Məhkəmə qərarları › İş №3(3-6)-2115/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2115/2026

09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2115/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – Musayev Elmir Məhəmməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.Ibadzadə) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə ##.##.1978-ci ildə Saatlı rayonu, 26-lar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunmuş, həbsdə saxlanılması müddətinin əvvəlinin inzibati qaydada tutulduğu vaxtdan, yəni ## #### 2026-cı il tarixdən saat 16:00 -dan hesablanması qərara alınmışdır. Işin halları: Bakı şəhər Nəsimi Rayon Polis Idarəsinin 21-ci polis şöbəsinin polis sahə inspektoru, R X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Nəsimi rayonu, Mərdanov Qardaşları 77 ünvanında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Nəsimi RPI-nin 21-ci Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Nəsimi rayonu, Mərdanov Qardaşları 77 ünvanında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Məhkəmənin həmin qərarından narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində qəbul edilmiş qərardan razı deyil. O, heç bir polis əməkdaşına tabesizlik göstərməmişdir. Qeyd etdiklərinə əsasən ona köməklik göstərilməsini xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək bildirmişdir ki, dostunun ona pul borcu var və onu şantaj edir. 27-ci polis bölməsindən ona zəng olunduqdan sonra o dərhal bu barədə DIN 102 xidmətinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları mülki geyimdə ona yaxınlaşmışlar. O, isə heç bir etiraz etmədən polis əməkdaşları ilə getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 21-ci polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında gösətmişdir ki, təxminən 2 ay əvvəl polis əməkdaşı ona zəng vuraraq, ondan şikayət verildiyini bildirmişdir. O, dərhal DIN-in 102 Məlumat Mərkəzinə zəng vuraraq hadisənin araşdırılmasını xahiş etmişdir. ## #### 2026-cı il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq onu Polis Bölməsinə aparmışlar. O, polis əməkdaşlarına bildirmişdir ki, hansı səbəbə əsasən onun barəsində axtarış verilmişdir. Həmçinin bildirmişdir ki, onun ev ünvanına yaxınlaşmalı idilər. O, polis əməkdaşlarından xidməti vəsiqə istəmiş və polis əməkdaşları ona xidməti vəsiqəni təqdim etmişlər. O, əsəbi olduğu üçün əlini vurmuşdur. O, bildirmişdir ki, onu niyə polis bölməsinə aparmışlar, onun təqsiri yoxdur. O, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis Idarəsinin 21-ci polis şöbəsinin polis sahə inspektoru, R X1 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək izahat verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 535.1-ci maddəsi ilə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin 21-ci Polis Bölməsinin YYC işləri üzrə inspektoru, R X2 izahat verərək bildirmişdir ki, o, əvvəllər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tanımamışdır. ## #### 2026-cı il tarixdə, saat 16:00 radələrində Nəsimi rayonu, Mərdanov Qardaşları 77 ünvanında HK-*-*** saylı material ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaxınlaşmış və Polis bölməsinə dəvət etmişdir. Lakin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onlara qarşı tabesizlik göstərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Polis Bölməsinə gətirilmiş, lakin sonuncu Polis Bölməsində öz hərəkətlərinə davam etmişdir. Iş materiallarında olan “Inzibati qaydada tutma haqqında” ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilərək yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirinin iş materiallarında olan sübutlarla sübuta yetirildiyi qənaətinə gəlmişdir. Bu sübutlar dedikdə inzibati xəta haqqında protokolu və digər sübutları nəzərdə tutmuşdur. Həmin sübutlarla yanaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirsizliyinə dəlalət edən sübutlar da olmuşdur. Çünki, o, məhkəmə baxışı zamanı izahatlarında ona qarşı irəli sürülən ittihamı qəbul etməmiş, təqsirsizliyinə dəlalət edəcək sübutların araşdırılmasını tələb etmişdir. Düzdür, qanunvericilik inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılmasını nəzərdə tutmuşdur (IXM-in 111.3). Birinci instansiya məhkəməsi də həmin tələbdən irəli gələrək işə protokolun daxil olduğu gün baxaraq qərar qəbul etmişdir. Lakin, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsi protokolun daxil olduğu gün işə baxılmasını nəzərdə tutsa da, bu öz-özlüyündə mütləq olaraq həmin gün yekun qərarın çıxarılmasını ehtiva etməmişdir. Əks yanaşma, inzibati xətalar qanunvericiliyinin prinsipləri ilə uzlaşmamaqla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 112.2.3- cü və 112.5-ci maddəsinin tələblərini də anlamsız edərdi. Hazırda, məhkəmənin bu xüsusatları sadalamaqda məqsədi belə hallarda birinci instansiya məhkəməsinin tərəfin irəli sürdüyü dəlillərin yoxlanılması üçün mümkün tədbirləri görüb-görülməməsinin aydınlaşdırılması məqsədi daşıyır. Əvvala, bu ona görə zəruri idi ki, məhkəmə bütün dəlilləri qismən yoxlamış, vəzifələrini icra etmiş olacaqdır ki, bu iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün labüd idi. Digər tərədən, məhkəmə dəlillərin yoxlanılması üçün son mərhələ olduğundan, polislərin ittihamedici ifadələrini yoxlamaq üçün bütün ağlabatan imkanlardan istifadə etməsi zəruri olmuş, dəlillərin yoxlanılmasından imtina isə əsaslandırılmadığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ədalətli məhkəmə araşdırması hüququ pozulmuş olmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilirə Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Inzibati icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, inzibati icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normaları müqayisə etməklə birinci instansiya məhkəməsinin qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Inzibati Xətalar Məcəlləsinin 75,76, 84-cü maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların xətanın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, xətanın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Məhkəmə qeyd edir ki, sübutların tədqiqinə dair inzibati xətalar qanunvericiliyinə əməl olunmadan əldə edilmiş təqsirliyinin sübuta yetirilməsinə dair nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, ## #### 2026-cı il tarixdə polis əməkdaşlarının ona yaxınlaşaraq barəsində axtarış olduğunu və onlar ilə polis bölməsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt o polis əməkdaşlarından bunun səbəbini soruşmuş və heç bir etiraz etmədən onlar ilə birlikdə polis bölməsinə getmişdir. O, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Həmçinin iş materiallarına da nəzər saldıqda görünür ki, şəxsin polis əməkdaşlarına tabesizlik göstərməsi, onları nalayiq ifadələr ilə təhqir etməsinə dair hər hansı video görüntü və ya digər formada hər hansı bir sübut yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi şəxsin təqsirinə dair sübutları tam olaraq araşdırmadan şəxsin barəsində qərar qəbul etmişdir. Bu uyğunsuzluqlar və ziddiyətlər məhkəmədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis işçisinin qanuni tələbinə qəsdən tabe olmaması ilə bağlı şübhələr yaratmışdır. Beləliklə, məhkəmə xətanın sübut olunmasında yaranan bütün şübhələrin şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xətanı törətməkdə ittiham olunaraq təqsirli bilinməsi inzibati xətalar qanunvericiliyin tələblərinin, eləcə də “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Avropa Insan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (##.##.2016) qəbul etdiyi qərarında Avropa Insan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Inzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa Insan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş araşdırma materialı da qüsurlu olmuşdur. Belə ki, tərtib edilmiş inzibati qaydada tutma haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 16:00-da tutulduğu qeyd olunmuşdur. Lakin inzibati xəta haqqında protokol və ona dair material baxılması üçün məhkəməyə ## #### 2026-cı il tarixdə təqdim olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşları tərəfindən 24 saatdan artıq müddətdə inzibati qaydada tutulmuşdur. Maddənin dispozisiyasında göstərilən (işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin çoxluğu və ya başqa formada hər hansı çətinlik olması) hallarının mövcud olmaması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 24 saatdan artıq müddətə saxlanılması zərurətinin olmamasına dəlalət edir. Məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 24 saatdan artıq saxlanılması ücün hər hansı əsas olmamış və hüquqları pozulmuşdur. Bundan başqa, inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməsi göstərilsə də, qanuni tələbin nədən ibarət olması aydın olmamış, xətanın mahiyyəti bilinməmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyini, şəxsin 24 saatdan artıq müddətə inzibati qaydada tutulduğunu, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair ## #### 2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun, qərarın icrası həmin hissədə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Inzibati X3 Saxlanılması Məntəqəsinə həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar