Məhkəmə qərarları › İş №3(3-6)-2121/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2121/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2121/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi nümayəndə1 iştirakı ilə, "xxxx" ŞIRKƏTININ AZƏRBAYCAN RESPUBLIKASINDAKI "FRANKLIN OFFOR KASPIAN LTD." Nümayəndəliyinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan 11047.58 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 2.209,516 Avro– yəni 4.419,91 (dörd min dörd yüz on doqquz manat doxsan bir qəpik) AZN (qərar qəbul edilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından hüquqi şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim X2) ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə "xxxx" ŞIRKƏTININ AZƏRBAYCAN RESPUBLIKASINDAKI "FRANKLIN OFFOR KASPIAN LTD." Nümayəndəliyinin (VÖEN **********) əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olduğuna görə "xxxx" ŞIRKƏTININ AZƏRBAYCAN RESPUBLIKASINDAKI "FRANKLIN OFFOR KASPIAN LTD." Nümayəndəliyinin (VÖEN **********) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 11047.58 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 2.209,516 Avro– yəni 4.419,91 (dörd min dörd yüz on doqquz manat doxsan bir qəpik) AZN (qərar qəbul edilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə edilmişdir. Işin halları: Protokol tərtib edən orqanlar tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən "xxxx" ŞIRKƏTININ AZƏRBAYCAN RESPUBLIKASINDAKI "FRANKLIN OFFOR KASPIAN LTD." Nümayəndəliyinin (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Iş materiallarında olan ## #### 2026-cı il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ŞIRKƏTININ AZƏRBAYCAN RESPUBLIKASINDAKI "FRANKLIN OFFOR KASPIAN LTD." Nümayəndəliyi 11047.58 Avro məbləğində vəsaiti ## ###### 2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11047.58 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Həmin qərardan hüquqi şəxsin nümayəndəsi nümayəndə1 apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, daha əvvəl Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ##.##.2026-cı il tarixli EP ******* nömrəli Protokolla məhkəməyə müraciət edilmiş, Protokolda Nümayəndəlik tərəfindən ##.##.2024-cü il tarixində avans qaydasında 11047.58 Avro məbləğində vəsaitin X1 Şirkətinə (Isveç krallığı) köçürüldüyü lakin mallar ölkə ərazisinə gətirilmədiyi qeyd olunmuşdur. Həmin protokol üzrə Bakı şəhər Səbail rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı “FRANKLIN OFFŞOR KASPIAN LTD.” Nümayəndəliyinin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibinin olmadığı müəyyən edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardan apellyasiya şikayəti verilməmişdir. Həmin qərarda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sözügedən mallar Dövlət Sərhəd Xidmətinin sifarişi əsasında ölkəyə gətirilmiş hərbi təyinatlı və dövlət sirri təşkil edən məhsullar olmuş, onların gömrük rəsmiləşdirilməsi birbaşa Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş və nəticə etibarilə nümayəndəliyin əməlində hər hansı inzibati xəta tərkibi mövcud olmamışdır. Daha sonra isə Mərkəzi Bank tərəfindən eyni ödənişlə bağlı yenidən ##.##.2026-cı il tarixli EP ******* nömrəli Protokolla məhkəməyə müraciət edilmişdir. Bildiririk ki, hər iki Protokol eyni ödənişlə bağlı tərtib edilmişdir. Belə ki, hər iki Protokoldan görünür ki, Nümayəndəlik Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsi, Inzibati xətalar məcəlləsinin 7.2-ci maddəsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında eyni fakt üzrə hakimin qanuni qüvvəyə minmiş qərarı olduqda inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə 114.2-ci maddəyə əsasən xitam verilməlidir. Inzibati xətalar məcəlləsinin 7.2-ci maddəsinə görə, Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Eyni zamanda Insan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına əlavə * saylı Protokolun 4-cü maddəsində təsbit olunmuş “non bis in idem” prinsipinə əsasən, eyni əmələ görə şəxsin təkrar təqib və cəzalandırılması yolverilməzdir. Hazırkı halda isə birinci instansiya məhkəməsi həmin normanın imperativ tələbini tətbiq etməmiş, artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğunu nəzərə almamış və nəticədə eyni fakt üzrə təkrar məsuliyyət tətbiq etmişdir. ##.##.2024-cü il tarixində avans qaydasında 11047.58 Avro məbləğində vəsait X1 Şirkətinə (Isveç krallığı) Bank Respublika vasitəsilə köçürülmüşdür. Ödənişin bütün məlumatları tam eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi nümayəndə1 şikayətin təmin edilməsini, qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini bildirmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 şikayətin təmin edilib iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə MMC-nin nümayəndəsinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olması qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında iş üzrə hüquqi şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iş materiallarından görünür ki, "xxxx" ŞIRKƏTININ AZƏRBAYCAN RESPUBLIKASINDAKI "FRANKLIN OFFOR KASPIAN LTD." Nümayəndəliyinin 11047.58 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından ## ###### 2024-cü il tarixində Azərbaycan Respublikasından avans olaraq ölkə xaricinə köçürmüşdür. IXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 ## ###### 2020-ci il tarixli **/* saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin 2016-cı il ## ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. Apellyasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından görünür ki, "xxxx" ŞIRKƏTININ AZƏRBAYCAN RESPUBLIKASINDAKI "FRANKLIN OFFŞOR KASPIAN LTD." Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ŞIRKƏTININ AZƏRBAYCAN RESPUBLIKASINDAKI "FRANKLIN OFFŞOR KASPIAN LTD." Nümayəndəliyi 11047.58 Avro məbləğində xarici valyutada olan vəsaiti Bank hesabından ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, 11047.58 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta ## ###### 2026-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. şə baxılması zamanı Döv lət Sərhəd Xidməti tərəfindən məhkəməyə ##.##.2025-ci il tarixli, 3-38/9- *-****/** saylı məktub təqdim edilmiş və həmin məktubda bildirilmişdir ki, Nümayəndəlik ilə ##.##.2023-cü il tarixində satınalma müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında “X1” şirkəti ilə 01,08.2023-cü il tarixli əlavə müqavilə imzalanmış, nəticədə ümumi dəyəri 207 922 avro olan mallar ölkə ərazisinə idxal edilmişdir. Sözügedən malların gömrük rəsmiləşdirilməsi isə Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmişdir. Məhkəməyə təqdim edilmiş materiallar əsasında müəyyən edilmişdir ki, inzibati xəta tərkibi mövcud deyildir. Bu səbəbdən də məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə ##.##.2025 tarixli *(***)-****/**** saylı Qərar qəbul edilmişdir. Bundan əlavə, eyni predmet üzrə hakim Şəhla Süleymanovanın icraatında da Inzibati Xətalar Məcəlləsinin 430.4-cii maddəsi iizrə 3(009)-3 ***/**** saylı işə baxılmış, təqdim olunmuş materiallar əsasında inzibati xəta tərkibinin mövcud olmadığı müəyyən edilmiş və ##.##.2025-ci il tarixli qərarla iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, hazırki köçürmə ilə bağlı səlahiyyətli orqan tərəfindən 2 dəfə protokol tərtib edilmişdir və eyni inzibati ilə bağlı artıq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. IXM-in; 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hüquqi şəxsin IXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, MMC barəsində IXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş ## #### 2026-cı il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ŞIRKƏTININ AZƏRBAYCAN RESPUBLIKASINDAKI "FRANKLIN OFFOR KASPIAN LTD." Nümayəndəliyinin nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilsin. "xxxx" ŞIRKƏTININ AZƏRBAYCAN RESPUBLIKASINDAKI "FRANKLIN OFFOR KASPIAN LTD." Nümayəndəliyinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan 11047.58 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 2.209,516 Avro– yəni 4.419,91 (dörd min dörd yüz on doqquz manat doxsan bir qəpik) AZN (qərar qəbul edilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin və IXM-in 53.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata ilə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar