Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2126/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs)nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs)nın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin qərarı tamamilə əsassız və qanunsuz olmaqla yanaşı, işin faktiki hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X4 İslam qızının müraciəti əsasında X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma çərçivəsində “xxxx” MMC tərəfindən tələb olunan bütün sənədlər (əmək müqavilələri, məzuniyyət əmrləri və ödəniş sənədləri) vaxtında və tam şəkildə müfəttişliyə təqdim edilmişdir. Müfəttişliyin ## ##### 2026-cı il tarixli bildirişindən sonra hələ inzibati xəta haqqında protokol tərtib olunmazdan əvvəl tərəflərindən daxili uçot proqramı və sənədləşmələr yoxlanılmışdır. Yoxlama zamanı bəzi illərdə (##.##.2014 və ##.##.2021-ci il tarixli əmrlərdə) proqram və hesablama sisteminin texniki xətası səbəbindən işçiyə müvafiq olaraq 3 və 12 təqvim günü əskik məzuniyyət haqqı hesablandığı aşkarlanmışdır. Müəssisə dərhal xoşniyyət nümayiş etdirərək inzibati xəta haqqmda protokoldan əvvəl — ## ##### 2026-cı il tarixində mövcud fərqi tam şəkildə işçinin bank kartı hesabına ödəmiş və təsdiqedici sənədləri ## ##### 2026-cı il tarixli məktubla regional şöbəyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən halların tam aydınlaşdırılması, proqram xətasının daxili xüsusiyyətlərinin və işçinin maddi tələbinin qalmamasının birbaşa təsdiqi məqsədilə tərəfimizdən sənədlər təqdim olunmuşdur, lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını birtərəfli qiymətləndirərək qanunsuz cərimə qərarını qüvvədə saxlamışdır. birinci instansiya məhkəməsi mübahisəli qərarı qəbul edərkən heç bir müstəqil hüquqi analiz aparmamış, tərəfimizdən təqdim edilən əsaslı dəlilləri (protokoldan əvvəl ödənişin edilməsi, texniki proqram xətası və s.) ümumiyyətlə araşdırmamışdır. Məhkəmə qərarının mətninə nəzər saldıqda aydın görünür ki, hakim işin hallarına fərdi qaydada yanaşmaq əvəzinə inzibati xəta haqqında protokolun məzmununu formallıq naminə eynilə köçürməklə (təkrarlamaqla) kifayətlənmiş və şikayəti əsassız olaraq rədd etmişdir. Protokolun bu cür kor-koranə təkrarlanması məhkəmə hakimiyyətinin müstəqilliyi və ədalətli mühakimə prinsipləri ilə daban-dabana ziddir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Buna baxmayaraq, hər bir inzibati xətanın mövcudluğu üçün onun həm obyektiv, həm də subyektiv tərəfinin tam tərkibi mütləqdir. Fərqin yaranması bilərəkdən işçinin hüquqlarını qəsdən pozmaq niyyəti ilə deyil, müəssisədə tətbiq olunan kompüter proqramı (lC/sistem uçotu) daxilində baş vermiş texniki xətanın nəticəsidir. İnzibati məsuliyyət yalnız şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində təqsirli olduğu halda yarana bilər. İşə götürənin heç bir qəsdi və ya qanunsuz niyyəti olmadığı, habelə aşkar olunmuş texniki uyğunsuzluq rəsmi yoxlamanın nəticəsi və protokol tərtibi gözlənilmədən dərhal könüllü qaydada aradan qaldırıldığı üçün burada inzibati xəta tərkibinin subyektiv tərəfi (təqsir) mövcud deyildir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliyə uyğun məlumatlandırılmış Qərardan şikayət verən orqan (şəxs) iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdiirlməsi mükün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfin çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin şirkətə ünvanlanan icrası məcbur gödtərişdən görünür ki, ünvan 1 ünvanında yaşayan Qasımova Elnarə islam qızı tərəfindən son haqq-hesabının düzgün hesablanmaması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı Mərkzinə” daxil olmuş müraciətə Nazirlik yanında X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsində baxılmışdır. "xxxx” MMC rəhbərliyinin X3 Xidmətinin Lənkəran- Astara regional şöbəsinə təqdim etdiyi ##.##.2026-cı il tarixli *** nömrəli məktubuna, moktuba əlavə edilmiş ç»n©ciierə və Əmək və Əhaiinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən müəyyən edildi ki, "xxxx” MMC-nin işəgötürəni ilə Qasımova Elnarə islam qızı arasında ##.##.2012-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən, o, mağaza meneceri vəzifəsinə qəbul edilmiş və işəgötürənin ##.##.2026-ci il tarixli k-*** nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir. E.Qasımovaya işlədiyi dövrdə işəgötürənin ##.##.2014cü il tarixli K-*** nömrəli əmri ilə ##.##.2012-##.##.2013- cü iş ilinə 21 təqvim günü, ##.##.2014-cü il tarixli K-**** nömrəli əmri ilə ##.##.2013- ##.##.2014-cü iş ilinə görə 21 təqvim günü, ##.##.2015-ci il tarixli K-*** nömrəli əmri ilə ##.##.2014-##.##.2015-cü iş ilinə görə 30 təqvim günü, ##.##.2016-cı il tarixli K-**** nömrəli əmri ilə ##.##.2015-##.##.2016cı iş ilinə görə 32 təqvim günü, ##.##.2017-ci il tarixli K-**** nömrəli əmri ilə ##.##.2016- ##.##.2017-ci iş ilinə görə 34 təqvim günü, ##.##.2018- ci il tarixli K-**** nömrəli əmri ilə ##.##.2017- ##.##.2018- ci iş ilinə görə 34 təqvim günü, ##.##.2019-cü il tarixli K-**** nömrəli əmri ilə ##.##.2018- ##.##.2019-cu iş ilinə görə 34 təqvim günü, ##.##.2020-ci il tarixli K-**** nömrəli əmri ilə ##.##.2019-##.##.2020-ci iş ilinə görə 34 təqvim günü, ##.##.2021 -ci il tarixli K-**** nömrəli əmri ilə ##.##.2020-##.##.2021- ci iş ilinə görə 36 təqvim günü, ##.##.2022-ci il tarixli K-**** nömrəli əmri ilə ##.##.2021- ##.##.2022-ci iş ilinə görə 34 təqvim günü, ##.##.2023-cü il tarixli K-**** nömrəli əmri ilə ##.##.2022-##.##.2023cü iş ilinə görə 34 təqvim günü, ##.##.2024-cü il tarixli K-**** nömrəli əmri ilə ##.##.2023- ##.##.2024-cü iş ilinə görə 34 təqvim günü və ##.##.2025-ci il tarixli K-**** nömrəli əmri ilə ##.##.2024-##.##.2025-ci iş ilinə görə 36 təqvim günü əmək məzuniyyəti verilmişdir. E.Qasımovanın əmək müqaviləsinə xitam verilərkən işəgötürən ona ##.##.2025-ci tarixindən ##.##.2026-cı il tarixinədək istifadə etmədiyi 21 təqvim gününə görə 449.01 manat pul əvəzini və 108.33 manat əmək haqqısını ##.##.2026-cı il tarixində bank kartı hesabına köçürmüşdür. E.Qasımova ilə bağlanmış əmək müqaviləsində əsas məzuniyyətinin müddəti 30 təqvim günü müəyyən edildiyi halda işəgötürən ona ##.##.2014cü il tarixli K-*** nömrəli əmri ilə 21 təqvim günü məzuniyyət vermiş, lakin ona 18 təqvim gününə görə məzuniyyət haqqı hesablamışdır. İşəgötürənin ##.##.2014-cü il tarixli K-**** nömrəli əmri ilə ona 21 təqvim günü məzuniyyət verilmişdir. İşəgötürənin ##.##.2021-ci il tarixli K-**** nömrəli əmri ilə ona 36 təqvim günü məzuniyyət vermiş, lakin 24 təqvim gününə görə məzuliyyət haqqı hesablamışdır. İşəgötürən özünün ##.##.2014-cü il tarixli K*** nömrəli, ##.##.2014-cü il tarixli K- **** nömrəli və ##.##.2021 -ci il tarixli K-**** nömrəli əmri E.Qasımovaya verilən məzuniyyət günlərini düzgün müəyyən etməmiş və məzuniyyət haqqı hesablayarkən məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqısı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırmamışdır. İşəgötürən tərəfindən E.Qasımivanın əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin, 140-cı maddəsinin 1 -ci, 3-cü və 7-ci hissələrinin, 144-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq son haqq-hesabının düzgün hesablamaması halı İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Bu halların "xxxx” MMCnin işəgötürəni kimi Sizin vəzifə funksiyalarınıza aid olduğundan inzibati məsuliyyətə cəlb olunmağınız məqsədi ilə barənizdə ##.##.2026- ci il tarixində tərtib olunmuş MN ******* nömrəli “inzibati xəta haqqında” Protokol əsasən Siz, ##.##.2026-cı il tarixli MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” Qərarla inzibati cərimə olumuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən işəgötürən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4- cü bəndinin, 140-cı maddəsinin 1-ci, 3-cü və 7-ci hissəsinin, 144-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq Qasımova Elnarə İslam qızının haqhesabını düzgün hesablamamışdır. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə təqsirli bilinməklə onun barəsində 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, , Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan Qərardan şikayət verən orqan (şəxs)nın verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilir ki, İşəgötürən işçiyə verilən məzuniyyət günlərini düzgün müəyyən edilməməsi və məzuniyyət haqqı hesablayarkən məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqısı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırması faktı öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin dəlillərinə isə iznibati xətanı istisna edən hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilərində inzibati xətanı istisna edən hər hansı bir sübut əlavə edilməmişdir. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında ## ##### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 4-cü bəndi əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 140-cı maddəsinin 1-ci hissəsi məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur. 140-cı maddəsinin 3-ci hissəsi Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4- ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyənedilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 140-cı maddəsinin 7-ci hissəsi Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. 144-cü maddəsinin 2-ci hissəsi Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. 172-ci maddəsinin 4-cü hissəsi İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, şikayətçi Qərardan şikayət verən orqan (şəxs)nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs)nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2126/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2126/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver