Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2116/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** saylı qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 03:13:48-də M-3 11.3 km, Salyan rayonu, Xıdırlı kəndi, Astara istiqamətində olarkən MAN TGA 18,440 yük markalı **JK*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, “xxxx” ASC-nin sertifikatlaşdırılmış tərəzisində nəqliyyat vasitəsinin dolu çəkisi 39,62 ton göstərilmişdir ki, bu da qanunvericilikdə nəzərdə tutulmuş 40 ton həddini aşmır. Məhkəmə tərəzinin sertifikatına və son yoxlanışına dair sənədlərin “xxxx” ASC və ya digər aidiyyatı qurumdan tələb edilməsi istiqamətində hər hansı addım atmamışdır. Məhkəmə təqdim edilmiş avtomobilin dolu vəziyyətində çəkisi ilə bağlı sənədləri heç bir ekspert rəyi, texniki araşdırma və ya digər mötəbər sübut olmadan etibarsız hesab etmişdir. Belə ki, iş materiallarında iki fərqli göstriciyə malik çəki vardır. Məhkəmə bu ziddiyyətli məqama aydınlıq gətirməmişdir. Bundan başqa, məhkəmə ölçmə üçün istifadə olunan cihazın texniki vəziyyətinin, sertifikatının, həmin tarixdə işləməsinin sübut olunub-olunmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 03:13:48-də M-3 11.3 km, Salyan rayonu, Xıdırlı kəndi, Astara istiqamətində olarkən MAN TGA 18,440 yük markalı **JK*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən təqdim edilmiş qaimədən məlum olur ki, ##.##.2026-cı il tarixdə, saat 03:13:48-də **JK*** dövlət qeydiyyat nişanlı MAN TGA 18440 yük markalı nəqliyyat vasitəsinə 40000 kq maksimum kütləyə icazə verildiyi halda faktiki kütləsi 42360 kq olmuşdur. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2009-cu il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydasının 4-cü bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Göründüyü kimi, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla yoxlanılmasının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 353.2-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan yuxarıda sadalanan sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Orucov Vüsal İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq orqanın qərarını qanuni, şikayəti əsassız hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətçi səlahiyyətli orqanın idarə etdiyi avtomobilin çəki göstəriciləri ilə razılaşmadığından və onun tərəfindən təqdim edilmiş tərəzi qaiməsinin mötəbərliyini irəli sürdüyündən məhz həmin qaimədə istinad olunan tərəzinin sertifikasiyadan keçməsi, dövri yoxlamasının olması, ümumiyyətlə saz və işlək vəziyyətini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Məhz həmin sənədlər təqdim edildikdən sonra iki fərqli tərəzi göstəriciləri arasında ziddiyət məhkəmə tərəfindən araşdırıla bilərdi. Hazırkı halda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu məlumatları təqdim edə bilmədiyindən onun bu qəbildən olan dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq şikayəti təmin etməmişdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2116/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2116/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver