Məhkəmə qərarları › İş №3(3-6)-2108/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2108/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2108/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl qızının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl qızının barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) İsmayıl qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 Bakı şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında ## ##### 2026-cı il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və izibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İsmayıl qızının şikayətinin təmin edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini Qərardan şikayət verən orqan (şəxs) İsmayıl qızının inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 şikayəti əsasında Xidmətdə aparılan araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) İsmayıl qızının idarə heyətinin sədri olduğu X3” X2 məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Lakin sənədlər natamam təqdim edilmişdir. Belə ki, Əmək haqqının ödənilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1 -1 -ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmət tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlu apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) İsmayıl qızının barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə , inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünürki, vətəndaş X1 müraciəti əsasında AR Əmək məcəlləsinin 15.2-ci maddəsinə əsasən “X3” X6 ##.##.2026- cı il tarixli, *-**-*/*-*****/***** saylı məktubda qeyd edilən sənədlərin 7 iş günü ərzində təqdim ediməsi tələb edilmiş, lakin sənədlər natamam təqdim edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsindən “X3” X2 ünvanlanan ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/***** saylı məktubundan görünürki, X1 müraciətinə əsasən vətəndaşa aid sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilmişdir. “X3” X4 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı ##.##.2026-cı il tarixli **-*-**/*-***/**** nömrəli sorğuya cavabdan görünür ki, “X3” X4 ikinci Hemodializ şöbəsinin texniki X1 izahatı alınmış, əmək hüquqlarının pozulması ilə bağlı heç bir tələbi olmadığını qeyd etmişdir. Şəxs texnik kimi fəaliyyət göstərdiyi üçün növbəli iş rejimi ilə işə çıxmış və növbəsi ## ###### 2025-ci il tarixdə təxirə düşmüş və həmin gün qeyri iş günü hesab edildiyindən əmək haqqı cədvəlinə uyğun hesablanaraq verilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, müfəttişliyin sənədlərin tələb edilməsi ilə bağlı məktubuna “X3” PHŞ tərəfindən 7 iş günü keçməmiş cavab verilmiş, işçinin əmək haqqı ilə bağlı əmək haqqının hesablanması və ödənilməsi ilə bağlı aylar üzrə tərtib edilmiş məlumat müfəttişliyə təqdim edilmişdir. Məhkəmə iclasında müfəttişliyin nümayəndəsi təqdim edilmiş sənədlərin arasında bank hesabından çıxarışın təqdim edilmədiyi və bu səbəbdən sənədlərin natamam olması qeyd edilsə də, məhkəmə hesab edirki, işçinin əmək haqqının hesablanıb ödənilməsi ilə bağlı məlumat təqdim edilməklə müfəttişliyin tələb etdiyi sənədlər tam təqdim edilmişdir. Eyni zamanda iş materiallarında ## ##### 2026-cı il tarixli çıxarışdan da görünür ki, hazırki çıxarış da eyni tarixdə müfəttişliyə təqdim edimişdir. Buna baxmayaraq müfəttişlik tərəfindən 21 aprel tarixində Tibb müəssisəsinin vəzifəli şəxsi ilə bağlı protokol tərtib edilmiş və inzibati xətalat məcəlləsinin 116-ci maddəsinin tələbləri pozulmuşdur. Beləki, maddənin tələbinə əsasən ilk dəfə inzibati xəta törətmiş şəxs barədə protokol tərtib edilərkən inzibati cərimə şərti olartaq tətbiq edilməli və pozuntunun aradan qaldırılması üçün vaxt müəyyən edilməli idi. Hazırki iş üzrə bu tələb riayət edilmədən icraat aparılmışdır. Odur ki, istinad edilənlər nəzərə alınaraq vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) ismayıl qızı ilə bağlı inzibati xəta haqqında protokol ləğv edilməli icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəyi qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin tələb olunan sənədlərin müəyyən edilmiş müddət ərzində tam təqdim edilməməsi dəlilləri barədə qeyd edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “X3” PHŞ-nə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubla vətəndaş X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb edilmişdir. “X3” PHŞ tələb olunan sənədlərin hər biri müəyyən olunmuş vaxt ərzində təqdim olunmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmişdir. Belə ki, apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından apellyasiya şikayətinin təmin olunması üçün hər hansı əsas müəyyən olunmur. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İsmayıl qızının barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar