişdir. Digər işçilər də, həmin günü iş vaxtında, yəni saat 07:00-da işə çıxmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə (hakim X1) Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil inzibati tənbeh vermə haqqında qərardan şikayətinin qismən təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin Idarəyə göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan səlahiyyətli orqan Qərarından şikayət verilən orqan apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: ##.##.2025-ci il tarixda saat 05:47 radələrində Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin küçə süpürgəçisi X5 ünvan 1 ünvanında təmizlik işləri apararkən yük avtomobilinin onu vurması nəticəsində baş vermişdir. X5 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəli olduğu və təmizlik işləri görülərkən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimata riayət edilməli olduğu halda, Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin rəisi tərəfindən verilmiş tapşırığa əsasən Birliyin iş apardığı sahələrdə işlərin icrası zamanı əməyin təhkükəsizliyi və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət edilmədiyi üçün Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin vəzifəli şəxsi Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 199-cu maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Bununla da, Qərardan şikayət verən orqan (şəxs) işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə təqsiri sübuta yetirilir. Apellyasiya məhkəmə iclasında iştirak edən Qərarından şikayət verilən orqan nümayəndəsi Nümayəndə məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, Qərarından şikayət verilən orqan tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında toplanmış materialları işin faktiki halları ilə birlikdə tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan, Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında materialların yenidən araşdırılması üçün Qərarından şikayət verilən orqan göndərilməsi barədə qərar qəbul etməklə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Nərimanov rayon MKTBnin işçisi X5 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı müəyyən edilmişdir ki, rəis Qərardan şikayət verən orqan (şəxs) tərəfindən iş yerində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmamışdır. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 199-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 1200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X5 izahatından görünür ki, ##.##.2025-ci il tarixdə saat 05:00-da rəhbərliyinin şifahi tapşırığına əsasən ərazinin böyük və avtomobil sıxlığını nəzərə alaraq işə tez çıxma barədə tapşırığın verildiyini, bununla bağlı razılığının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;... Maddə 222. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi

1. Işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-X2”na əsasən iş icraçısının (böyük iş icraçısı da daxil olmaqla) əmək funksiyasına aiddir: ...Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir... Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, özül üçün çuxur və xəndəklərin divarını bərkitmə materialları, maili dirəklər və konduktorlar və s. qurğular), tikinti maşınlarından, energetik qurğulardan, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir. Ağırlığın qaldırılması normalarına, iş yerlərində keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir...Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür. Işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir. Işin araşdırılan hallarından göründüyü kimi səlahiyyətli orqan Qərarından şikayət verilən orqan tərəfindən Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçisi X5 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı aparılmış təhqiqat zamanı hadisənin istehsalatla əlaqəli olduğu müəyyən edilmişdir. Təhqiqat materiallarından görünür ki, zərərçəkmiş şəxs hadisə günü iş yerində əmək funksiyasını yerinə yetirərkən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Aparılmış araşdırma zamanı əldə olunmuş izahatlar, bədbəxt hadisənin təhqiqat aktı və digər iş materialları əsasında işəgötürən tərəfindən işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması sahəsində qanunvericiliyin tələblərinə tam riayət edilmədiyi qənaətinə gəlinmiş, bununla əlaqədar Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi müdafiəçi tərəfindən verilmiş şikayətə baxaraq hərtərəfli, obyektiv araşdırma aparmadan, iş üzrə əhəmiyyət kəsb edən sübutları əldə etmədən qərar qəbul etmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən əsaslandırma formal mülahizələrdən ibarətdir. Odur ki, məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərdiyi dəlillər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaratdığı halda onun şikayətinin qismən təmin edilməsi, Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün Qərarından şikayət verilən orqan göndərilməsi qərarı qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qəbul olunmuş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən IXMnin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, IXM-nin 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya qaydasında verilmiş şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası IXM-nin 199-cu maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.2; 135.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Qərarından şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı Qərarından şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil tərəfindən verilmiş ilkin şikayət təmin edilməsin. Azərbaycan Respublikası IXM-nin 199-cu maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar