Məhkəmə qərarları › İş №3(3-6)-2106/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2106/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2106/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Barəsində iznibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlunun müdafiəçisi Musayev İlqar Qəzənfər oğlunun, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından barəsində iznibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlunun müdafiəçisi Musayev İlqar Qəzənfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan tərəfindən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlunun Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlunun əmək haqqından tutulma aparılması üçün göndərilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubun icrası təmin edilmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından barəsində iznibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlunun müdafiəçisi Musayev İlqar Qəzənfər oğlu apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və törədilmiş inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlu hazırkı inzibati xəta tərkibinin subyekti deyil. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlu ##.##.2018-ci il tarixdən “Nuh-İ” MMC-nin direktoru deyil, həmin hüquqi şəxslə heç bir bağlılığı yoxdur. Vergi ödəyicilərinin tarixçəsindən də ##.##.2020-ci il tarixdən “Nuh-İ” MMC-nin direktorunun və qanuni təmsilçisinin X2 olduğu görünür. Məhkəmə iclasında barəsində iznibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlunun müdafiəçisi Musayev İlqar Qəzənfər oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları araşdırmamış, hüquqi qiymət verməmişdir. Bu səbəbdən, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlu ##.##.2016-cı il tarixdə “Nuh-İ” MMCnin direktoru vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə ##.##.2018-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin reyestr məlumatlarına əsasən ##.##.2020-ci il tarixdən “Nuh-İ” MMC-nin qanuni təmsilçisi X2r. Məhkəmə qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də səlahiyyətli orqan tərəfindən inzibati xəta tərkibinin subyekti düzgün müəyyən edilməmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlu ##.##.2018-ci il tarixdən “Nuh-İ” MMC-dəki direktor vəzifəsindən azad edilməsinə baxmayaraq həmin MMC-nin direktoru kimi İXM-nin 529.1-1-ci maddəsi ilə hüquqi şəxsin direktoru kimi 8 ildən sonra inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, şəxs yalnız törətdiyi inzibati xətaya görə məsuliyyət daşıya bilər. Hazırki iş materiallarında olan subutlar əsasında onujn inzibati xəta hadisəsini törətməsi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, qeyd olunan xüsusatların araşdırılaraq qiymət verilməsi inzibati xəta haqqında iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etmişdir, lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar araşdırılmamışdır. Belə olan halda inzibati xəta hadisəsinin sübuta yetmədiyi məlum olur. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu baxımdan, məhkəmə hesab edir ki, əks yanaşma Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlunun aidiyyatı olmadığı inzibati xətanı törətməkdə təqsirli bilinməsi milli qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsgəndər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar