Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2111/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sedrliyi ilə, məhkəmə iclas katibi X3, Protokolu tərtib edən orqann nümayəndəsi nümayəndə2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş EP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 12794.70 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 12794.70 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş həmin ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 12794,70 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2558,94 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sisteminə iş üzrə materiallar əlavə edilməmişdir. Buna dair tərəfimizdən ##.##.2026-cı və ##.##.2026-cı il tarixli ərizələr sistemə yüklənmişdir. Günü bu gün də iş üzrə materiallar sistemdə mövcud deyildir. Məhkəmə qərarında göstərilən protokol nömrəsinə əsasən sənədlərə dair cuzi məlumatları əldə edə vilmişik. Bundan başqa iş üzrə ##.##.2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclası bürədə bildiriş ##.##.2026-cı il tarixində, ##.##.2026-cı il tarixinə təyin olunmuş məhkəmə iclası barədə bildiriş isə ##.##.2026-cı il tarixində imzalanaraq sistemə əlavə edilmişdir. Bu o deməkdir ki, məhkəmə tərəf olaraq hüquqlarımızın qorunmasını təşkil etmək üçün bizə vaxt tanımamışdır. AR İXM-nin 60.3-cü maddəsinə əsasəm işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Əlavə olaraq bildirilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Türkiyənin “MTM X2 San.Tic.Ltd.Sti.” şirkətindən M479/M' 0007 və M***/MT-**** nömrəli sifarişlər əsasında malların idxalı həyata keçirilmişdir. Həmin sifarişlər ilkin olaraq ##.##.2024-cü il tarixində müvafiq olaraq 23,586.25 ABŞ dolları və 21,324.50 ABŞ dolları məbləğlərində tərtib edilmişdir. Sonradan sifariş edilmiş malların bir hissəsindən imtina olunması səbəbindən sifarişlərə ##.##.2024-cü il tarixində dəyişiklik (amendment) edilmiş və sifarişlərin ümumi dəyəri azaldılmışdır. Dəyişiklik edilmiş sifarişlər əsasında faktiki olaraq Azərbaycan Respublikasına idxal olunan mallar 01241000224859 və ************** nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Faktiki idxal edilmiş malların dəyəri dəyişdirilmiş sifarişlərdə göstərilən məbləğlərə və qeyd olunan gömrük bəyannamələrində əks etdirilmiş məlumatlara tam uyğundur. Qeyd edilməlidir ki, sifarişlərə edilmiş dəyişikliklər yalnız bəzi malların sifarişdən çıxarılması ilə əlaqədar olmuşdur. Bu dəyişikliklər nəticəsində sifarişlərin yekun məbləği faktiki olaraq idxal edilmiş malların dəyərinə uyğunlaşdırılmışdır. Hər hansı əlavə mal idxalı və ya ödəniş məbləğinin gizlədilməsi halı baş verməmişdir. Bank tərəfindən təqdim edilmiş sorğuya cavab olaraq ilkin sifariş formaları, dəyişdirilmiş sifariş formaları, invoyslar və digər təsdiqedici sənədlər tam həcmdə təqdim edilmişdir. Təqdim olunmuş sənədlərdən də aydın şəkildə görünür ki, həm ilkin, həm də dəyişdirilmiş sifarişlər eyni müqavilə çərçivəsində və eyni müqavilə nömrəsi əsasında rəsmiləşdirilmişdir. Buna baxmayaraq, sifarişlərə edilmiş dəyişikliklərin tarixi əsas götürülərək məsələ məhkəməyə göndərilmişdir. Halbuki sifarişlərdə edilmiş dəyişikliklər yalnız sifarişdən çıxarılan malların sənədləşdirilməsi məqsədi daşımış və faktiki idxal edilmiş malların dəyəri gömrük bəyannamələrində düzgün şəkildə əks etdirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, təqdim edilmiş sənədlərin və faktiki idxal əməliyyatlarının bir-birinə uyğun olduğu nəzərə alınaraq məsələyə obyektiv hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd olunları nəzərə alaraq hesab edirik ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCtərəfindən inzibati xəta törədilməmişdir, inzibati xəta hadisəsi olmamışdır və İnzibati Xətalar Məcəlləsinin heç bir maddəsinin tərkibi yaranmamışdır. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaların ( bundan sonra “Qaydalar” adlandırılacaq) 4.3.1.3. maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Qeyd edilən Qaydaların 4.3.1.3. maddəsinə və İXM əsasən idxal və bunu təsdiq edən gömrük bəyannaməsi olmadığı təqdirdə cərimə olunması müəyyən edilib. Yuxarıda qeyd olunları nəzərə alaraq hesab edirik ki, əvvəlcədən ödənilmiş malların idxalı qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirilmişdir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən inzibati xəta törədilməmişdir, inzibati xəta hadisəsi olmamışdır və İnzibati Xətalar Məcəlləsinin heç bir maddəsinin tərkibi yaranmamışdır. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı Protokolu tərtib edən orqann nümayəndəsi nümayəndə2 bildirmişdir ki, iş materiallarına bəyannamələr əlavə edilsə də , müqavilə fərqlidir, ## #### 2024-cü tarixində olmuş köçürülmə ilə əlaqəsi yoxdur. Belə olan halda apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına olan ##.##.2024-cü iltarixli çıxarışdan görünür ki, “xxxx“ MMC tərəfindən ##.##.2024-cü il tarixli müqavilə üzrə 12794,70 ABŞ dolları məbləğində vəsaitin ölkə xaricinə köçürülməsi üçün müraciət edilmişdir. İş materiallarına olan “xxxx” ASC-nin ## #### 2026-cı il tarixli Protokolu tərtib edən orqan ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında “xxxx“ MMC göstərilmişdir. Protokolu tərtib edən orqan Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş EP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 12794,70 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasınm rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 12794,70 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarla müəyyən etmişdir ki, “xxxx“ MMC ##.##.2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 12794,70 ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 12794,70 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyə əsasən malı idxalını təsdiq edən yeganə sənəd gömrük bəyannaməsidir. Mal ölkəyə daxil olubsa, gömrük bəyannaməsi mövcud olmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## #### 2024-cü il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş 12794,70 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların vəsaitin köçürüldüyü gündən 2 il müddətində ölkəyə idxal olunmasını təsdiq edəcək sənədlər təqdim olunmamışdır. Qanunla qabaqcadan ödəniş aparılmış valyuta vəsaiti üzrə konkret müddət müəyyən edilmişdir və bu müddət ən geci iki ildən ibarətdir. Bu müddət ərzində mallar artıq ölkəyə faktiki olaraq daxil olmalı idi. İşə əlavə edilmiş gömrük bəyannamələri isə hazırki ## #### 2024-cü il tarixli ölkə xaricinə köçürməyə aid deyildi. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2111/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2111/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver