Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2117/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-96)-898/2026 qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2025-ci ilin yanvar ayından 2026-cı ilin yanvar ayınadək “E&E TRANSPORT” adı ilə fərdi sahibkar kimi fəaliyyət göstərərək 12 ay müddətində hər ay 500 manat olmaqla ümumilikdə 6000 (altı min) manat gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 398-ci maddəsinə əsasən inzibati xəta haqqında qərar tərtib olunaraq baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.K.Mürsəlov) ## ### 2026-cı il tarixli, 3(5-96)-898/2026 qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 12000 (on iki min) manat məbləğində inzibati cərimə ilə tənbeh edilmişdir. Qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-96)-898/2026 qərarının ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Qurbanov İlkin Abbasəli oğlunu 2025-ci ilin fevral ayından sürücü kimi tanımışdır. İ.Qurbanov anası X1 BB****** nömrəli NV-nin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyət hüququ əsasında məxsus olan **CX*** dövlət nömrəli nişanlı “İsuzu” markalı mikroavtobusu etibarnamə əsasında idarə etmişdir. Anasının bildirdiyinə görə sürücü İ.Qurbanov hər ay ona 500 manat pul vermişdi, həmin pula özünün heç bir aidiyyəti olmamışdır. Nəqliyyat vasitəsi X1 məxsusdur. Həmin mikroavtobusla bağlı olan bütün məsələlər onun sahibi ilə həll olunmuşdur.Həmin avtomobillə bağlı heç bir hüququ və səlahiyyəti olmamışdır. Mikroavtobusla bağlı icazələrin alınması, rüsum və vergilərin ödənilməsi birbaşa mülkiyyətçi və sürücü Qurbanov İlkin Abbasəli oğlu ilə bağlı olmuşdur. Sənədləşmələr də sürücü İ.Qurbanov tərəfindən öz adından aparılmışdır. Onun bu işlə heç vaxt bağlılığı olmamışdır. Heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və 6000 manat gəlir əldə etməmişdir. Prokurorluq orqanı mikroavtobusun mülkiyyətçisini işə cəlb edib onun məsuliyyətə cəlb edilmə məsələsinə baxmalı olduğu halda, öz vəzifəsini düzgün icra etməyərək, heç bir əsası olmadan barəsində inzibati xəta haqqında icraat işi açmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə izahatında qeyd etmişdir ki, etibarnamə əsasında həm özü, həm də İlkin Qurbanov avtobusları idarə etmişdir. Əslində qazancı ümumilikdə 500 manat olmuş, lakin, izahatı alınarkən işin məhkəməyə göndəriləcəyi, hər ay 500 manat yazılması təklif edilmiş o da buna etiraz etməmişdir. Avtobus anasına aiddir və etibarnamə əsasında həmin avtobusu idarə edir. Həmin etibarnamə ona hadisədən sonra verilmişdir. Sonda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət qismən təmin edilməli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-96)-898/2026 qərarı tənbehin tətbiq edilməsi hissədə dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli ****** nömrəli etibarnamədən məlum olur ki, X1 ona məxsus olan bütün daşınar əmlakını idarə etmə və üzərində sərəncam vermə səlahiyyətlərini 20 il müddətinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etibar etmişdir. ## ######## 2025-ci il tarixli ****** nömrəli “nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında” etibarnaməyə əsasən X1 mülkiyyətində olan ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil 09 il, 05 ay, 06 gün müddətinə idarə edilməsi üçün Qurbanov İlkin Abbasəli oğluna etibarnamə verilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş DMZ seriyalı ****** nömrəli, ##.##.2025-ci il tarixli, LBZ seriyalı, ****** nömrəli, ##.##.2025-ci il tarixli, DMZ seriyalı, ****** nömrəli qəbzlərdən məlum olur ki, X1 aid ** XC *** dövlət qeydiyyat nömrəli “İSUZU” markalı mikroavtobusla bağlı “sifarişlə fəaliyyət göstərən avtobuslar üçün” nəzərdə tutulmuş fərqlənmə nişanı verilmişdir. ##.##.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən cəmi 104,8 manat Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə, ##.##.2025-ci il tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən 36,5 manat “reys qabağı texniki baxış” təyinatı üzrə, ##.##.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən 48 manat “DSMF digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər” təyinatı üzrə, ##.##.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 166 manat “mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri” təyinatı üzrə, ##.##.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 48,4 manat “mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri” təyinatı üzrə Azərbaycan Yersütü Nəqliyyat Agentliyinə ödənişlər həyata keçirilmişdir. Həmin ödəniş qəbzlərinə əsasən ödəyici olaraq X1 aid 1805162492 VÖEN hesabı qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırma materialları, izahatlarla, inzibati xəta haqqında protokolla və digər sənədlərlə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına məcmu halında qiymət verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinməsi haqqında əsaslı qərar qəbul etmişdir. Bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, yuxarıda göstərildiyi kimi, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi halları, kifayət qədər dəlillərin mövcudluğu ilə tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsaslar yoxdur. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə qərar qəbul edilərkən, inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri və qanunun tələbləri kifayət qədər nəzərə alınmamışdır. Belə ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin növünü düzgün tətbiq etmiş, lakin işin hallarına və təqsirlilik dərəcəsinə uyğun olaraq, inzibati tənbehin həddini düzgün müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi şəxs barəsində tətbiq ediləcək cərimə məbləğini müəyyən edərəkən onun Bakı şəhəri Protokolu tərtib edən orqan vermiş olduğu izahatını əsas götürmüşdür. Bununla belə barəsində inzibati icraat aparılan şəxs məhkəməyə vermiş olduğu izahatında əslində qazancının ümumilikdə 500 manat olduğunu qeyd etmiş, 2025-ci ilin yanvar ayından 2026-cı ilin yanvar ayınadək olan dövr ərzində avtobusu nəqliyyat vasitəsini idarə etmək üçün verilən etibarnamə əsasında idarə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsin dediyi hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəməyə təqdim edilmiş müxtəlif dövrləri əhatə edən ödəniş qəbzlərindən bütün ödəmələrin və ən əsası Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilmiş “fərqlənmə nişanı” qəbzlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yox, X1 tərəfindən həyata keçirildiyi məlum olur. Qeyd olunan halları əsas götürərək məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-96)-898/2026 qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunverciliyin tələblərinə uyğun olaraq 500 manat əldə edilmiş gəlirlə bağlı inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini və işin hallarını nəzərə alaraq əldə edilmiş gəlirin iki misli miqdarında cərimə edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əssən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, inzibati iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-96)-898/2026 qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 500 manat əldə edilmiş gəlirin iki misli miqdarında hesablanmaqla, yəni 1.000 (bir min) manat cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq, bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci mddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.5-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək, 12.000 (on iki min) manat məbləğində inzibati cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-96)-898/2026 qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2117/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2117/2026
28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver