Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2125/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, LPO «xxxx» ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından LPO «xxxx» ASC-nin təsviyəçisi Tural İsmayılov tərəfindən verilmiş şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Yasamal RPİ tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, LPO «xxxx» ASC mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. LPO «xxxx» ASC-nin barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.M.Daşdəmirov) ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından görünür ki, «xxxx» ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, LPO «xxxx» ASC-nin direktoru təsviyəçisi Tural İsmayılov şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ****/**** saylı qərarının ləğv edilməsini və «xxxx» ASC-nin əməllərində inzibati xəta tərkibi olmadığına görə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli, tam va obyektiv surətdə qiymətləndirməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində məhkəməyə müvafiq ərizələr ilə müraciət olunaraq, iş üzrə materialların elektron-məhkəmə sisteminə vurulması xahiş edilmişdir. Lakin, buna baxmayaraq Yasamal rayon Məhkəməsi tərəfindən bu günə qədər də iş materialları sistemə vurulmamışdır. Buna görə inzibati xətaya dair işə münasibat hüquqi şəxs tərəfindən bildirilməmişdir. Yalnız ##.##.2026-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qərarı sistemə vurulduqdan sonra işin faktiki halları məlum olmuşdur. Yasamal Rayon Məhkəməsinin qərarı əsassızdır. Yasamal Rayon Dövlat Yol Polisi tərəfindən SX065608886AZ ştrix kodlu məktub ##.##.2026-ci il tarixində qəbul edilmişdir. Həmin məktuba ##.##.2026-ci il tarixli SS998926232AZ ştrix kodlu məktubla cavab verilmişdir və məktubun inzlənilməsi üçün azerpoçt.az saytında göndərişin izlənilməsinə dair müvafiq çıxarış qoşma hissəsinə əlavə olunmuşdur. Yəni qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində hüquqi şəxs tərəfindən sorğuya cavab verilmişdir və har hansı hüquqpozma halı olmamışdır. Apellyasiya baxışı zamanı «xxxx» ASC şikayətə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması və şikayətin təmin olunması haqqında məktubla müraciət etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, «xxxx» ASC-nin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə düzgün müəyyənləşdirmiş və inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğu nəzərə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, LPO «xxxx» ASC-nin direktoru tərəfindən verilmiş şikayətin dəlillərinin təsdiq olunmadığını qeyd edir və nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan məlumatları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Birinci və apellyasiya instansiya məhkəməsi zamanı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, «xxxx» ASC-nin nümayəndəsi məhkəmədə iştirak etməmiş, Bakı şəhəri Yasamal RPİ tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə inzibati xəta faktını təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ərizəyə əlavə edilmiş qəbzdən görünür ki, məktub Bakı şəhəri Yasamal RPİ deyil, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. İnzibati xəta haqqında iş üzrə icraat materialları və birinci instansiya məhkəməsinin qərarı ilə müqayisədə, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. İnzibati iş üzrə, inzibati orqan və birinci instansiya məhkəməsi tərəfindən prosessual qaydalara əməl olunmuş, qanun pozuntularına yol verilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və şikayətin dəlillərinə münasibətdə inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsaslar yoxdur. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun sayır və qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, «xxxx» ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2125/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2125/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver