Məhkəmə qərarları › İş №3(3-6)-2123/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2123/2026

17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2123/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Tələbkar Zərərçəkmiş şəxs İsa oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından tələbkar Zərərçəkmiş şəxs İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** saylı, ## #### 2025-ci il tarixli icra sənədinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs İsa oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun ## #### 2025-ci il tarixli, *i-**** saylı icra qeydinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs İsa oğlunun xeyrinə 20025 manat pul vəsaitinintutulması barədə icra sənədi mövcuddur. Həmin icra sənədinin icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüş, borcluya icra sənədinin könüllü icrası üçün müddət verilmiş, lakin borclu uzun müddət ərzində öhdəliyini tam həcmdə yerinə yetirməmişdir. Borclunun icra sənədinin tələblərini yerinə yetirməməsi səbəbindən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə borclunun əməkhaqqından məcburi tutulmalar aparılmasını və hissə-hissə ödəniş etməsini əsas götürərək onun əməlində inzibati xəta tərkibinin olmadığını hesab etmiş və iş üzrə icraata xitam vermişdir. Apellyasiya şikayəti verən şəxs həmin nəticə ilə razılaşmır. Belə ki, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, xüsusilə borclunun icradan qərəzli şəkildə yayınmasını göstərən sübutlara hüquqi qiymət verməmişdir. İş materiallarından görünür ki, borclunun barəsində polis orqanı tərəfindən məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Həmin tədbirdən sonra borclu 1000 manat məbləğində ödəniş edəcəyini bildirsə də sadəcə 800 manat ödəmiş, verdiyi vədi yerinə yetirməmişdir. Bu hal onun icra sənədinin tələblərini vicdanla yerinə yetirmək niyyətində olmadığını və icradan yayınmağa davam etdiyini göstərən mühüm sübutdur. Bundan əlavə, qeyd edilməlidir ki, borclunun icra sənədinin tələblərini yerinə yetirməkdən yayınması ilk dəfə baş verməmişdir. Belə ki, eyni icra sənədi üzrə əvvəllər də inzibati məsuliyyət məsələsinə baxılarkən iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatında olmuşdur. Həmin icraat zamanı borclunun icra sənədinin tələblərini uzun müddət icra etməməsi ilə əlaqədar Yasamal Rayon İcra Şöbəsi tərəfindən 05 noyabr2025-ci il tarixində borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Bundan sonra borclu borcun ödənilməsi məqsədilə özünə məxsus qarajı təqdim edəcəyini bildirərək öhdəlik götürmüş, lakin verdiyi vədə əməl etməmiş və borcun ödənilməsi istiqamətində hər hansı real tədbir görməmişdir. Bütün göstərilən hallar onu göstərir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin tələblərini könüllü surətdə yerinə yetirmək niyyətində olmamış, yalnız icra məmurları tərəfindən tətbiq edilən məcburetmə tədbirlərinin təsiri altında formal xarakter daşıyan hərəkətlər etmişdir. Borclu tərəfindən müxtəlif vaxtlarda verilən öhdəliklər və vədlər faktiki olaraq icra edilməmiş, yalnız icra tədbirlərinin qarşısını almağa yönəlmiş davranış nümayiş etdirilmişdir. Onun verdiyi vədləri davamlı olaraq yerinə yetirməməsi, öhdəliklərinin icrasını əsassız olaraq uzatması və yalnız məcburetmə tədbirlərindən sonra cüzi məbləğlər ödəməsi borcun könüllü şəkildə ödənilməsinə yönəlmiş real iradəsinin olmadığını, əksinə, icra sənədinin icrasından qərəzli surətdə yayındığını təsdiq edir. Bu hallar isə borclunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğunu bir daha təsdiq edir. Məhkəmə iclasında tələbkar apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında icra şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətlərinin dəlillərini araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** saylı, ##.##.2025-ci il tarixli icra qeydinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs İsa oğlunun xeyrinə 20025 manat məbləğində pul məbləğinin tutulması təklif edilmişdir. - ## #### 2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *i-**** saylı, ## #### 2025-ci il tarixli icra qeydi üzrə icraata başlanılmış və bununla bağlı ## ###### 2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin icrası üçün bildiriş təqdim olunmuşdur. - ödəniş tapşırıqlarından, həmçinin köçürmə ərizələrindən görünür ki, icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqından mütəmadi olaraq tutulmalar həyata keçirilmiş, ümumi olaraq 2000 manat məbləğində pul vəsaiti icra şöbəsinin depozit hesabında yığılmış, eyni zamanda şəxsin özü tərəfindən də sonuncu dəfə ## #### 2026-cı il tarixdə 500 və 300 manat olmaqla ümumilikdə 800 manat məbləğində ödənişlər zərərçəkmişin bank kartına köçürülmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icradan yayınması iş üzrə öz təsdiqini tapmadığından, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi müəyyən edilmir və bu səbəbdən həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iş matreiallarından aydın olur ki, iş üzrə borclunun icra sənədini üzrlü səbəblər olmadan icra etməməsi və ya qəsdən icra sənədinin icrasından yayınması faktı müəyyən edilmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün şəxsin qəsdən və üzrsüz səbəbdən icradan yayınması, yəni onun davranışında inzibati xəta tərkibinin bütün obyektiv və subyektiv əlamətlərinin mövcudluğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə müəyyən olunur ki, borclu məhkəmə qərarının icrasından imtina etməmiş, əksinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqından mütəmadi olaraq tutulmalar həyata keçirilərək 2000 manat məbləğində pul vəsaiti icra şöbəsinin depozit hesabında yığılmış, eyni zamanda şəxsin özü tərəfindən ## #### 2026cı il tarixdə 500 və 300 manat olmaqla ümumilikdə 800 manat məbləğində ödənişlər zərərçəkmişin bank kartına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi barəsində qəbul edilmiş qərar əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Tələbkar Zərərçəkmiş şəxs İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar