Məhkəmə qərarları › İş №3(3-6)-2120/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2120/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2120/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs – Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi barədə şikayəti ##.##.2026-cı il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə qəbul edilmiş ##.##.2026cı il tarixli EQ 34975188 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və səlahiyyətli orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən natamam ve səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam ve obyektiv araşdırılmasına manə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli sayılmasına dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 İdarasi tərəfindən qəbul edilmiş ##.##.2026-CI il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Hakim qərarda göstərmişdir ki, məhkəmə iclasının vaxtı və yeri bərədə qararından şikayət verilən orqana malumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Lakin bu nəticə prosessual qanunvericiliyin tələblərinə tam uyğun əsaslandırılmamışdır. Mübahisələndirilən qərarda məhkəmə nümayəndənin gelməməsinin səbəblərini araşdırdığına, həmin səbəbləri qiymətləndirdiyinə və işə onun iştirakı olmadan baxılmasının hansı əsaslarla mümkün hesab edildiyinə dair heç bir hüquqi əsaslandırma vərməmişdir. Hakim qərarda hansı konkret sübutların natamam araşdırıldığı, hansı prosessual hərəkətlərin həyata keçirilmədiyi və bunun qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuniliyinə hansı şəkildə təsir etdiyi göstərilməmişdir. Eyni zamanda, hakim inzibati xətanın törədilməsinin "aşkar surətdə görünmədiyi" qənaətinə gəlsə də, bu qənaətin hansı sübutların təhlili nəticəsində formalaşdığını, mövcud sübutların hansı hissəsinin etibarsız hesab edildiyini və hansı səbəbdən inzibati orqanın topladığı materialların sübutetmə qabiliyyətini itirdiyini əsaslandırmamışdır. Belə əsaslandırmanın olmaması məhkəmə qərarının motivləndirilməsi ilə bağlı prosessual tələblərə uyğun gəlmir. Bundan əlavə, əgər hakim mövcud sübutları işin düzgün həlli üçün kifayət hesab etmirdisə, prosessual qanunvericiliyin verdiyi səlahiyyətlərdən istifadə etməklə əlavə sübutların tələb olunması və ya digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi məsələsini həll etməli idi. Lakin məhkəmə belə tədbirlər görmədən yalnız ehtimallara əsaslanaraq inzibati orqanın qərarının əsassız olması nəticəsinə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin hadisənin kifayət qədər araşdırılmaması, şəxsin təqsirinin sübuta yetirilməməsi və inzibati orqanın qərarının əsassız olması barədə nəticələri iş materialları ilə təsdiq olunmur və mövcud sübutların tam, obyektiv və hərtərəfli qiymətləndirilməsinə əsaslanmır. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və səlahiyyətli orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, sonuncunun İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə qərar qəbul edərkən yalnız buna əsaslanmışdır ki, inzibati araşdırma natamam aparılmışdır. Məhkəmə, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmir. İXM-in 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, Zivərbəy Əhmədbəyov və Salatın Əsgərov küçələrinin kəsişməsi ##.##.2026-cı il tarixində, saat 18:00:23-də Mercedes Benz G55 minik markalı **DP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Qərardan şikayət verən orqan (şəxs) 327.1- 1, 5.9, 5.10.1 – 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığına, səlahiyyətli vəzifəli şəxsin inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən natamam və səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etdiyinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna dair yekun qənaətə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) Zivərbəy Əhmədbəyov və Salatın Əsgərov küçələrinin kəsişməsi ##.##.2026-cı il tarixində, saat 18:00:23-də Mercedes Benz G55 minik markalı **DP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Qərardan şikayət verən orqan (şəxs) 327.1- 1, 5.9, 5.10.1 – 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə dair fakt ərazidə olan xüsusi texniki vasitə ilə aşkar edilərək BDYPİ-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya edilərək ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından verilmiş şikayətlə razılaşaraq qeyd edir ki, səlahiyyətli orqan tərəfindən təqdim edilmiş videogörüntüdən müəyyən edilir ki, Mercedes Benz G55 minik markalı **DP*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtobus zolağından düz xətt üzərindən yolun digər zolağına keçmə əməliyyatı həyata keçirir. Bu hal da Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsini müəyyən etməyə kifayət edir. İXM-in 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 76-cı maddəsinə əsasən. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və rşin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 133.2.8-ci maddəsinə əsasəninzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında qərar qəbul edən orqan tərəfindən apellyasiya şikayətində istinad edilmiş dəlillər şikayətin təmin olunması üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İXM-nin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar