Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2110/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti üzrə materiala Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i m: “xxxx” MMC-nin barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti * saylı Bakı Regional Bölməsindən daxil olmuş ## ######## 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün birinici instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2500 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı ## ####### 2025-ci il tarixdə barəsində inziabti xəta haqqında icraat aparılsn hüquqi şəxsin elektron kabinetinə yüklənmişdir. Eyni zamanda icra sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli icra sənədi Bakı şəhəri Xətai rayon İcra Şöbəsində ## ####### 2025-ci il tarixdə qeydə alınmışdır. Həmin qərardan narazı “xxxx” MMC-nin direktoru apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb hesab edirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarından “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardan “xxxx” MMC-nin direktoru tərəfindən apellyasiya şikayəti uzun müddət keçdikdən sonra ## #### 2026-cı il tarixdə tərtib edilərək göndərilmişdir. Göründüyü kimi, hazırki halda apellyasiya qaydasında verilmiş şikayət prosessual müddət başa çatandan sonra verilmiş, həmçinin müddətin bərpa olunması ilə bağlı məhkəməyə vəsatət də təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarından apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən, həmin şikayətə baxıla bilməz və bu halda material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən keçiriblərsə, buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq qərara a l ı r a m: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2110/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2110/2026
13.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver