Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2128/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin ##.##.2026-cı il tarixli, MN №******* nömrəli qərarının təqsirliliyi sübuta yetirilmədiyindən ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin ##.##.2026-cı il tarixli, MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin ##.##.2026-cı il tarixli, MN №******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin ##.##.2026-cı il tarixli, MN №******* nömrəli qərarının surətini dəfələrlə müraciətindən sonra ## ### 2026-cı il tarixdə əldə etmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə çağırılması ilə bağlı ona heç bir bildiriş gəlməmiş, zəng olunmamış, hər hansı rəsmi çağırış olmamışdır. Hesab edir ki, heç bir məlumat verilmədən barəsində cərimə qərarı qəbul oluna bilməz. Qeyd etdiyi halları nəzərə alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN №******* nömrəli qərarın əsassız hesab edilərək ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarına əsasən şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin ##.##.2026-cı il tarixli, MN №******* nömrəli qərarı təqsirliliyi sübuta yetirilmədiyindən ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çağırışçı Qərardan şikayət verən orqan (şəxs) sağlamlıq vəziyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli qərarına əsasən “A” həqiqi hərbi xidmətə yararlı olaraq şəhadətləndirilmişdir. İddiaçı qismində ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Prezidentinin ##.##.2025-ci il tarixli Sərəncamına əsasən müddətli həqiq hərbi xidmətə göndərilməsi üçün Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə dəvət olunmuş, lakin çağırışçı, Altınbaş Kıbrıs Üniversitetində doktorantura pilləsində əyani təhsil aldığını bildirərək bununla bağlı müvafiq arayış təqdim etmişdir. Təhsil haqqında qanunun 13-cü maddəsində Azərbaycan Respublikasında əyani, qiyabi, distant(məsafədən) və sərbəst(eksternat) təhsilalma formaları müəyyən edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası qanunu”nun 21.1.7-ci maddəsinə əsasən ali təhsil müəssisəsinin doktorantura pilləsində əyani təhsil alan tələbələrə təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2010-cu il tarixli *** nömrəli qərarının 1.4-cü bəndinə əsasən doktoranturada təhsil alma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formaları üzrə həyata keçirilir. Çağırışçı, Altınbaş Kıbrıs Üniversitetində doktorantura pilləsində əyani təhsilalma formasında arayış təqdim etməsinə baxmayaraq, eyni zamanda Qaradağ rayonu Lökbatan qəsəbəsi ŞTQ ünvan 1 km ünvanında yerləşən “İMAQRO MMC” şirkətində bölmə rəhbəri olaraq işlədiyi müəyyən olunmuş və müvafiq qanunvericiliyin tələblərini pozduğu üçün Suraxanı rayon çağırış komissiyası tərəfindən təhsil alması ilə bağlı çağırışdan möhlət verilməmişdir. Çağırışçı Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliyin tələbləri izah olunaraq təhsil alması ilə bağlı möhlət verilməsinin mümkün olmadığı və 2026-cı ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün Xidmətin Suraxanı rayon idarəsinə gəlməsinin zəruriliyi tərəfimizdən izah olunmuşdur. Buna baxmayaraq çağırışçı həqiqi hərbi xidmətə getməkdən boyun qaçırmış, törətdiyi əmələ görə Xidmətin Suraxanı rayon idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsininə əsasən 500 (beş yüz) manat məbləğində cərimə edilmiş və barəsində toplanmış material əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə Rayon Prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, çağırışçı Qərardan şikayət verən orqan (şəxs) hərbi xidmətə getmək üçün komissiyadan sağlam çıxmışdır. Onu dəvət etdilər, birinci çağırışa gəlmişdir və sənəd təqdim edərək Altınbaş Kıbrıs Üniversitetində doktorantura pilləsində əyani təhsil aldığını bildirmişdir. Lakin Nazirlər Kabinetinin *** nömrəli qərarına əsasən Azərbaycan Respublikasında doktorantura təhsili alan şəxslər rəsmi işdə işləməli deyillər. Bu səbəbdən yenə çağırdılar, lakin gəlməkdən boyun qaçırdı, bu səbəbdən AR İXM-nin 606.3-cü maddəsi ilə cərimə edilmişdir. Məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Sədrlik edənin s/c olaraq nümayəndəsi bildirdi ki, şəxsin dəvət olunması ilə bağlı Sms göndərmişlər və telefonla çağırmışlar, başqa sənədlər mövcud deyildir. Verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə icraata xitam vermişdir. Belə ki, iş materiallarında olan sənəddən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdən etibarən Altınbaş Kıbrıs Universitetinin tələbəsidir. İş materiallarında olan sənəddən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsi ##.##.2021-ci il tarixdə Suraxanı rayon HHK tərəfindən xəstəliklər cədvəlinin 2 qrafasının 68 C maddəsinə əsasən (AR NK-nın ##.##.2008-ci il tarixli, *** №-li qərarı) ilə ona məxsus hərbi biletin 15-ci səhifəsində dinc dövründə yararsız, müharibə dövrü məhdud yararlı qeyd edərək möhürlə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Qeyd: 1. Bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən hərbi vəzifə – qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı (o cümlədən tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi), çağırış üzrə və könüllü hərbi xidmət keçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. Həmin Qanunun 2-ci maddəsinə əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdır. Həmin Qanuna əsasən çağırış vərəqəsi – vətəndaşların hərbi vəzifələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə (poçt rabitəsi, elektron poçt və ya şəxsən təqdim olunmaqla) məlumatlandırılmasını nəzərdə tutan rəsmi sənəddir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin vəzifəli şəxsi tərəfindən qərar qəbul edilərkən çağırışın hansı formada icra olunması, hansı rəsmi sənəd əsasında Qərardan şikayət verən orqan (şəxs) məlumatlandırılmasına dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin ##.##.2026-cı il tarixli, MN №******* nömrəli qərarında Qərardan şikayət verən orqan (şəxs) çağırışdan hansı qaydada yayınması qeyd olunmamış, təqsirliliyi sübuta yetirilmədən İXM-nin 606.3-cü maddəsi ilə 500 manat cərimə olunmuşdur. Belə olduğu halda, qəbul olunmuş ##.##.2026-cı il tarixli, MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, hazırkı işin hallarından vətəndaş Qərardan şikayət verən orqan (şəxs) hərbi çağırışa dəvət edilməsi barədə məlumatlandırılması iş materillarınla müəyyən edilmir, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında da çağırışçı Qərardan şikayət verən orqan (şəxs) rəsmi qaydada dəvət edilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin tərkibinin olmaması qənaəti razılaşaraq bu qərardan fərqli qərar qəbul edilməsi üçün əsas görmür. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Odur ki, hesab edirəm ki, apellyasiya qaydasında verilmiş şikayət əsasssız olduğundan təmin edilməməli, sözügedən inzibati xəta haqqında iş üzrə ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin ##.##.2026-cı il tarixli, MN №******* nömrəli qərarının təqsirliliyi sübuta yetirilmədiyindən ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2128/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2128/2026
17.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver