Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2127/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı «inzibati tənbeh vermə haqqında» qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar verilmiş və o, 1250 (min iki yüz əlli manat) AZN məbləğində inzibati qaydada cərimələnmişdir. Qərarda qeyd olunur ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinə görə orta aylıq əmək haqqısı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılmaması halı müəyyən olunmuşdur. Sözügedən qərarın əsassız olduğunu hesab edir və aşağıdakı faktları nəzərinizə çatdıraraq qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ###### tarixli *** nömrəli qərarına əsasən, əmsallaşdırma yalnız müəssisə üzrə tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldığı halda tətbiq edilir. “xxxx” MMC tərəfindən Lənkən -Astara regional şöbəsi tərəfindən ünvanlanmış sorğuya cavab olaraq təqdim edilmiş ##.##.2026-cı il tariixli *** nömrəli məktubda da açıq şəkildə bildirilmişdir ki, ##.##.2025- ##.##.2025-ci il dövrü ərzində şirkət əməkdaşlarının əmək haqlarına münasibətdə şirkət tərəfindən kütləvi artım tətbiq olunmamışdır. Regional şöbə tərəfindən elektron sistemdəki (ƏMAS) texniki fıltr göstəricilərini (səhifədə 500 nəfərin görünməsi) kütləvi artım kimi qiymətləndirməsi birbaşa texniki xəta ilə əlaqədardır. Belə ki, Müfəttişliyin əməkdaşı fıltrdən istifadə zamanı səhifədə yalnız 500 (beş yüz) nəfərin adının görünməsini əsas gətirərək kütləvi əmək haqqı artımının olduğunu bildirsə də, sonradan Cəmiyyətin əməkdaşları ilə əməkdaş arasında məsələnin müzakirəsi zamanı müəssisədə ümumilikdə 2000-dən (iki mindən) artıq işçinin çalışdığı orun diqqətinə çatdırılmış, o isə fıltr zamanı digər səhifələrə keçid etməyini (bir səhifədə maksimum 500 əməkdaşın adı göründüyü üçün ümumilikdə 5 səhifə var) etiraf etmişdir. Işçinin məzuniyyət dövründə maaş dəyişikliyi: Araşdırma zamanı məlum olmuşdur ki, Şahin Əsgərzadə ##.##.2025-##.##.2025 dövründə məzuniyyətdə olarkən onun vəzifə maaşı 650 (altı yüz əlli manat) AZN olmuşdur. Qanunvericiliyə əsasən, işçi məzuniyyətdə olduğu dövrdə onun vəzifə maaşının dəyişdirilməsi hüquqi baxımdan əsassızdır və bu fərdi dəyişiklik müəssisə üzrə kütləvi maaş artımı kimi tövsif edilə bilməz. Icrası məcburi göstərişə əməl olunması: Müəssisə olaraq qərarın hüquqi tərəfi ilə razılaşmasaq da, Lənkəran-Astara regional şöbəsi tərəfindən ## #### 2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubla şirkətə göndərilmiş icrası məcburi göstərişə tərəfindən əməl olunmuşdur. Belə ki, işçinin mənafeləri üstün tutularaq tərəfindən yenidən hesablanma aparılmış və tələb olunan məbləğ artıq əməkdaşa ödənilmişdir. Buna baxmayaraq, yanlış kütləvi artım iddiası ilə cərimə tətbiqi işəgötürən olaraq onun işgüzar nüfuzuna ciddi xələl gətirir. Hesab edir ki, ## #### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qeyd etdiyi əsaslara görə də qanuni və əsaslı olmadığından ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayət təmin edilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək qərarın ləğv olunması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, “xxxx” MMC tərəfindən X6 Xidmətinə təqdim edilmiş ##.##.2026-cı il tarixli, *** nömrəli rəsmi məktubda da açıq şəkildə bildirilmişdir ki, mübahisələndirilən dövrdə (##.##.2025-##.##.2025) şirkət üzrə hər hansı kütləvi əməkhaqqı artımı baş verməmişdir. Inzibati orqanın (müfəttişliyin) “kütləvi artım” iddiası ƏMAS (Əmək və X1) proqramındakı texniki filtr məhdudiyyətindən qaynaqlanır. Belə ki, sistemdə bir səhifədə maksimum 500 nəfərin adı göründüyü üçün müfəttiş digər səhifələrə keçid etmədən cəmiyyətdə çalışan 2000-dən artıq işçini nəzərə almadan yanlış vizual nəticəyə gəlmiş və bunu kütləvi artım kimi tövsif etmişdir. Bu səbəbdən barəmdə IXM-nin 192.4-cü maddəsi ilə xəta tərkibi mövcud deyil. Qeyd olunan cərimə və göstərişin hüquqi əsası ilə razılaşmasa da, işçinin mənafeyini nəzərə alaraq Lənkəran-Astara regional şöbəsinin tələb etdiyi təkrar hesablama dərhal həyata keçirilmiş və müvafiq məbləğ tam şəkildə işçinin hesabına ödənmişdir. Təsdiqedici sənədlər məhkəməyə təqdim edilsə də, birinci instansiya məhkəməsi xətanın nəticələrinin könüllü aradan qaldırılması faktına heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə baxış iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə prosesinə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in tələblərinə uyğun olaraq şikayətin əsaslandığı halları ətraflı tədqiq etməklə və şikayəti təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, məhkəmənin qərarından verilmiş apellyasiya şikayətinin əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Iş materiallarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən işəgötürən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinin, 140-cı maddəsinin 7-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq X2 əmək müqaviləsinə xitam verən zaman ona istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış pul əvəzinin əmsallaşdırılmamışdır. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinməklə onun barəsində 1250 (bir min iki yüz əlli ) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Iş materiallarında olan X2 Əmək Müfəttişliyinə ünvanlanmış ərizədən görünür ki, 22.01.20226-cı il tarixinə kimi Madeyra mebel Babək filialında mağaza meneceri vəzifəsini icra etmişdir. Lakin ##.##.2026-cı il tarixində onun vəzifəsinə başqa şəxs təyin edilmişdir və mağaza ondan təhvil alınmışdır. Lakin xxxx MMC onu rəsmi şəkildə işdən azad etməyib, hazırda onların rəsmi işçici sayılır. xxxx MMC onu eyni vəzifə ilə başqa mağazaya təyin etməmiş və əsassız səbəbə görə aşağı vəzifə icra etməsini istəmişlər. Eyni zamanda maliyyə şöbəsi kompensasiyanı ödəməkdən imtina etdilər tələb edir ki, ya onu eyni vəzifə ilə başqa bir filialda işə təyin etsinlər, ya da kompensasiya ödənilsin. Apellyasiya baxışı zamanı şahid X4 izahatında göstərmişdir ki, Araşdırma zamanı məlum olmuşdur ki, Şahin Əsgərzadə ##.##.2025-##.##.2025 dövründə məzuniyyətdə olarkən onun vəzifə maaşı 650 (altı yüz əlli manat) AZN olmuşdur. Qanunvericiliyə əsasən, işçi məzuniyyətdə olduğu dövrdə onun vəzifə maaşının dəyişdirilməsi hüquqi baxımdan əsassızdır və bu fərdi dəyişiklik müəssisə üzrə kütləvi maaş artımı kimi tövsif edilə bilməz. Icrası məcburi göstərişə əməl olunması: Müəssisə olaraq qərarın hüquqi tərəfi ilə razılaşmasaq da, Lənkəran-Astara regional şöbəsi tərəfindən ## #### 2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubla şirkətə göndərilmiş icrası məcburi göstərişə tərəfindən əməl olunmuşdur. Belə ki, işçinin mənafeləri üstün tutularaq tərəfindən yenidən hesablanma aparılmış və tələb olunan məbləğ artıq əməkdaşa ödənilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Şikayətin dəlili qismində qeyd edilmişdir ki, məzuniyyətin əmsallaşdırılması yalnız müəssisə üzrə tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldığı halda tətbiq edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına * nömrəli əlavə Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması QAYDASI-na görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır: (ƏN1 x Ə1 + ƏN2 x Ə2+ ...) + ƏN Orta aylıq əmək haqqı = N Burada ƏN1, ƏN2... -tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artırmadan əvvəlki ayrı-ayrı artım dövrələrində işçinin əmək haqqının cəmi; ƏN-tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi; Ə1, Ə2...-son kütləvi artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təshih əmsalları; N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı. Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır. Göründüyü kimi, şikayətin dəlilləri əsaslı deyildir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin şikayətçi Qərardan şikayət verən orqan (şəxs)nın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2127/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2127/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver