Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2129/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMCnin nümayəndəsi (vəkili) nümayəndə1 iştirakı ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 215.4-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan 6.000 (altı min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri ilə nəzərə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X3 Şəxsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ## ### 2026-cı il tarixdə, saat 16:00-da ünvan 1 qapı 8 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus müəssisədə keçirilən plandankənar yoxlama zamanı kosmetoloji iş üzrə sertifikatın tibb fəaliyyətinə buraxılması və yararlılıq müddəti bitmiş dərman vasitələri aşkar edilmişdir. Nəticədə hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 215.4-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan 6.000 (altı min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və "BRİGHTALİVE" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən ## ### 2026-cı il tarixində Bakı şəhəri, ünvan 2 qapı 8 ünvanında yerləşən, barəsində inzibati xəta haqqında iş üzrə qərar verilmiş “BRİGHTALİVE” MMC-yə məxsus obyektdə plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlama zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyi iddia olunaraq ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra bu protokol Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilərək “BRİGHTALİVE” MMC-yə qarşı inzibati xəta haqqında icraat başladılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar verilmiş tərəfin nümayəndəsi məhkəmə baxışında yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun imperativ, prosessual tələblərinə zidd həyata keçirildiyini, bunun nəticəsində əldə edilmiş sübutların İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsi əsasında yolverilməz olduğunu əsaslandıraraq icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi isə bunu nəzərə almadan, ##.##.2026-cı il tarixli qərarı ilə “BRİGHTALİVE” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 221.1 və 215.4-cü maddələri ilə təqsirli bilmiş və 34.3-cü maddəyə əsasən 215.4-cü maddə üzrə nəzərdə tutulan 6.000 (altı min) manat cərimə tənbeh tədbiri tətbiq etmişdir. Birinci instansiya məhkəməsi tərəflərindən irəli sürülmüş prosedur pozuntusu iddiasını mahiyyəti üzrə araşdırmamış və qiymətləndirməmişdir. Məhkəmə yalnız iş üzrə maddi-hüquqi məsələlərə diqqət yetirərək sübutların əldə edilmə qanuniliyi məsələsinə toxunmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra “Yoxlamalar haqqında Qanun”) 17-ci maddəsinə əsasən, yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Bu maddə qərarda əks etdirilməli məsələləri dəqiq şəkildə göstərmişdir: 1. Qanunun 17.2.9-cu maddəsinə əsasən, plandankənar yoxlama aparılacaqsa, yoxlamanın aparılması haqqında qərarda Qanunun 16.1-ci maddəsində göstərilmiş hala istinad edilməlidir. 16-cı maddə plandankənar yoxlamanın əsasını təşkil edə biləcək halların əhatə dairəsini müəyyənləşdirmişdir. 2. Qanunun 17.2.9cu maddəsinə əsasən, həmin qərarda həmçinin yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri əks etdirilməlidir. ## ##### 2026-cı il tarixli, *-**-*/*-*- ***/**** nömrəli qərarda isə yuxarıda göstərilən tələblərin heç biri yerinə yetirilməmişdir. Qanunvericilik reyestrdən çıxarışda nə göstərilməsindən asılı olmayaraq, qərarda bu məlumatların öz əksini tapmasını mütləq norma kimi göstərmişdir. Bundan əlavə, Məhkəmə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ## ##### 2026-cı il tarixli, KY262520654 seriyalı Çıxarışıtədqiq edilən materiallar sırasına əlavə etsə də, lazımi hüquqi təhlili həyata keçirməmişdir. Belə ki, Yoxlamalar haqqında Qanunun 16.1.3-cü maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda aparıla bilər. Həmin Qanunun 16.4-cü maddəsinə görə,məhz bu əsasla aparılan plandankənar yoxlama zamanı yalnız həmin rəsmi müraciətdə göstərilən sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanıla bilər, 16.6-cı maddəyə əsasən isə bundan kənar hər hansı digər məsələnin araşdırılması üçün plandankənar yoxlama keçirilməsi qadağandır. KY********* nömrəli Çıxarışda göstərilən: (1) plandankənar yoxlamanın əsası kimi göstərilmiş fiziki şəxsin müraciətinin (məlumatının) surətinin, (2) insanların həyat və ya sağlamlığına təhlükənin mövcudluğunu əsaslandıran sənədlərin, (3) habelə Qanunun 16-cı maddəsi üzrə tələb edilən “konkret faktlar”ın qarşı tərəfdən tələb edilməsi və məhkəmədə şifahi çıxışlar zamanı bu əsasların araşdırılması istənilsə də, bu baş tutmamışdır. Məhkəmə yalnız Çıxarışı tədqiq edilən materiallar sırasına daxil etmiş və yoxlamanın qanunauyğunluğunu təyin etmək üçün analiz etməmişdir. Nəticədə, fiziki şəxsin müraciətinin mahiyyətinin müvafiq yoxlamaya əsas veribverməməsi qeyri-müəyyən qalmışdır. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 215.4-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan 6.000 (altı min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi haqqında ## ##### 2025-ci il tarixli, *-**-*/*-*- ***/**** saylı qərarla Bakı şəhəri Xətai rayonu, Ağ Şəhər, 1-ci Yaşıl ada, ev 5 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus müəssisədə AEMnin Tibb Nəzarət şöbəsinin müdir müavini X4, AEM-nin X5 baş mütəxəssisi X1, AEM-nin Hüquq şöbəsinin hüquq məsləhətçisi X2 və AEM-nin Əczaçılıq müfəttişliyi şöbəsinin müdir müavini X6 tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin ## ### 2025-ci il tarixli, T-*** nömrəli plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, kosmetoloji iş üzrə sertifikatın tibb fəaliyyətinə buraxılması və yararlılıq müddəti bitmiş dərman vasitələri aşkar edilmişdir. Əşyaların götürülməsi haqqında ##.##.2026-cı il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Natrium xlorid 0,9% - 400 ml bitmə tarixi 10.2025, Qlükoza 5% - 200 ml bitmə tarixi: 07.2025, Ammonyak 10% - 25 ml bitmə tarixi: 06.2025, Valeriana damcı - 25 ml bitmə tarixi: 04.2025, Yod - 10 ml bitmə tarixi: 01.2026, Kordiamin - 250 ml bitmə tarixi: 04.2026, Dimedrol 1% - 1x10 ml bitmə tarixi: 02.2026 – tarixi bitmiş dərman vasitələri götürülmüşdür. İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativtexniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssisləri, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və bu Qanunun 49-1-ci maddəsinin on üçüncü hissəsinə uyğun olaraq sertifikasiya imtahanından keçdikdən sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci bəndinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların bu maddənin beşinci hissəsinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və sertifikasına imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarında dərman vasitələrinin dövlət qeydiyyatı üçün müraciət edilməsi qaydası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ilkin ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ixtisaslaşdırılmış ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin əlavə ixtisaslaşdırılmış ekspertizası və əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə qərarın qəbul edilməsi qaydaları müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək və düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Belə ki, hazırki apellyasiya şikayətinin məzmunundan göründüyü kimi “xxxx” MMCyə məxsus müəssisədə keçirilən plandankənar yoxlama zamanı kosmetoloji iş üzrə sertifikatın tibb fəaliyyətinə buraxılması və yararlılıq müddəti bitmiş dərman vasitələri aşkar edilməsi faktı işin mübahisələndirilməyən halıdır. Məhkəmənin qərarı ilə razılaşmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əsas dəlilləri qismində birinci instansiya məhkəməsi tərəfindən yoxlamanın aparılması haqqında ## ##### 2026-cı il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərarın Yoxlamalar haqqında Qanunun 17.2.9 və 16.7-ci maddələrinin tələblərinə uyğun olub-olmadığının və plandankənar yoxlamanın əsası kimi göstərilmiş fiziki şəxsin müraciətinin (məlumatının) surətinin, insanların həyat və ya sağlamlığına təhlükənin mövcudluğunu əsaslandıran sənədlərin, habelə Qanunun 16-cı maddəsi üzrə tələb edilən “konkret faktlar”ın araşdırılmaması göstərilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ## ##### 2026-cı il tarixli, KY262520654 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ünvan 1 qapı 8 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus müəssisədə ##.##.2026-cı il tarixli Qərar əsasında plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Bu səbəbdən məhkəmə, yoxlamanın qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etməsi barədə dəlili əsassız sayır. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi İXM-nin 221.1-ci və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməklə tənbeh etmişdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi MMC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış və törədilmiş inzibati xətalara görə İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 215.4-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən daha ciddi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan 6.000 (altı min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*- **)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 215.4-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan 6.000 (altı min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-2129/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2129/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver