Məhkəmə qərarları › İş №3(3-6)-2107/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2107/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2107/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, «xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi : Protokolu tərtib edən orqan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.5-ci maddələri ilə ## ### 2026-cı il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Inzibati xəta haqqında protokoldan görünür ki, Protokolu tərtib edən orqan tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) ##.##.2026 ##.##.2026-cı il tarixlərində aparılmış planlı tematik yoxlama (##.##.2024- ##.##.2026-cı il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1.1. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanununun 4.4.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərini eyniləşdirməli (müştərinin xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər. ƏL/TMM Qanununa uyğun olaraq hazırlanmış "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar"ın (MUT Qaydaları) 2.1.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxslər fərdi sahibkarlara münasibətdə bu Qaydaların 2.1.1-ci yarımbəndində qeyd edilmiş məlumatlara əlavə olaraq aşağıdakı məlumatları müştəridən və ya digər mənbələrdən əldə etməlidirlər. təqdim etdiyi malların, gördüyü işlərin və ya göstərdiyi xidmətlərin növü (2.1.3.3- cü yarımbəndinə əsasən); aktivlərinin həcmi (mövcud olduğu valyutada (2.1.3.5-ci yarımbəndinə əsasən); MUT Qaydalarının 2.1.4.3-2.1.4.6-cı yarımbəndlərinə görə öhdəlik daşıyan şəxslər təqdim etdiyi malların, gördüyü işlərin və ya göstərdiyi xidmətlərin növü; filial, şöbə və nümayəndəlikləri barədə məlumat; nizamnamə kapitalının məbləği, onun formalaşma mənbəyi və maliyyə vəziyyəti (aktivləri, passivləri, kapitalı və dövlət büdcəsinə borclar və digər icbari ödənişlər); təsisçilərə dair bu Qaydaların 2.1.1.1-2.1.1.5-ci abzaslarında nəzərdə tutulmuş məlumatları müştəridən və ya digər mənbələrdən əldə etməlidirlər. MUT Qaydalarının 2.1.4.10-cu yarımbəndinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin yaradılmasının məqsədi, aparılması nəzərdə tutulan mədaxil əməliyyatlarının ehtimal edilən həcmi, məxaric əməliyyatlarının həcmi və istiqamətləri, vəsaitlərin mədaxil edilməsinin üsulları, dövrülüyü, mənbələri, müştəriyə təqdim edilən məhsuldan istifadə ediləcəyi sahələr, platformalar, məhsulun idarə edilməsi üsulu, məhsul üzrə sərəncam vermək hüququna malik olan digər şəxslərin adı, soyadı, atasının adı (olduğu təqdirdə), FIN-i, FIN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, doğum tarixi, istifadəsi nəzərdə tutulan xidmətlərin siyahısını müştəridən və ya digər mənbələrdən əldə etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında qeyd olunan istiqaməti tənzimləyən ƏL/TMM Qanununun və MUT qaydalarının müvafiq bəndlərinin tələbləti əks olunsa da, ##.##.2025 - ##.##.2026-cı il tarixləri arasında 286 sayda fiziki şəxs müştərilərə (Medzhidova Aiten, X22, X2, X3, X17, X12, X4, X5, X6 Rüfət Hikmət oğli və s.) və 202 sayda hüquqi şəxs müştərilərə "X1 Sanayi ve Dış Ticaret Anonim Şirkəti", "xxxx" MMC və "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" BOKT MMC, "xxxx" MMC və s.) münasibətdə eynilləşdirmə və verifikasiya tədbirlərini tam olaraq həyata keçirilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 8-9). 1.2. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanununun 4.4.5-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4.4.1-4.4.4-cü maddələrində nəzərdə tutulmuş məlumatlar va sənədlər əsasında müştəri profilini yaratmalıdırlar. MUT Qaydalarının 3.1-ci yarımbəndinə görə bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş məlumatlar müştəri profilinə daxil edilir və müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklər əsasında müştəri profili üzrə risk qrupu müəyyən edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən fərdi sahibkar və hüquqi şəxs müştərilərdən alınan eyniləşdirmə məlumatları əsasında MMC-nin proqram təminatında müştəri profili yaradılsa da, ##.##.2025 ##.##.2026-cı il tarixləri arasında 281 sayda fərdi sahibkarlara münasibətdə onların təqdim etdiyi malların, gördüyü işlərin və ya göstərdiyi xidmətlərin növü, aparılması nəzərdə tutulan mədaxil və məxaric əməliyyatlarının ehtimal edilən həcmi, aktivlərinin həcmi barədə məlumatlar müştəri profilinə daxil edilməmişdir. Həmçinin 200 sayda hüquqi şəxs müştərilərin filial, şöbə və nümayəndəlikləri barədə, nizamnamə kapitalının məbləği, onun formalaşma mənbəyi və maliyyə vəziyyəti (aktivləri, passivləri, kapitalı və dövlət büdcəsinə borclar və digər icbari ödənişlər), təsisçilərinin iş yeri və vəzifəsi (işəgötürənin adı daxil olmaqla), orta illik əmək haqqının məbləği, həmçinin digər gəlir mənbələri (pensiya, sosial müavinat/yardım, sahibkarlıq fəaliyyəti, depozit və ya onun faizləri, dividend ödənişləri, icarə haqqı, renta haqqı, royalti, miras payı və ya digər), bu mənbələr üzrə orta illik gəlirinin ümumi məbləği və dövrülüyü barədə, işgüzar münasibətlərin yaradılmasının məqsədi, aparılması nəzərdə tutulan mədaxil əməliyyatlarının ehtimal edilən həcmi, məxaric əməliyyatlarının həcmi və istiqamətləri, vəsaitlərin mədaxil edilməsinin üsulları, dövrülüyü, mənbələri, müştəriyə təqdim edilən məhsuldan istifadə ediləcəyi sahələr, platformalar, məhsulun idarə edilməsi üsulu, məhsul üzrə sərəncam vermək hüququna malik olan digər şəxslərin adı, soyadı, atasının adı (olduğu təqdirdə), FIN-i, FIN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, doğum tarixi, istifadəsi nəzərdə tutulan xidmətlərin siyahısı barədə məlumatlar müştəri profilinə daxil edilməmiş, profil məlumatları əsasında müştərilərin risk dərəcələri müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 9). 1.3. ƏL/TMM Qanununun 4.14-cü maddəsinə görə müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün deyilsə, hər hansı əməliyyat həyata keçirilməməli, işgüzar münasibətlər yaradılmamalı, hesab açılmamalı, habelə işgüzar münasibətlərə xitam verilməli və bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən ##.##.2025 - ##.##.2026-cı il tarixləri arasında 2 sayda hüquqi şəxs müştərilərə ("xxxx" MMC və "xxxx" MMC) münasibətdə müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün olmadığı halda, həmin müştərilərlə işgüzar münasibətlər davam etdirilmiş və əməliyyatlar icra olunmuşdur. (Yoxlama haqqında hesabat. Səh 7). 1-ci bənddə qeyd edilən pozuntular Inzibati Xətalar Məcəlləsinin 598.1.1ci maddəsinin tərkib əlamətlərini yaradır. 2.1 DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qayda və prosedurlarında təsdiq edilmiş meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-ya təqdim edilməsi nəzərdə tutulmamış və MMXya təqdim edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 5). 2.2 DNPnin 2.7.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxs tərəfindən müəyyən edilmiş meyarların öhdəlik daşıyan şəxslərin üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi, yenilənməsinə ildə ən azı bir dəfə baxılması, öhdəlik daşıyan şəxs üçün məhdudlaşdırıcı xarakterli olmaması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terroçuluğun maliyyələşdirilməsi (bundan sonra ƏL/TM) ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların müəyyən edilməsində əsas istiqamətverici vasitə olması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qayda prosedurlarında müəyyən edilmiş meyarların öhdəlik daşıyan şəxslərin üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi, yenilənməsinə ildə ən azı bir dəfə baxılması nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 5). 2.3 DNP-nin 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qayda və prosedurlarında rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxs təyin edildikdən sonra 3 (üç) iş günü ərzində MMX- nın informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməmişdir. (Yoxlama haqqında hesabat, Səh 6). 2.4 DNPnin 3.2.2-ci yarımbəndinə görə daxili nəzarət proqramında məsul şəxs olmadıqda onu əvəz edən şəxsin hər bir halda 6 (altı) aydan çox olmamaq şərtilə yalnız məsul şəxs məzuniyyətdə olduğu, vəzifə funksiyalarını icra etmədiyi və ya icra edə bilmədəyi müddətdə təyin edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qayda və prosedurlarında daxili nəzarət proqramında məsul şəxs olmadıqda onu əvəz edən şəxsin hər bir halda 6 (altı) aydan çox olmamaq şərtilə yalnız məsul şəxs məzuniyyətdə olduğu, vəzifə funksiyalarını icra etmədiyi və ya icra edə bilmədəyi müddətdə təyin edilməsi nəzərdə tutulmamışdır. (Yoxlama haqqında hesabat. Səh 6). 2.5 DNP-nin 3.2.3.6-cı yarımbəndinə görə ən azı hər 6 (altı) ayda bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar (əqdlər), öhdəlik daşıyan şəxsin ƏL/TM risklərinə məruz qala bilinəcək potensial riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və MMX-ya təqdim edilmiş hesabatlar barədə məlumat vermək məsul şəxsin vəzifəsidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qayda və prosedurlarında məsul şəxsi 2025-ci ilin ilk yarım illiyi üzrə DNP-nin qeyd olunan yarımbəndində göstərilən istiqamətlərdə rəhbərliyə hesabatı olmamışdır. (Yoxlama haqqında hesabat. Səh 6). 2.6 DNP-nin 4.2.3-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxs öz işçilərinə vəzifə funksiyalarından asılı olaraq ən azı aşağıda göstərilən təlim kurslarını təşkil etməlidir. Qanun, ƏL/TMM sahəsi üzrə digər hüquqi aktlar ilə, habelə öhdəlik daşıyan şəxsin daxili qayda və prosedurları ilə tanışlıq (4.2.3.1-ci yarımbənd); öhdəlik daşıyan şəxs tərəfindən ƏL/TMM sahəsi üzrə müəyyən edilmiş daxili nəzarət proqramı ilə tanışlıq (4.2.3.2-ci yarımbənd); müştəri uyğunluğu tədbirləri, müştəri profilinin formalaşdırılması və müştəri profil riskinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər (4.2.3.3-ci yarımbənd); benefisiar mülkiyyətçinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər (4.2.3.4-cü yarımbənd); şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarları (indikatorlar) üzrə təlimlər və praktiki məşğələlər (4.2.3.5-ci yarımbənd). Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən ##.##.2025-ci il tarixdə Işçilərinin ƏL/TMM sahəsində bilik və peşəkar bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə MMC öz daxili qayda və prosedurları ilə tanışlıq mövzusunda təlim kursu əhatə edilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 6). 2.7 DNPnin 4.2.11-ci yarımbəndinə təlim proqramı hər növbəti təqvim ili üçün hazırlanmalı və öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən təsdiqlənməlidir. Zərurət yarandıqda il ərzində təlim proqramına öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən təsdiq olunan dəyişikliklər edilə bilər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin 2025-ci il üzrə təlim proqramı gecikmə ilə (##.##.2025-ci il tarixində) təsdiq edilmişdir. (Yoxlama haqqında hesabat. Səh 7). 2.8 DNP-nin 5.1.5-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin rəhbərliyi Qanunun tələblərinin tətbiq olunmasının səmərəliliyini yoxlamaq məqsədlə auditinin müntəzəm keçirilməsi üçün məsuliyyət daşıyır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən ƏL/TMM Qanununun səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizmi təşkil edilməmiş və daxili audit yoxlaması həyata keçirilməmişdir. (Yoxlama haqqında hesabat. Səh 7). 2-ci bənddə qeyd edilən pozuntular Inzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. 3.1. ƏL/TMM Qanununun 7.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər: müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli (7.1.1-ci maddə); siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətləri yalnız rəhbərliyin razılığı əsasında yaratmalı və ya davam etdirməlidirlər (7.1.2-ci maddə); müştərinin və ya benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğu müəyyən edilən zaman onun təqdim edilən əmlakının, habelə ümumilikdə digər sərvətlərinin mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görməlidir (7.1.3-cü maddə); siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər (7.1.4-cü maddə); MUT Qaydalarının 6.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər müştəri profili üzrə risk qiymətləndirməsi həyata keçirməli və müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumatları ən azı aşağıdakılar vasitəsilə verifikasiya etməlidirlər: Hüquqi şəxslərə münasibətdə: gücləndirilmiş müştəri uyğunluğu tədbirləri çərçivəsində işçilərinin və xidmət müqaviləsi üzrə işə cəlb edilmiş hüquqi və fiziki şəxslərin sayı müvafiq olaraq dövlət informasiya sistemindən işçilərin sayını təsdiq edən sənəd və mülki müqavilələr əsasında (6.1.3.5-ci yarımbəndinə əsasən); hüquqi şəxsə münasibətdə bu Qaydaların 6.1.2.3-6.1.2.7-ci abzaslarında nəzərdə tutulmuş məlumatların həmin abzaslarda nəzərdə tutulmuş sənədlər əsasında (6.1.3.9-cu yarımbəndinə əsasən); Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC hüquqi şəxs müştərilərinin benefisiar mülkiyyətçisinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini adekvat səviyyədə formalaşdırmamışdır. Belə ki, MMC hüquqi şəxs müştərisi "xxxx" QSCnin (işgüzar münasibətlərin yaradılma tarixi ##.##.2025) benefisiar mülkiyyətçisinin siyasi nüfuzlu şəxs olmasını müəyyən etməmişdir (7.1.1-ci maddə). MMC tərəfindən son benefisiar mülkiyyətçisi siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu hüquqi şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirləri çərçivəsində verifikasiya məlumatları tam alınmamışdır. MMC ##.##.2025-##.##.2026-cı il tarixləri arasında işgüzar münasibət yaradılmış hüquqi şəxs müştəriləri "xxxx" BOKT, "SF Azerbaijan" BOKT, "xxxx" MMC, "xxxx" MMC-yə münasibətdə son benefisiar mülkiyyətçilərinin siyasi nüfuzlu şəxs və siyasi nüfuzlu şəxsin yaxın qohumu statusu olduğu MMC tərəfindən müəyyənləşdirilmiş, lakin gücləndirilmiş müştəri uyğunluğu tədbirləri çərçivəsində hüquqi şəxslərin işçilərinin və xidmət müqaviləsi üzrə işə cəlb edilmiş hüquqi və fiziki şəxslərin sayı müvafiq olaraq dövlət informasiya sistemindən işçilərin sayını təsdiq edən sənəd və mülki müqavilələr əsasında verifikasiya edilməmişdir (7.1.4-cü maddə). MMC-nin ##.##.2025 - ##.##.2026-cı il tarixləri arasında işgüzar münasibət yaradılmış hüquqi şəxs müştəriləri "xxxx" MMC və "xxxx" QSC-yə münasibətdə son benefisiar mülkiyyətçilərinin siyasi nüfuzlu şəxs və siyasi nüfuzlu şəxsin yaxın qohumu statusu olduğu MMC tərəfindən müəyyənləşdirilmiş, lakin gücləndirilmiş müştəri uyğunluğu tədbirləri çərçivəsində hüquqi şəxslərə münasibətdə MUT qaydalarının 6.1.2.3-6.1.2.7-ci yarımbəndlərində qeyd olunan məlumatlar müvafiq sənədlər əsasında verifikasiya edilməmişdir (7.1.4-cü maddə). (Yoxlama haqqında hesabat. Səh 7). 3-cü bənddə qeyd edilən pozuntular Inzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. 4.1. ƏL/TMM Qanununun 11.11-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər hüquqi şəxs olan müştərilərə tətbiq edilən müştəri uyğunluğu tədbirləri çərçivəsində müəyyən edilmiş benefisiar mülkiyyətçi barədə məlumatları 3 iş günü ərzində maliyyə monitorinqi orqanına təqdim etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixindən etibarən bu tələb qüvvəyə mindikdən sonra MMC 217 sayda hüquqi şəxs müştəri (##.##.2026-cı il tarixdən sonra "X10" LLC, "xxxx" QSC, "Qafqaz Rent A Car" "Flame Tours and DMC" və "X8" MMC və s.) ilə işgüzar münasibət qurmuş, lakin onların yalnız 39-u üzrə məlumatı MMX-ya təqdim etmişdir. MMC müvafiq məlumatların MMX-ya təqdim edilməsi prosesində gecikmələri MMX-nın "ŞƏMS" sistemində mövcud olan texniki nasazlıqlarla izah etmişdir. (Yoxlama haqqında hesabat. Səh 10). 4-cü bənddə qeyd edilən pozuntular Inzibati Xətalar Məcəlləsinin 598.4-cü maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da Inzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (286 sayda fiziki şəxs və 202 sayda hüquqi şəxs müştəri üzrə), 598.1.2-ci, 598.1.5-ci (7 sayda hüquqi şəxs müştəri üzrə) və 598.4-cü (178 sayda hüquqi şəxs müştəri üzrə) maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında ##.##.2024 - ##.##.2026-cı il tarixlərində törədilmişdir. Inzibati pozuntular yoxlama nəticəsində ##.##.2026-cı il tarixdə aşkarlanmışdır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (286 sayda fiziki şəxs və 202 sayda hüquqi şəxs müştəri üzrə), 598.1.2-ci, 598.1.5-ci (7 sayda hüquqi şəxs müştəri üzrə) və 598.4-cü (178 sayda hüquqi şəxs müştəri üzrə) maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.5-ci və 598.4cü maddələri üzrə təqsirli bilinərək ona hər bir müştəriyə və əməliyyata görə cərimə cəzası təyin olunsun və həmin Məcəllənin 34.4 və 25.4-cü maddələri nəzərə alınmaqla, ona 10.000 (on min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Işin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Iş materiallarından da görünür ki, MMC-nin daxili qaydalarında qeyd olunan istiqaməti tənzimləyən ƏL/TMM Qanununun və MUT qaydalarının müvafiq bəndlərinin tələbləti əks olunsa da, ##.##.2025 - ##.##.2026-cı il tarixləri arasında 286 sayda fiziki şəxs müştərilərə (Medzhidova Aiten, X22, X2, X3, X17, X12, X4, X5, X6 Rüfət Hikmət oğli və s.) və 202 sayda hüquqi şəxs müştərilərə "X1 Sanayi ve Dış Ticaret Anonim Şirkəti", "xxxx" MMC və "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" BOKT MMC, "xxxx" MMC və s.) münasibətdə eynilləşdirmə və verifikasiya tədbirlərini tam olaraq həyata keçirilməmişdir. MMC tərəfindən fərdi sahibkar və hüquqi şəxs müştərilərdən alınan eyniləşdirmə məlumatları əsasında MMC-nin proqram təminatında müştəri profili yaradılsa da, ##.##.2025 ##.##.2026-cı il tarixləri arasında 281 sayda fərdi sahibkarlara münasibətdə onların təqdim etdiyi malların, gördüyü işlərin və ya göstərdiyi xidmətlərin növü, aparılması nəzərdə tutulan mədaxil və məxaric əməliyyatlarının ehtimal edilən həcmi, aktivlərinin həcmi barədə məlumatlar müştəri profilinə daxil edilməmişdir. Həmçinin 200 sayda hüquqi şəxs müştərilərin filial, şöbə və nümayəndəlikləri barədə, nizamnamə kapitalının məbləği, onun formalaşma mənbəyi və maliyyə vəziyyəti (aktivləri, passivləri, kapitalı və dövlət büdcəsinə borclar və digər icbari ödənişlər), təsisçilərinin iş yeri və vəzifəsi (işəgötürənin adı daxil olmaqla), orta illik əmək haqqının məbləği, həmçinin digər gəlir mənbələri (pensiya, sosial müavinat/yardım, sahibkarlıq fəaliyyəti, depozit və ya onun faizləri, dividend ödənişləri, icarə haqqı, renta haqqı, royalti, miras payı və ya digər), bu mənbələr üzrə orta illik gəlirinin ümumi məbləği və dövrülüyü barədə, işgüzar münasibətlərin yaradılmasının məqsədi, aparılması nəzərdə tutulan mədaxil əməliyyatlarının ehtimal edilən həcmi, məxaric əməliyyatlarının həcmi və istiqamətləri, vəsaitlərin mədaxil edilməsinin üsulları, dövrülüyü, mənbələri, müştəriyə təqdim edilən məhsuldan istifadə ediləcəyi sahələr, platformalar, məhsulun idarə edilməsi üsulu, məhsul üzrə sərəncam vermək hüququna malik olan digər şəxslərin adı, soyadı, atasının adı (olduğu təqdirdə), FIN-i, FIN olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, doğum tarixi, istifadəsi nəzərdə tutulan idmətlərin siyahısı barədə məlumatlar müştəri profilinə daxil edilməmiş, profil məlumatları əsasında müştərilərin risk dərəcələri müəyyən edilməmişdir. MMC tərəfindən ##.##.2025 - ##.##.2026-cı il tarixləri arasında 2 sayda hüquqi şəxs müştərilərə ("xxxx" MMC və "xxxx" MMC) münasibətdə müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün olmadığı halda, həmin müştərilərlə işgüzar münasibətlər davam etdirilmiş və əməliyyatlar icra olunmuşdur. Qeyd edilən pozuntular Inzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qayda və prosedurlarında təsdiq edilmiş meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-ya təqdim edilməsi nəzərdə tutulmamış və MMXya təqdim edilməmişdir. MMC-nin daxili qayda prosedurlarında müəyyən edilmiş meyarların öhdəlik daşıyan şəxslərin üzləşdiyi risklərə uyğun olaraq daim yenilənməsi, yenilənməsinə ildə ən azı bir dəfə baxılması nəzərdə tutulmamışdır. MMC-nin daxili qayda və prosedurlarında rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxs təyin edildikdən sonra 3 (üç) iş günü ərzində MMX- nın informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməmişdir. MMC-nin daxili qayda və prosedurlarında daxili nəzarət proqramında məsul şəxs olmadıqda onu əvəz edən şəxsin hər bir halda 6 (altı) aydan çox olmamaq şərtilə yalnız məsul şəxs məzuniyyətdə olduğu, vəzifə funksiyalarını icra etmədiyi və ya icra edə bilmədəyi müddətdə təyin edilməsi nəzərdə tutulmamışdır. MMC-nin daxili qayda və prosedurlarında məsul şəxsi 2025-ci ilin ilk yarım illiyi üzrə DNP-nin qeyd olunan yarımbəndində göstərilən istiqamətlərdə rəhbərliyə hesabatı olmamışdır. MMC tərəfindən ##.##.2025-ci il tarixdə Işçilərinin ƏL/TMM sahəsində bilik və peşəkar bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə MMC öz daxili qayda və prosedurları ilə tanışlıq mövzusunda təlim kursu əhatə edilməmişdir. MMC-nin 2025-ci il üzrə təlim proqramı gecikmə ilə (##.##.2025-ci il tarixində) təsdiq edilmişdir. MMC tərəfindən ƏL/TMM Qanununun səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizmi təşkil edilməmiş və daxili audit yoxlaması həyata keçirilməmişdir. Qeyd edilən pozuntular Inzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC hüquqi şəxs müştərilərinin benefisiar mülkiyyətçisinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini adekvat səviyyədə formalaşdırmamışdır. Belə ki, MMC hüquqi şəxs müştərisi "xxxx" QSCnin (işgüzar münasibətlərin yaradılma tarixi ##.##.2025) benefisiar mülkiyyətçisinin siyasi nüfuzlu şəxs olmasını müəyyən etməmişdir. MMC tərəfindən son benefisiar mülkiyyətçisi siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu hüquqi şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirləri çərçivəsində verifikasiya məlumatları tam alınmamışdır. MMC ##.##.2025-##.##.2026-cı il tarixləri arasında işgüzar münasibət yaradılmış hüquqi şəxs müştəriləri "xxxx" BOKT, "SF Azerbaijan" BOKT, "xxxx" MMC, "xxxx" MMC-yə münasibətdə son benefisiar mülkiyyətçilərinin siyasi nüfuzlu şəxs və siyasi nüfuzlu şəxsin yaxın qohumu statusu olduğu MMC tərəfindən müəyyənləşdirilmiş, lakin gücləndirilmiş müştəri uyğunluğu tədbirləri çərçivəsində hüquqi şəxslərin işçilərinin və xidmət müqaviləsi üzrə işə cəlb edilmiş hüquqi və fiziki şəxslərin sayı müvafiq olaraq dövlət informasiya sistemindən işçilərin sayını təsdiq edən sənəd və mülki müqavilələr əsasında verifikasiya edilməmişdir. MMC-nin ##.##.2025 ##.##.2026-cı il tarixləri arasında işgüzar münasibət yaradılmış hüquqi şəxs müştəriləri "xxxx" MMC və "xxxx" QSC-yə münasibətdə son benefisiar mülkiyyətçilərinin siyasi nüfuzlu şəxs və siyasi nüfuzlu şəxsin yaxın qohumu statusu olduğu MMC tərəfindən müəyyənləşdirilmiş, lakin gücləndirilmiş müştəri uyğunluğu tədbirləri çərçivəsində hüquqi şəxslərə münasibətdə MUT qaydalarının 6.1.2.3-6.1.2.7ci yarımbəndlərində qeyd olunan məlumatlar müvafiq sənədlər əsasında verifikasiya edilməmişdir (7.1.4-cü maddə). Qeyd edilən pozuntular Inzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. Yoxlama zamanı müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixindən etibarən bu tələb qüvvəyə mindikdən sonra MMC 217 sayda hüquqi şəxs müştəri (##.##.2026-cı il tarixdən sonra "X10" LLC, "xxxx" QSC, "Qafqaz Rent A Car" "Flame Tours and DMC" və "X8" MMC və s.) ilə işgüzar münasibət qurmuş, lakin onların yalnız 39-u üzrə məlumatı MMX-ya təqdim etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı lazımı qaydada təmin edilmədən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilmədən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında və bu Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı, barəsində qərar çıxarılan şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri: - səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsini; - eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini istisna edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından da görünür ki, səlahiyyətli orqanlar eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Göründüyü kimi hüquqi və vəzifəli şəxs barəsində inizbati tənbehlər ayrı-ayrı icraatlarda baxılmışdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inizbati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.5ci və 598.4-cü maddələri üzrə təqsirli bilinərək ona hər bir müştəriyə və əməliyyata görə cərimə cəzasının təyin olunması və həmin Məcəllənin 34.4 və 25.4-cü maddələri nəzərə alınmaqla, ona 10.000 (on min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar