Məhkəmə qərarları › İş №3(3-6)-2109/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2109/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2109/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X10 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Qərardan şikayət verən orqan (şəxs) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X10 ## ###### 2026-cıil tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 Xidmətinin Lənkəran X2 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin, 76-cı maddəsinin 2-ci hissəsinin, 77-ci maddəsinin 1-ci hissəsinin və 83-cü maddəsinin 2-ci hissənin tələblərini pozaraq X7 əmək müqaviləsinə qanunsuz xitam verilmişdir. Bu əsasla Lənkəran RQII-nin rəisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlinmişdir. Həmin protokola əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarla işəgötürən 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar aşağıda göstərilən əsaslara görə qanunsuz və əsassızdır. Belə ki, "Azəriqaz” X8 X3 Idarəsinin Masallı rayonu üzrə Qəzadispetçer xidmətinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri X7 ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (ştatın ixtisarı ilə bağlı) əsasən xitam verilməsi ilə bağlı ##.##.2025-ci il tarixdə onlara xəbərdarlıq məktubu verilmişdir. Həmin məktubunda əmək stajından asılı olaraq R.Ismayılova Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 9 təqvim həftəsi xəbərdarlıq müddəti təyin olunmuşdur. Bununla əlaqədar olaraq R.Ismayılovla Lənkəran RQII arasında bağlanılmış *** nömrəli, ##.##.2015-ci il tarixli əmək müqaviləsinə Idarənin ##.##.2025-ci il tarixli, 14- *-*- **/*-*K-***/**** nömrəli əmri ilə ləğv edilmişdir. R.Ismayılova SOCAR "Azariqaz" istehsalat Birliyi ilə Birliyin Həmkarlar ittifaqı Komitəsi arasında 2024-2026-cı illər üçün bağlanmış qüvvədə olan Kollektiv Müqavilənin 5.13-ci bəndinə asasan orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinəti ödənilmişdir. Həmin günü əmək müqaviləsinə xitam verilməsi barədə əmr elektron informasiya sisteminə daxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir və əmək müqaviləsinə xitam verilməsi tarixi əmrin imzalandığı tarixdən əvvəl müəyyən edilə bilməz. Hazırkı iş üzrə işçi X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi X1 Istismarı Idarəsinin ##.##.2025-ci il tarixli əmri ilə rəsmiləşdirilmiş, həmin əmr qanunvericiliyin tələblərinə uyğun olaraq elektron informasiya sisteminə daxil edilmiş və gücləndirilmiş elektron imza ilə təsdiq edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi tarixi də əmrin imzalandığı tarixdən əvvəl müəyyən edilməmişdir. Bu səbəbdən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin tələbləri pozulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla və ya əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırkı iş üzrə isə əmək müqaviləsinə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi (ştatların ixtisarı) əsasında xitam verilmiş və xitam verilməsi zamanı əmək qanunvericiliyində müəyyən edilmiş prosedur qaydalarına tam şəkildə riayət edilmişdir. Buna görə də işəgötürənin hərəkətlərində Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması mövcud deyildir. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi əmək stajından asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə rəsmi qaydada xəbərdar edilməlidir. Hazırkı iş üzrə işçi ##.##.2025-ci il tarixdə yazılı qaydada xəbərdar edilmiş, onun əmək stajı nəzərə alınaraq 9 təqvim həftəsi xəbərdarlıq müddəti müəyyən edilmişdir. Bu isə əmək qanunvericiliyinin tələblərinə tam uyğundur. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin elektron kabinetində yerləşdirilməlidir. Hazırkı iş üzrə əmək müqaviləsinə xitam verilməsi barədə əmr elektron informasiya sistemində rəsmiləşdirilmiş, gücləndirilmiş elektron imza ilə təsdiq edilmişdir. Beləliklə, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin, 76-cı maddəsinin 2-ci hissəsinin, 77-ci maddəsinin 1-ci hissəsinin və 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə tam riayət edilmiş, əmək qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verilməmişdir. Bu səbəbdən X4 Xidmətinin LənkəranX2 işəgötürən tərəfindən qeyd olunan əmək qanunvericiliyi normalarının pozulması barədə gəldiyi nəticə faktiki hallara və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassızdır. Göründüyü kimi X7 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin, 76-cı maddəsinin 2-ci hissəsinin, 77-ci maddəsinin 1-ci hissəsinin və 83-cü maddəsinin 2-ci hissənin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən Inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikası IXM-nin tələbləri üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilən faktiki hallar və hüquqi əsaslar onu göstərir ki, işçi X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə uyğun olaraq ştatların ixtisarı ilə əlaqədar həyata keçirilmişdir və bu zaman əmək qanunvericiliyində nəzərdə tutulmuş bütün prosedur qaydalarına riayət edilmişdir. Belə ki, işçi əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əvvəlcədən yazılı qaydada xəbərdar edilmiş, əmək stajı nəzərə alınaraq qanunla müəyyən edilmiş xəbərdarlıq müddəti gözlənilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmr qəbul edilərək elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş və işçinin elektron kabinetində yerləşdirilmişdir. Bundan əlavə, işçiyə qüvvədə olan kollektiv müqaviləyə uyğun olaraq işdənçıxarma müavinəti ödənilmişdir. Beləliklə, işəgötürənin hərəkətlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin, 76-cı maddəsinin 2-ci hissəsinin, 77-ci maddəsinin 1-ci hissəsinin və 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması halı mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinə əsasən şəxs yalnız onun təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə cəlb edilə bilər. Hazırkı iş üzrə isə işəgötürənin hərəkətlərində inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri mövcud olmadığından, inzibati məsuliyyətin tətbiq edilməsi üçün hüquqi əsas mövcud deyildir. Buna baxmayaraq, X4 Xidmətinin X10 tərəfindən işin faktiki halları hərtərəfli və obyektiv araşdırılmadan, təqdim edilmiş sübutlara hüquqi qiymət verilmədən və əmək qanunvericiliyinin tələbləri düzgün tətbiq edilmədən inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bu isə inzibati icraatın əsas prinsiplərinə, o cümlədən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması prinsipinə zidd olmaqla qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu göstərir. Belə olan halda, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü, 114-cü və 134-cü maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Həmçinin, 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X4 Xidmətinin X10 ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarı poçt vasitəsilə Idarəyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Aygün Həsənova) şikayət təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X10 ## ###### 2026-cıil tarixli, MN ******* nömrəli qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X10 ## ###### 2026-cıil tarixli, MN ******* nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdırıb, belə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət baxılmadan, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının surəti ## ##### 2026-cı il tarixdə elektron qaydada imzalanaraq Bakı şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X10 göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən isə şikayət ## #### 2026-cı il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi 10 (on) gün prosessual müddət ərzində şikayət verməmiş, prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında qərardan şikayət qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilməsi nəzərdə tutulduğundan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsi haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və buraxılmış müddətin bərpa edilmədən şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini nəzərə alaraq, şikayətə baxılmasını mümkün hesab etmir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən prosessual müddət ötürülməklə şikayət verildiyindən və müddətin bərpası barədə məhkəməyə müraciət edilmədiyindən, həmin şikayət inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə geri qaytarılmalı və Bakı şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinə şikayət vermə müddətinin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar