Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2131/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Qərarından şikayət verilən orqan nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ölkə ərazisindən çıxarılmasına dair hissədə ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Qərarından şikayət verilən orqan ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarını ləğv edərək, Azərbaycan Respublikası ərazisindən çıxarılma barədə tənbeh tədbirnin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində artıq əsas tənbeh növü kimi cərimə tətbiq edilmişdir. Bununla yanaşı, əlavə olaraq ölkədən çıxarılma və 2 il müddətinə giriş qadağasının tətbiqi konkret işin hallarına münasibətdə həddindən artıq ağır və qeyri-mütənasib tədbirdir. Belə ki: 1) şəxs ictimai təhlükəli davranış törətməmişdir; 2) dövlət təhlükəsizliyi və ictimai qayda üçün risk yaratmamışdır; 3) yalnız qeydiyyat proseduru ilə bağlı formal pozuntu mövcuddur; 4) pozuntunun arxasında aldatma və ya gizlətmə niyyəti olmamışdır. Belə halda daha yüngül tədbir – yalnız cərimə tətbiqi kifayət edərdi. Məhz İXM-in 575.1.1-ci maddəsi əcnəbilərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla da üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi cəzasını nəzərdə tutub. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasında müxtəlif şəxslərə məhsul təqdim edir, kommersiya əlaqələri saxlayır. Onun ölkəyə girişinin 2 il müddətinə məhdudlaşdırılması yalnız onun şəxsi hüquqlarına deyil, həm də onunla əməkdaşlıq edən yerli sahibkarların və istehlakçıların qanuni maraqlarına mənfi təsir göstərir. Dövlət orqanı inzibati tədbir seçərkən belə nəticələri də nəzərə almalıdır. İXM-in 135.1.2-ci maddəsinə əsasən, səlahiyyətli orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın ləğvi üçün əsasdır. İXM-in 135.1.3-cü maddəsinə əsasən, iş üçün əhəmiyyətli halların sübuta yetirilməməsi də qərarın ləğvi üçün əsasdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırkı iş üzrə məhz bu hallar mövcuddur. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən Qərarından şikayət verilən orqan nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq şikayətin təmin edilməsini xahiş etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Dövlət Miqrasiya Xidmətinin ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdən Azərbaycan Respublikasında qeydiyyatsız yaşamışdır. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixindən Azərbaycan Respublikasında qeydiyyatsız yaşamışdır. Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş sərhədkeçmə çıxarışından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) dəfələrlə Azərbaycan Respublikasına gəlibqayıtmışdır. ##.##.2026-cı il tarixli, MN******* saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) əvvəllər də AR İXM-in 575.1.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində ölkədən çıxarılmamaqla cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, şikayətin dəlillərindən görünür ki, müdafiəçi qərarı yalnız Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma barədə təyin edilmiş tənbeh növünü mübahisələndirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmiş, səlahiyyətli orqan tərəfindən eyni inzibati xətanı qərar qanuni qüvvəyə mindikdən sonra 1 il ərzində təkrar törətmiş şəxs barəsində daha ciddi tənbehin tətbiq olunması qanunamüvafiq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs)na cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən nəzərə alınmışdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2131/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2131/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver