Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2114/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlnunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Müdafiəçi Vəkil İsaq oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Süleymanov İlkin İlham oğlunun iştirakları ilə, ## ###### 1996-cı il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olan və yaşamış Süleymanov İlkin İlham oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Süleymanov İlkin İlham oğlunun müdafiəçisi Vəkil İsaq oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarında olan sənədlərə əsasən, Süleymanov İlkin İlham oğlunun qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etmiş və keçirilmiş tibbi müayinə zamanı onun sidiyindən aşkar edilmişdir. Süleymanov İlkin İlham oğlunun barəsində MN seriyalı, ******* saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə (sədrlik edən C.Tağıyev) Süleymanov İlkin İlham oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 02 (iki) ay müddətində inzibati həbs tətbiq edilmiş və inzibati həbsdə saxlamanın əvvəli ## #### 2026ci il tarixindən hesablanmışdır. Süleymanov İlkin İlham oğlunun ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Həmin qərardan inzibati məsuliyyətə cəlb olunmuş Süleymanov İlkin İlham oğlunun müdafiəçisi Vəkil İsaq oğlu apellyasiya qaydasında şikayət verərək dəlilləri qismində göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə Süleymanov İlkin İlham oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 02 (iki) ay müddətində inzibati həbs tətbiq edilmiş və inzibati həbsdə saxlamanın əvvəli ## #### 2026-ci il tarixindən hesablanmışdır. Süleymanov İlkin İlham oğlunun ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cü il tarixli, 3(5-98)-5260/2026saylı qərarı qanunsuzdur, iş materiallarında olan sübutlara düzgün qiymət verilmədən qərar çıxarılmışdır. ## #### 2026-cı il tarixdə, saat 15:40 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılmış, saxlanıldıqdan sonra üzərindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. İ.Süleymanov Nəsimi Rayon Polis İdarəsinə dəvət olunmuşdur. İdarədə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərindən 0,245 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Faktla bağlı Nəsimi RPİ Təhqiqat Şöbəsində təhqiqat material açılmışdır. Təhqiqat araşdırılması zamanı Süleymanov İlkin İlham oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik Hüquqi şəxsdə ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliy “xxxx” X2 ## #### 2026-cı il tarixli, **** saylı rəyinə əsasən Süleymanov İlkin İlham oğlundar götürülmüş sidik nümunəsində MET (+) və THC (+) aşkar olunmuşdur. Nəsimi RPİ Təhqiqat Şöbəsinin təhqiqatçısı Əbdülrau Abbaszadənin ## #### 2026-cı il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Süleymanov İlkin İlham oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tədbirlərin görülməsi Nəsimi RP 20-ci Polis Şöbəsinə həvalə edilmişdir. ## #### 2026-cı il tarixdə İ.Süleymanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Süleymanov İlkin İlham oğlunun qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ## #### 2026-cı il tarixli, **** saylı rəyin əsasən Süleymanov İlkin İlham oğlundan götürülmüş sidik nümunəsində MET (+) və THC (+) aşkar olunmuş, onun ərazi narkoloji tibl müassisəsində qeydiyyata alınması qeyd edilmişdir. Yəni onda narkomaniyadan asılılıq sindiromu yoxdur. Lakin protokol tərtib edən polis əməkdaşı onda narkomaniyadan asılılıq sindiromu olduğunu bildirmişdir. Məhkəmə qərarında göstərmişdir ki, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Süleymanov İlkin İlham oğlunun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan maksimum həddə inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə bu qənaətə gələrkən qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərindən 0,245 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram təşkil edir. Bu halın özü məhkəmənin hüquqlarını müdafiə etdiyim şəxs barəsində nə qədər qərəzli olduğunu göstərir. Belə ki, vəkil olduğum müddətdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən bir şəxsə nakotik vasitə olan qurudulmuş marixanın istifadəsi, daşınması ilə bağlı ittiham irəli sürülsükdə ona azadlığın məhdudlaşdırılması növündə cəz təyin edilir. Lakin məhkəmə prosesi zamanı hüquqlarını müdafiə etdiyim şəxs özünü təqsirli bilməsinə, əməlindən peşman olmasına, ilk dəfə bu əməli törətdiyinə baxmayaraq ona maddədə nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsi nə ədalətlilik, nə qanunçuluq, nə də inzibati xətanın qarşısının alınması prinsipinə uyğun deyildir. Bundan əlavə qeyd etmək istəyirəm ki, hüquqularını müdafiə etdiyim şəxsdə anadangəlma 3-cü dərəcəli yastıpəncəlik mövcuddur. Bunun onun barəsində sağlamlıq vəziyyətinin müayinə aktı təsdiq edir. Həmçinin onun himayəsində bir ##.##.2020-ci il təvəllüdlü qızı var. Laqopedik qüsurları olduğu üçün X3 Mərkəzində müayinələrdən keçir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilməsini və Süleymanov İlkin İlham oğlu barəsində ilk dəfə olduğu üçün cəzasının dəyişdirilərək cərimə növündə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Süleymanov İlkin İlham oğlu və onun müdafiəçisi Vəkil İsaq oğlu vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-cü polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakiminin Süleymanov İlkin İlham oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## #### 2026-cı il tarixli, **** saylı rəyinə əsasən Süleymanov İlkin İlham oğlundan götürülmüş sidik nümunəsində MET (+) və THC (+) aşkar olunmuş, Süleymanov İlkin İlham oğlunda kannabinoidlərdən istifadə etmə halı olub. Lakin, hal-hazırda Süleymanov İlkin İlham oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin alımətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Onun ərazi narkoloji tibb müassisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Süleymanov İlkin İlham oğlu ## #### 2026-cı il tarixdə, saat 17:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallrında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin narkotik vasitələr və psixotrop maddələrin ekspertizasının **/**** saylı, ## #### 2026-cı il tarixli rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №***” dairəvi möhür əksi, “saxlanılan şəxs: Süleymanov İlkin İlham oğlu (imza) yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,245 qram yaşılımtıl rəngli bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır”. Marixuananın təmiz çəkisi – 0,245 qram, tədqiqata sərf edildi – 0,03 qram, qalıq – 0,215 qram. Aparılmış tədqiqatın dəyəri 240 (iki yüz qırx) manatdır. İş materiallarında olan ## #### 2026-cı il tarixli qərarın surətindən görünür ki, Süleymanov İlkin İlham oğlu barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi Nəsimi RPİ 20-ci Polis Şöbəsinə həvalə edilmişdir. Məhkəmə hesab edir ki, Süleymanov İlkin İlham oğluna istinad edilən inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı, ******* saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Süleymanov İlkin İlham oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Süleymanov İlkin İlham oğlu barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Beləliklə məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Süleymanov İlkin İlham oğluna tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün hər hansı bir əsas görmür. Müdafiəçi apellyasiya şikayətində Süleymanov İlkin İlham oğlunun anadan gəlmə 3-cü dərəcəli yastıpəncəlik olduğunu, ailəli olmaqla himayəsində bir az yaşlı uşağının olmasını, uşağının laqopedik qüsurlu olmasını istinad etsə də, lakin məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, ictimai təhlükəlilik dərəcəsi və aktuallılığı ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas vermir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Süleymanov İlkin İlham oğlunun müdafiəçisi Vəkil İsaq oğlu apellyasiya şikayətinə istinad etmiş və apellyasiya baxışı zamanı göstərdiyi olduğu dəlillər onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya qaydasında şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Süleymanov İlkin İlham oğlunun müdafiəçisi Vəkil İsaq oğlu tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Süleymanov İlkin İlham oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2114/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2114/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver