Məhkəmə qərarları › İş №3(3-6)-2112/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2112/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2112/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional Idarəsinin inspektoru X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin özünün idxal etdiyi və artıq mülkiyyətində olan məhsullarını öz nəqliyyat vasitələri ilə daşınmasını həyata keçirir. Özlərinin təmir sexi vardır və nəqliyyat vasitələri həmin sexdə yoxlanılır, nasazlıqlar olduqda isə aradan qaldırıldıqdan sonra reysə buraxılır. Eyni zamanda sürücülər də həkim tərəfindən hər dəfə müayinə olunurlar. Baxmayaraq ki, şirkət özünün mülkiyyətində olan məhsulları öz avtomobilləri ilə daşıdığı üçün həm nəqliyyat vasitələrinin texniki vəziyyətini reysqabağı yoxlamalı, həm də sürücülər reysqabağı tibbi müayinədən keçməli deyil, şirkət istər öz məhsullarını qorumaq baxımından, istərsə də üçüncü şəxslərə dəyə biləcək ziyanın qarşısını əvvəlcədən almaq məqsədi ilə həm avtomobillərin texniki vəziyyətini yoxlayır, həm də sürücüləri tibbi müayinədən keçirirlər. Lakin bu, o demək deyil ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bunu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən tələb etmək hüququ vardır. Əgər tələb etsə belə, bu hal MMC üçün ilk dəfə baş vermişdir və belə olan halda inzibati məsuliyyətin məqsədləri şəxsin qanuna uyğun davranışa sövq edilməsi və hüquq pozuntularının profilaktikası baxımından ilk növbədə xəbərdarlıq tədbirinin tətbiqi daha məqsədəuyğun olardı, lakin səlahiyyətli orqan tərəfindən bu faktlar nəzərə alınmamış, birbaşa olaraq cəmiyyətimiz barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC hesab edir ki, Qaydaya əsasən avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsinə dair tələblər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə şamil edilməməlidir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” ## ##### 2026-cı il tarixli aktdan görünür ki, ##.##.2026-cı il tarixində, saat 10:05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, “Bravo” marketin yanında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) mülkiyyətində olan “Isuzu” markalı, **JG*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Quliyev Elnur Məmməd oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2009-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş avtomobil nəqliyyatı ilə yük daşımaları yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2, 3.2 bəndlərinin tələblərini pozduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ##### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2.2-ci bəndində əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il # ######## tarixli **** nömrəli Fərmanı təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 3.1.24-cü yarımbəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin təyin edilməsi məqsədilə tədbirlər görmək, həmçinin bu sahədə nəzarəti həyata keçirmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd оlunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün hallarının hərtərəfli, tam və оbyektiv araşdırılmasını təmin etmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin tənbeh olunan əməli törətməsi haqqında işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, Azərbaycan Respublikası IXM-nin 326-cı maddəsi ilə təqsirli bilərək inzibati məsuliyyətə cəlb etməkdə haqlı оlmuş və əməllərinə düzgün qiymət vermişdir. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati хəta оlmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar